text
stringlengths
13
2.05k
label
stringclasses
10 values
Amerika fond bazarında Dow Jones indeksi 0,64% - 18 613,52 bəndədək, S&P 500 0,47% - 2 185,79 bəndədək, NASDAQ 0,46% - 5 228,40 bəndədək artıb. "APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,70% - 6 914,71 bəndədək artıb, Fransa CAC-40-ı 1,17% - 4 503,95 bəndədək, Almaniya DAX-ı 0,86% - 10 742,84 bəndədək bahalaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 6,70 dollar ucuzlaşaraq 1 343,30 dollara, gümüş isə 0,08 dollar ucuzlaşaraq 19,94 dollara satılıb.
İqtisadiyyat
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb. Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,09 ABŞ dolları, yaxud 0,11 % azalaraq 84,05 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
İqtisadiyyat
Fondun prezidenti Əliməmməd Nuriyev qanun layihəsinin hazırlanması zərurətindən danışarkən bildirib ki, indiki situasiyada Azərbaycanda korrupsiyaya qarşı mübarizə əvvləki illərlə müqayisədə daha aktuallaşıb, həm ölkə, həm də beynəlxlaq səviyyədə diqqət mərkəzinə gəlib: “Bu istiqamətdə göstərilən bütün səylərə baxmayaraq, korrupsiya bu gün Azərbaycanın ən vacib problemidir”. Ə.Nuriyevin sözlərinə görə, dünya təcrübəsində korrupsiyaya qarşı mübarizədə ən böyük səmərə və effektivliyə malik olan alət normativ-hüquqi aktların və qanun layihələrinin anti-korrupsion ekspertizasıdır. Fond rəhbərin bildirib ki, normativ hüquqi aktların qəbulu mərhələsində korrupsiyaya yol aça biləcək halların aşkar edilməsi və aradan qaldırılması korrupsiyanın qarşısının alınmasına şərait yaradır. Qanun layihəsini hüquqşünas Qulamhüseyn Əlibəyli təqdim edib. O, bildirib ki, qanun layihəsinin hazırlanması zamanı qanunvericiliyin anti-korrupsion ekspertizası sahəsində beynəlxalq metod və mexanizmlər nəzərə alınıb. Qanun layihəsində normativ hüquqi aktda hüquqi boşluqlar, kolliziyalar və qanunvericilik texnikasının çatışmazlıqları hesab edilən hallar təsbit edilib. Təqdimatdan sonra qanun layihəsi ilə bağlı müzakirələr aparılıb.
İqtisadiyyat
Rusiyanın “Qazprom” neft-qaz konserninin “Türk axını” qaz borusunun dəniz hissəsinin, demək olar ki, yarısını çəkib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib. “Şirkət Türk axını” layihəsinin dəniz hissəsində artıq 910 km boru çəkib, bu isə qaz xəttinin dəniz hissəsinin 49 faizini təşkil edir. Bağlanmış kontraktlara əsasən, birinci xətt ilə nəql ediləcək qaz Türkiyə bazarına tədarük olunacaq”, - deyə A.Miller bildirib. Onun sözlərinə görə, qaz borusunun inşası üçün lazım olan bütün razılıqlar Türkiyə hökumətindən artıq əldə olunub.
İqtisadiyyat
ABŞ Federal Ehtiyat Sistemi (FED) fevralın 22-də keçirdiyi son iclasın protokollarını dərc edib. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, protokollara əsasən FED Açıq Bazar Komitəsi (FOMC) tezliklə uçot dərəcələrinin artırılacağını, lakin bunun üçün inflyasiya göstəricisinə diqqət edilməsi zəruriyyətini bildirib. Komitə həmçinin dolların möhkəmlənməsinin iqtisadi artıma mənfi təsir edə biləcəyini və dünya ölkələrində maliyyə qeyri-sabitliyi yaradacağını qeyd edib. Nəticədə FOMC pul-kredit siyasətinin tədricən sərtləşdirilməsini mümkün sayıb. "Report"un analitik qrupu dünənki protokolların nəticələrini təhlil edərək bildirir ki, FED-in bu il martın 14-15-də keçirəcəyi növbəti iclasında uçot dərəcələrini artırması şübhə altındadır. Belə ki, protokollara əsasən, faizlərin tezliklə artırılacağı, onun mart ayında artırılacağı mənasını daşımır. Həmçinin FED ABŞ-da yeni vergi islahatlarının iqtisadi nəticələrini görmək istəyəcək. Protokolların açıqlanmasından sonra əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 1,0490-dan 1,0560-a qədər yüksəlib. Yaxın günlərdə dolların bir qədər də ucuzlaşması ehtimal olunur. Hər bir halda USD/EUR-un 1,04-dən aşağı düşməsi gözlənilmir. Belə ki, FED-in güclü dollardan narahat olduğu dünənki protokollarda bir daha vurğulanıb. FED-in protokolları Azərbaycan manatının tədricən möhkəmlənməsinə gətirib çıxaracaq. Zəif dollar həmçinin neftin qiymətinin yüksək səviyyədə qalmasına kömək edəcək. Lakin 2018-ci ilin ortalarından etibarən dolların yenidən yüksəliş trendinə başlaması ehtimal edilir.
İqtisadiyyat
"Brent" markalı Şimal dəniz neftinin 2019-cu ilin yanvar ayı üçün olan fyuçersinin dəyəri 5,89 faiz aşağı düşərək bir barel üçün 65,99 dollar təşkil edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu qiymət Londonun ICE birjasında keçirilən hərraclar zamanı məlum olub. Bu növ neftin qiyməti sonuncu dəfə cari ilin mart ayının 19-da bir barelə görə 66 dollar səviyyəsindən aşağı olub. Bundan əvvəl neftin qiyməti 68 dollardan aşağı düşüb.
İqtisadiyyat
2017-ci ilin I rübündə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul Siyasəti İcmalında qeyd olunub. Sənəddə qeyd olunub ki, ilkin rəqəmlərə əsasən 3 ay ərzində ölkəyə daxil olan pul baratları 140,5 mln. ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 38,7 mln. manat və ya 21,6% azdır. Bununla belə, ötən ilin son rübü ilə müqayisədə Azərbaycana daxil olan pul baratlarında artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə ölkəmizə 8,9 mln. manat və ya 6,8% çox vəsait daxil olub.
İqtisadiyyat
Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra bu ölkə vətəndaşlarının Türkiyənin daşınmaz əmlak bazarına marağı daha da artıb. Ukraynaya hücumm başlayandan Türkiyənin turizm bölgələrinə daşınmaz əmlak almaq üçün axışan rusiyalıların sayı son 2 həftədə daha çox artıb. Musavat.com “Garnet” investisiya şirkətinə istinadən xəbər verir ki, bütün bazar şirkətləri rusiyalıların Türkiyədən əmlak alması prosesinin pik nöqtəsinə iyun-iyulda çatdığını hesab etsələr də, son iki həftədə müşahidə olunan aktivlik pikin hələ əldə olunmadığını göstərir. Bu ilin avqustunda Rusiya vətəndaşları Türkiyədə 1,3 min daşınmaz əmlak əldə ediblər. Ümumilikdə ilin əvvəlindən bəri Türkiyədə alınan əmlakın sayı 8,1 min ədədə çatır. İlin birinci yarısında rusiyalılar Türkiyədə bütün 2021-ci il ərzində aldıqlarından 50 faiz daha çox əmlaka sahibləniblər. “Garnet”də hesab edirlər ki, yeni dalğa ilin sonunadək davam edəcək. Musavat.com
İqtisadiyyat
Prezident İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 22-də İsveçrə Konfederasiyasına işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
İqtisadiyyat
Türkiyə bir sıra ölkələrlə valyuta mübadiləsi təminatına dair danışıqlar aparır və bu sırada Azərbaycanla razılığa gəlmələri daha yaxın görünür. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə 4 mənbə bildirib. Belə ki, ötən gün Türkiyə Mərkəzi Bankı prezidenti Səhəb Kavcıoğlu bank rəhbərlərilə görüşü zamanı dörd ölkə ilə danışıqlar apardıqlarını, bunlardan ikisilə “çox yaxşı nöqtədə” olduqlarını bildirib. Bu ay Prezident Rəcəb Tayib Ərdoğan Çinlə valyuta mübadiləsi həcmini 2,4 milyard ABŞ dollardan 6 milyard ABŞ dollarınadək artırmaq barədə razılığa gəldiklərini açıqlamışdı. Adını açıqlamamaq şərtilə danışan mənbələr bir sıra ölkələrlə danışıqlar apardıqlarını bildiriblər. O cümlədən ən mötəbər mənbənin dediyinə görə, hazırda əsas danışıqlar Azərbaycan və Malayziya ilə aparılır. Başqa mənbə isə danışıqlar aparılan ölkələr arasında Azərbaycanın “saziş imzalanmağa ən yaxın” olduğunu qeyd edib: “Həm Türkiyə, həm də Azərbaycan bu sazış üçün müsbət yanaşma göstərir”. Ötən il Türkiyənin valyuta ehtiyatlarının 75 % azalması tədiyyə balansında böhran yaranacağına dair şübhələrə səbəb olsa da, hökumət bunu təkzib edib. Belə ki, 2019-2020-ci illərdə lirənin məzənnəsini saxlamaq üçün dövlət bankları 128 milyard ABŞ dollarlıq vəsait ayırmalı olub.
İqtisadiyyat
Dünən axşam dünyanın ən məşhur kriptovalyutası hesab edilən bitkoinin məzənnəsi rekord səviyyəyə qədər yüksələrək, 2061 dollara çatıb. Virtualaz.org “CoinDesk” portalına istinadən xəbər verir ki, virtual valyuta bu ilin əvvəlindən 100%-dən çox bahalaşıb. Xatirladaq ki, hələ mart ayının sonlarında 1 bitkoin cəmi 891,51 dollara dəyişdirilirdi.
İqtisadiyyat
“Elektron hökumət prinsiplərinə keçməyimiz də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaq. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdır. Mənim tərəfimdən imzalanmış xüsusi sərəncamda bütün bu məsələlər göstərilibdir. Hər bir nazirlik və dövlət qurumu həmin sərəncama uyğun olaraq təkliflər verməlidir ki, onların nəzdində hansı xidmətlər elektron variantda aparılmalıdır. Bunu heç kim yubatmasın və uzatmasın. Bu sərəncam və onun icrası bilavasitə mənim nəzarətim altındadır. Tezliklə təkliflər verilməlidir. Ondan sonra daha da ciddi addımlar atılacaq”. Təbii ki, elektron hökumət ideyası müsbət ideyadır. Ancaq Azərbaycanda onun tətbiqinin gözləntiləri doğrultmaya bilər. Götürək elə Vergilər Nazirliyində tətbiq edilən internet vasitəsi ilə hesabatların göndərilməsi və qeydiyyatdan keçmə mexanizmini. Burada yeganə müsbət cəhət odur ki, adi hesabatlara görə vergi orqanlarında məmurlarla ünsiyyətdə olub onlara 15-20 manat “şirinlik” vermək aradan qaldırılıb. Ancaq bu, vergi orqanlarının sahibkarlıq subyektlərinə əsassız müdaxilələrinin, onlardan qanunla nəzərdə tutulmayan ödənişlərin tələb edilməsinin qarşısını almayıb. Kommersiya müəssisələri yenidən vergiçilərə “haqq” verməkdə davam edir, lazım gələndə hesablanmış məbləğdən daha çox ödəniş (planı doldurmaq üçün) vermək tələb edilir. Bu acı təcrübədən çıxış etsək, elektron hökumətin korrupsiya və rüşvətə qarşı mübarizədə effektiv rol oynayacağını söyləmək çətindir.
İqtisadiyyat
Amerika fond bazarında Dow Jones indeksi 0,12% - 19 121,60 bəndədək, S&P 500 0,13% - 2 204,66 bəndədək, NASDAQ 0,21% - 5 379,92 bəndədək artıb. "APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,40% - 6 772,00 bəndədək azalıb, Almaniya DAX-ı 0,36% - 10 620,49 bəndədək, Fransa CAC-40-ı isə 0,91% - 4 551,46 bəndədək artıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,10 dollar bahalaşaraq 1 190,90 dollara, gümüş isə 0,05 dollar ucuzlaşaraq 16,69 dollara satılıb.
İqtisadiyyat
BP qrupunun baş icraçı direktoru Bob Dadli və onu gələn il bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər. “BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, onlar dünən Bakıya gəliblər. Azərbaycana səfər proqramı çərçivəsində B. Luni Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Həmin görüşdə B.Luni Prezident İlham Əliyevə BP-nin bu regionda əməliyyatçısı olduğu layihələrdə işlərin hazırki vəziyyəti və planları barədə məlumat verib, Azərbaycanın ən iri neft və qaz hasilatı, nəqli və kəşfiyyatı layihələrinin əməliyyatçısı kimi BP-nin davamlı fəaliyyəti haqqında danışıb. O, həmçinin Azərbaycanla və Xəzər regionu ilə əməkdaşlığın daha da güclənməsi və genişlənməsi yönümündə BP-nin uzunmüddətli öhdəliyini bir daha vurğulayıb. Səfər çərçivəsində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər də keçirilib. Hazırda BP qrupunun Apstrim bölümünə rəhbərlik edən Bernard Luni, Dadlini BP qrupunun baş icraçı direktoru vəzifəsində 2020-ci il 5 fevral tarixindən başlayaraq əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq. Bob Dadli doqquz ildən çox baş icraçı direKtor olmaqla BP-də 40 ildir ki, işləyir. O, 2020-ci il 4 fevral tarixində BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək və 31 mart tarixindən isə təqaüdə çıxacaq.
İqtisadiyyat
Rusiyanın Energetika Nazirliyi daxili yanacaq bazarında vəziyyəti sabitləşdirmək üçün bir sıra neft məhsullarının ixracına müvəqqəti qadağa tətbiq edilməsini dəstəkləməyə hazırdır. “Report” ngv.ru saytına istinadən xəbər verir ki, bu bəyanatı Rusiya baş nazirinin müavini Aleksandr Novak verib. “Hazırda bu, hökumətdə müzakirə olunur. Son qərarı hökumət verəcək”, – o deyib.
İqtisadiyyat
OPEC təşkilatı 2017-ci ilin IV rübündə ABŞ-ın neft hasilatçıları ilə bazardakı vəziyyəti müzakirə etmək üçün görüşə bilər. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib. M.Barkindo qeyd edib ki, ilk dəfə OPEC tarixində ABŞ neft hasilatçıları ilə dialoqa başlayıb: "Biz onlara əlimizi uzatmışıq. Onlar da bizi qəbul edib dialoqa başlamağa çağırıblar. Son rübdə dialoqun davam edəcəyini düşünürəm". OPEC rəsmisi zamanla ABŞ neft hasilatçılarının da neft bazarının sabitləşməsi üçün OPEC+ anlaşmasına qoşulacağına ümid etdiyini bildirib. Belə ki, ABŞ-da artan neft hasilatı OPEC atdığı bütün addımları nəticəsiz qoyur.
İqtisadiyyat
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Trend-in məlumatına görə, martın 14-də qızılın qiyməti martın 13-ü ilə müqayisədə 2,3205 manat azalaraq 1 unsiya üçün 2215,3465 manat təşkil edib. Gümüş 0,1158 manat ucuzlaşaraq 1 unsiya üçün 26,1269 manata bərabər olub. Trend-ə görə, platinin qiyməti 0,595 manat azalaraq 1419,313 manat, palladiumun qiyməti isə 22,6185 manat artaraq 2629,713 manat təşkil edib. Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
İqtisadiyyat
Hazırda Qaz İxrac edən Ölkələr Forumunun (GECF) qarşısında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) analoqu ilə qaz bazarını tənzimləmək vəzifəsi durmayıb. Forum qaz istehsalçıları və istehlakçıları arasında müzakirə platforması funksiyasını yerinə yetirir. "APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu GECF-in Baş katibi Yuri Sentyurin deyib. "OPEC-dən fərqli olaraq, bu gün GECF-in qarşısında qaz bazarını tənzimləmək, iştirakçı ölkələrin ixrac və ya qiymət siyasətlərinə təsir etmək vəzifəsi durmur", - Y. Sentyurin qeyd edib. Onun sözlərinə görə, forum əvvəlcə müzakirə platforması kimi düşünülmüşdür. GECF-in "OPEC+"a oxşar alətlərə sahib olması üçün təşkilatın nizamnaməsini dəyişdirmək lazımdır, lakin hazırda GECF üzvləri tərəfindən qəbul edilmiş belə bir qərar yoxdur.
İqtisadiyyat
Dünya bazarında neftin qiyməti yenə də “oynamağa” başlayıb. “Qafqazinfo”nun Bloomberg-ə istinadən məlumatına görə, hazırda WTI markalı neftin qiyməti düşən templə getsə də Brent neftində vəziyyət əksinədir. Belə ki, Brent markalı neftin bir barrelinin qiyməti 0,14% artaraq 64,07 dollara çatıb. WTI-nin may fyuçersinin qiyməti isə 1,08% düşərək 56,10 dollarda qərarlaşıb. Qeyd edək ki, OPEK-in aprel hesabatına görə, neft hasilatı martda 1,21 milyon barrel artaraq 31,488 milyon barrelə çatıb.
İqtisadiyyat
Amerika fond bazarında Dow Jones indeksi 0,99% - 18 212,48 bəndədək, S&P 500 1,01% - 2 147,26 bəndədək, NASDAQ 1,47% - 5 249,69 bəndədək artıb."APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,85% - 6 730,30 bəndədək, Almaniya DAX-ı 0,51% - 10 431,20 bəndədək, Fransa CAC-40-ı 0,07% - 4 373,22 bəndədək bahalaşıb.COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1 dollar ucuzlaşaraq 1 317 dollara, gümüş isə 0,05 dollar ucuzlaşaraq 18,99 dollara satılıb.
İqtisadiyyat
Bağlananlar arasında ən iri maliyyə institutu “First Bank of Beverly Hills” bankıdır. Onun məcmu aktivləri 1,5 mlrd. dollar, hesablarda olan vəsaitlərin həcmi isə 1 mlrd. dollardır. Bankların bağlanmasının səbəbi Korporasiya tərəfindən sığortalanmış depozitləri üzrə ödəmələrin elan edilməsi olub. Xatırladaq ki, cari ilin əvvəlindən ABŞ-da artıq 29 bank bağlanılıb. Ötən il ərzində isə ABŞ-da mənzil-ipoteka bazarında və banklararası kredit bazarında yaranmış problemlər 25 bankın bağlanmasına səbəb olub. Böhrandan öncəki 2007-ci ildə isə ABŞ-da cəmi üç bank bağlanıb.
İqtisadiyyat
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7565 səviyyəsində formalaşıb. Xatırladaq ki, dolların bu günə olan məzənnəsi 1,7548 manatdır.
İqtisadiyyat
Yaponiyanın “Panasonic” şirkəti cari maliyyə ilinin sonunda (2014-cü il, mart) plazma televizorların istehsalı üzrə biznesi tamamilə tərk edəcək. Bu barədə şirkət nümayəndələri rüblük nəticələri açıqlayan zaman bildiriblər. “Panasonic”in plazma televizorlar bazarını tərk etməsi Cənubi Koreyanın “Samsung” və “LG” şirkətlərinin təzyiqi fonunda Yaponiya televizor sənayesinin zəifləməsinə bir daha dəlalət edir.İstehsalçının televizor bölməsi ötən il şirkətin biznes strukturunda nəhəng strukturlardan biri olsa da, maliyyə baxımından ən zərərli bölmə olmaqla son 2 ildə 15 milyard dollarlıq itkilərlə üzləşib. Son ildə televizor bölməsi “Panasonic”ə 88,5 milyard yen və ya 913 milyard dollar məbləğində əməliyyat itkisi gətirib.“Panasonic” Yaponiyanın mərkəzi hissəsində yerləşən plazma panellərin buraxılışı üzrə zavodunda istehsalı tam dayandırmağı planlaşdırır. Zavodun bağlanması ilə əlaqədar şirkət 40 milyard yen məbləğində itkilərlə üzləşəcək.“DisplaySearch” analitik şirkətinin məlumatına görə, hazırda Yaponiyanın "Panasonic”, “Sharp” və “Sony” şirkətləri genişformatlı panellər bazarında ümumilikdə 20 faizlik paya sahib olduğu halda təkcə “Samsung”un payı 27, “LG”-nin 15 faizdən çox təşkil edir.Şirkətin məlumatında o da qeyd olunur ki, “Panasonic” plazma texnologiyalar ilə əlaqədar biznesin inkişafı üçün müxtəlif variantları öyrənməkdə davam edəcək. Bundan başqa, bildirilir ki, Yaponiyanın mərkəzi hissəsindəki zavodda çalışan yüzlərlə işçi şirkətin digər bölmələrinə keçiriləcək, - "Cybersecurity” yazır.
İqtisadiyyat
"Layt" və "Brent" markalı neftlər kəskin ucuzlaşdılar."Qara qızıl"ın qiymətlərində azalma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti azalıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 47.24 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli ucuzlaşaraq 48.11 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0.39 dollar bahalaşaraq 51.05 dollar təşkil edib.Bu günə olan qiymətli metalların qiymətləri fərqli yöndə dəyişib. ANS PRESS-in "Bloomberg"dən aldığı məlumata görə, qızılın bir qramının qiyməti 2 dollar qalxaraq 42.88 dollar olub. Platinin bir qramı 31.94 dollar, palladiumun qramı 17.77 dollar təşkil edib. Gümüşün isə qiyməti də bahalaşıb, qramı 58 sentə satılıb.
İqtisadiyyat
SOCAR və "Qazprom" şirkətləri Rusiyadan Azərbaycana illik qaz nəqlini 3-5 mlrd. kubmetr artırılması ilə bağlı danışıqlar aparır. "APA-Economics" RNS-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri Fərid Cəfərov bildirib. Onun sözlərinə görə, hazırda tərəflər arasında bununla bağlı müzakirələr aparılır. Xatırladaq ki, 2016-cı ilin yayında "Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, SOCAR Rusiya şirkətindən əlavə olaraq 3-5 mlrd. kubmetr həcmində təbii qaz almaqda maraqlıdır. Bundan əvvəl isə şirkətlər illik 2 mlrd. kubmetr həcmində təbii qazın nəqli ilə bağlı razılığa gəliblər.
İqtisadiyyat
İyunun 24-də Bakı vaxtı ilə saat 09:15-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,4% artaraq 1 barelə görə 64,71 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında isə iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,71% artaraq 57,84 dollar təşkil edib.
İqtisadiyyat
Azərbaycan Təhsil Nazirliyi odun yanacağının alınmasına 294 992,83 manat xərcləyəcək. "APA-Economics"in Tender Komissiyasına istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyi 26 fevral tarixində odun yanacağının satın alınmasına dair açıq tender üsulu ilə müsabiqə keçirib. Tender Komissiyasının qərarına əsasən, "Təchizat-ra" MMC "Odun yanacağının satın alınması" lotu üzrə qalib elan olunub. Şirkətlə 294 992,83 manat məbləğində müqavilə imzalanıb.
İqtisadiyyat
Tezliklə dünya bazarında neft qiymətlərinin Çin və ABŞ-dan gələn xəbərlərlə əlaqəli 50 dollar/barelə kimi geriləyəcəyi gözlənilir. "Report" xəbər verir ki, Çin hökumətinin 2017-ci il üçün iqtisadi artım proqnozunu son 27 ilin minimal həddi - 6,5%-ə qədər azaltması neftə tələbatın düşəcəyi ehtimallarını artırıb. Xatırladaq ki, 2016-cı ildə Çin iqtisadiyyatı 6,7% artım göstərib. Bununla yanaşı, ABŞ-da aktiv neftqazma quyularının sayının artaraq son 18 ayın maksimumuna çatması bu ölkədə neft hasilatının bir qədər də yüksələcəyini deməyə əsas verir. Nəticədə, "Brent" markalı neftin qiyməti azalmağa başlayıb. Belə ki, hazırda bu marka neftin qiyməti keçən həftənin cümə gününün qapanışı ilə müqayisədə 0,36% düşərək 55,5 dollar/barelə enib. "Report"un analitik qrupu xəbər verir ki, martın 14-15-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artıracağı gözlənilir: "Bu iclas ərəfəsində neft qiymətinin təzyiqlərlə üzləşməsi davam edəcək. İclasa qədər "Brent" markalı neftin qiyməti 50 dollar/barelə qədər gerilədikdən sonra yenidən yüksəlməyə davam edəcəyi proqnozlaşdırılır. Yay mövsümü yaxınlaşdıqca qiymət 60-65 dollar/barelə çata bilər".
İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 4-də 79,74 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,01 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 4-də 78,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 4-də 76,31 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 4-də 77,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,26 dollar/barel azdır.
İqtisadiyyat
Dünya birjalarında neft ucuzlaşıb. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar və ya 0,23% azalaraq 47,71 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,18% azalaraq 50,70 dollar olub. Neftin bahalaşmasına ABŞ-da özəl şirkətlərin benzin və xam neft ehtiyatlarının azalması ilə bağlı məlumatları səbəb olub.
İqtisadiyyat
“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq”. AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, bu sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir.
İqtisadiyyat
"Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin reytinqi üzrə proqnozu "stabil"dən "neqativ"ə dəyişib. "Report" xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir. Xatırladaq ki, iyulun 22-də Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra "Fitch" ölkənin reytinqini "BBB" səviyyəsindən "BBB-" səviyyəsinə ("zibil" səviyyəsi) qədər azaldıb. Agentlik bəyan edib ki, sözügedən hadisə Türkiyənin siyasi sabitliyi üçün riskləri artırıb. Bundan başqa, qurumun açıqlamasına görə, İstanbul və Ankara şəhərlərində baş verən terror aktları təhlükəsizlik şərtlərini pisləşdirib. "Siyasi qeyri-müəyyənlik istehsalçılara təsir edir və ölkənin iqtisadi vəziyyətinə təhdid yaradır", - deyə "Fitch" qeyd edib. Xatırladaq ki, Türkiyənin reytinqi ilə bağlı oxşar addımı "S&P" beynəlxalq agentliyi də atıb. Qurum ölkənin reytinqini "BB+" səviyyəsindən "BB" səviyyəsinə qədər azaldıb. Agentlik Türkiyənin milli valyutada uzunmüddətli və qısamüddətli suveren reytinqini isə "BBB-/A-3" səviyyəsindən "BB+/B" səviyyəsinə endirib. "Çevriliş cəhdi Türkiyənin siyasi landşaftındakı qütbləşməni gücləndirib, institusional nəzarət və tarazlıq sisteminin ciddi pozulmasına səbəb olub", - deyə "S&P" bəyan edib. "Moody’s" agentliyi isə iyulun 18-də bəyan edib ki, Türkiyənin reytinqinə yenidən baxacaq. Qurumun avqustun 6-da verdiyi açıqlamada isə bildirilib ki, yeni reytinqin müəyyən edilməsi prosesi oktyabrın ortalarına qədər çəkəcək. Xatırladaq ki, Türkiyədə dövlət çevrilişinə cəhd iyulun 15-dən 16-na keçən gecə baş verib. Hakimiyyət tərəfdarları və üsyançılar arasında baş verən qarşıdurmada 240-dan çox insan ölüb. Bundan sonra dövlət qurumlarında genişmiqyaslı "təmizləmə" işləri aparılıb: 81 mindən çox insan işdən çıxarılıb, təxminən 26 min nəfər saxlanılıb.
İqtisadiyyat
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri də bildirirlər ki, məhsul istehsalının stimullaşdırılması üçün fermerin sahib olduğu əkin sahəsinə görə subsidiyaların bölüşdürülməsi mexanizmi dəyişdirilməlidir. Qeyd edək ki, hazırda yeganə meyar kimi məhz fermerin sahib olduğu əkin sahəsi götürülür. Ekspertlərə görə, bu, subsidiyalarla fermerlərin istehsal etdiyi məhsul arasında əlaqəni formalaşdıra bilmir: “Subsidiyaların həcmi müəyyənləşdirilən zaman fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcminin də əsas götürülməsi məqsədə uyğun hesab edilməlidir”.Ekspertlər dəyişikliklər zamanı dolayı subsidiyaların tətbiqinə keçidi də vacib hesab edirlər: “Bu zaman Kənd Təsərrüfatı Nazirliyi strateji məhsullar üzrə qiymət tavanı müəyyənləşdirir və əkin mövsümündən sözügedən məhsullar həmin qiymətə alınır. Azərbaycanda da taxıl məhsulları üzrə belə qiymət tavanı müəyyənləşdirilə bilər. Bu, fermerlərə öz xərc və gəlirlərini qabaqcadan hesablamağa və proqnozlaşdırmağa imkan verməklə yanaşı, strateji məhsulların istehsalını artırar”. İSİM mütəxəssisləri taxıl və pambıq yığımına nail olmaq üçün subsidiya xərclərinin müvafiq olaraq 1,5-2 dəfə artırılmasını da təklif edirlər. Onların fikrincə, taxıl əkini üçün 120 manat, pambıq becərilməsi üçün isə 80 manat subsidiya verilsə, bu, yanacaq xərclərinin tam ödənilməsinə imkan yaradacaq: “Hesablamalara görə, taxıl əkən fermerlərə yanacaq xərci üçün əlavə 32 manat verilsə, bu istiqamətdə olan xərclər tam ödənilər. Burada əsas məqsəd ondan ibarətdir ki, taxıl əkini ilə məşğul olan fermerlərin gəliri xərcindən çox olsun. Bu məbləği hesablayan zaman dünya bazarında qiymət dəyişikliyi də nəzərə alınıb”. Ekspertlər subsidiyaların verilməsinə nəzarətin gücləndirilməsini də vacib sayırlar.
İqtisadiyyat
Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizə yaxın artaraq 2 milyard dollara yaxınlaşıb. Musavat.com Gürcüstan Milli Statistika Xidmətinə istinadən xəbər verir ki, Rusiya ölkənin ikinci böyük ticarət tərəfdaşı statusu alıb. Şimal qonşunun Gürcüstanın xarici ticarətində payı 12,8 faizə çatır. Yanvar-oktyabrda Gürcüstan Rusiyaya 55 min tondan çox təbii şərab (128 milyon dollar dəyərlə), 54 min tondan yuxarı ferroərintilər (105 milyon dollardan çox), 3,8 min ədəddən çox minik avtomobili (55 milyon dollardan çox), 9,1 min tondan çox spirtli içkilər (47 milyon dollardan yuxarı), 72 min tondan yuxarı mineral və təbii sular (40 milyon dollara yaxın) və sair ixrac edib. Rusiya isə Gürcüstana ixracı 74 faiz artırıb. Belə ki, 10 ayda Gürcüstana 503 min tondan çox neft və neft məhsulları (495 milyon dollar) satılıb ki, bu da ötənilkindən 2,8 dəfə çoxdur. Bundan əlavə, gürcülər Rusiyadan 178 ton neft qazı və karbohidrogenlər (50 milyon dollar civarında), 91 min tondan yuxarı koks və yarımkoks (50 milyon dollar), 124 min tondan çox buğda və meslin (45 milyon dollardan çox) və sair alıblar. 10 ayda Gürcüstanın Türkiyə ilə qarşılıqlı ticarəti 36,6 faiz artımla 2,2 milyard dollara çatıb. Türkiyə ölkənin birinci böyük ticarət tərəfdaşı olaraq qalır. Üçüncü ticarət tərəfdaşı 24,7 faizlik illik artımla 1,5 milyard dollarlıq ticarət olunan Çindir. Musavat.com
İqtisadiyyat
Tədbiri giriş sözü ilə açan birliyin sədr müavini Rövşən Ağayev toplantının məqsədi ilə bağlı məlumat verdi. Daha sonra isə İTY İB-in eksperti Samir Əliyev bələdiyyələr arasında keçirilən sorğunun nəticələrini təqdim etdi. Bildirdi ki, sorğunun aparılmasında məqsəd bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və icarəyə verilməsi qaydaları barədə bələdiyyə üzvlərinin məlumatlılığını, onların gözləntilərini, təkliflərini öyrənmək olub.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) torpaq bazarının təşkili sektorunun müdiri Lətif Qasımov isə bildirdi ki, komitənin mərkəzi aparatında hərrac və müsabiqələrin təşkilini həyata keçirən daimi komissiya yaradılıb: “Bu komissiya prosedurun gedişini tənzimləyən sənədlərin, hüquqi-normativ aktların nümunələrini hazırlayır. Eləcə də bu işlərin təbliği və təşkili ilə məşğul olur”. L.Qasımovun sözlərinə görə, bələdiyyə satışa çıxardığı torpağın mülkiyyət hüququnun qeydə alınması proseduruna başlaması yönündə qərar qəbul edir. Bunun üçün DTXK-nın rayon və şəhər şöbəsinə müraciət olunur. Öz növbəsində ikinci də bütün lazım olan məlumatları qeyd edir və torpaq sahəsinin satışa çıxarılmasının qanunamüvafiq olub-olmaması ilə bağlı rəyilə birlikdə bələdiyyəyə qaytarır. Bələdiyyə torpaq sahəsini satışa çıxarmamışdan əvvəl onun üzərində mülkiyyət hüququnu tətbiq etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış əldə edir. Yeri gəlmişkən, tədbirdə L.Qasımov keçiriləcək növbəti müsabiqənin vaxtını və yerini də diqqətə çatdırdı. Mayın 8-də baş tutacaq müsabiqə Hacıqabulda 2, Bərdədə 2 və Abşeronda 4 torpaq sahəsi üzrə olacaq. Onu da qeyd etmək yerinə düşər ki, fərdi ev tikintisi üçün olan torpaqlar müsabiqə yolu ilə satılmalıdır.
İqtisadiyyat
Amerika fond bazarında Dow Jones indeksi 0,27% - 20 663,02 bəndədək, S&P 500 0,37% - 2 365,72 bəndədək, NASDAQ isə 0,73% - 6 055,23 bəndədək bahalaşıb. "APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,89% - 7 436,42 bəndədək, Fransa CAC-40-ı 0,53% - 5 289,73 bəndədək, Almaniya DAX-ı 0,53% - 12 590,06 bəndədək ucuzlaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,60 dollar azalaraq 1 248,20 dollara, gümüş isə 0,96 dollar artaraq 16,62 dollara satılıb.
İqtisadiyyat
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev ötən ay mətbuata açıqlamasında 2010-cu ildə kapitallaşma səviyyəsinin minimal tələbə cavab verməyən bankların birləşməsi məsələsinə baxılacağını bildirmişdi.Mərkəzi Bankın bankların məcmu kapitalına qarşı tətbiq etdiyi minimal tələbnamə 10 milyon manat təşkil edir. Bankların 98 faizinin nizamnamə kapitalı 10 milyon manatdan çoxdur. 4 bankın nizamnamə kapitalı 5 milyondan 10 milyon manatadək, 1 bankın nizamnamə kapitalı isə 3,5 milyondan 5 milyon manatadək təşkil edir. Qlobal maliyyə böhranının təsiri nəticəsində Azərbaycanın zərərlə işləyən bankların sayı artıb. 2009-cu ilin noyabr ayının 1-i vəziyyətinə olan məlumata görə, 10 bank və ya ölkə üzrə bankların 22 faizi zərərlə işləyir. İqtisadiyyata kredit qoyuluşu əsasən yeganə dövlət bankı olan Beynəlxalq Bank hesabına artır. İqtisadiyyatın müxtəlif sahələrinə yatırılan kreditlərin artımı neft sektorunun hesabına baş verir. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 45-i özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.
İqtisadiyyat
ABŞ-ın xarici dövlət borcu 26 trilyon dollar təşkil edib və beləliklə, rekord həddə çatıb.“Report” SBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi bildirib.Qeyd olunub ki, həmin artımın əsas səbəb COVID-19 virusuna qarşı görülən tədbirlərdir.Donald Tramp prezident olandan sonra dövlət borcunun 6 trilyon ABŞ dolları, bu ilin 5 may tarixindən sonra isə daha 1 trilyon ABŞ dolları artdığı göstərilib.Xatırladaq ki, mart ayının sonunda prezident D.Tramp koronavirus pandemiyasının doğurduğu iqtisadi böhran şəraitində iqtisadiyyata 2 trilyon ABŞ dollarından artıq dəstək tədbirləri barədə qanunu imzalayıb. Bu il aprelin 21-də isə Senat 500 milyard ABŞ dolları həcmində daha bir tədbirlər zərfini təsdiqləyib.
İqtisadiyyat
2016-cı ilin sonuna ölkədə 21 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, il ərzində ehtiyatların 89,3%-i hasilatın, 9,3%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 1,4%-i isə idxalın hesabına formalaşıb. Təbii qaz ehtiyatlarının 49,6%-i (1 mlrd. 884,4 mln. kubmetr) ölkə daxilində istehlak edilib, 38,4%-i (1 mlrd. 459,2 mln. kubmetr) ixrac olunub, 3,8%-ini (144,4 mln. kubmetr) itkilər təşkil edib, 8,2%-i 2017-ci ilin yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb. 2016-cı ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 2 mlrd. 23,5 mln. kVt/saat elektrik enerjisindən, 353,2 min Q.kalori istilik enerjisindən, 148,5 mln. kubmetr təbii qazdan istifadə edilib. 2015-ci illə müqayisədə istifadə səviyyəsi istilik enerjisi üzrə 52,7%, elektrik enerjisi üzrə 11%, təbii qaz üzrə 1,5% artıb. Ötən il ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 21,6 mlrd. kVt/saat elektrik enerjisi istehlak edilib.
İqtisadiyyat
Oktyabr ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə baş soğan (34,66 faiz), yer xiyarı (21, 40 faiz), qarabaşaq yarması (16,50 faiz), toyuq yumurtası (12,57 faiz), kütüm, sazan, xəşəm (3,32 faiz), ən çox ucuzlaşma yenə də ərzaq məhsullarından xurma (22, 08 faiz), alma (13,89 faiz), lumu (7,33 faiz), göyərti (7,16 faiz), diş yumaq üçün pastada (1,97 faiz) qeydə alınıb.Qeyd edək ki, Dövlət Statistika Komitəsi oktyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksinin 0,9 faiz artdığını elan edib. Mərkəzin ekspertləri Azərbaycanın 22 regionunda 2010-cu ilin oktyabr ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında oktyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ötən ay Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 145,4 manat, pensiyaçılar üçün 135,22 manat, 0-14 yaşlı uşaqlar üçünsə 185,83 manat təşkil edib. Oktyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 87,87 manat, pensiyaçılar 83,07 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 106,7 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 32,43 manat, pensiyaçılar üçün 29,89 manat, 0-14 yaşlı uşaqlar üçün 61,66 manat, xidmət xərcləri isə müvafiq olaraq 22,26 manat, 22,83 manat və 17,47 manat təşkil edib.Xatırladaq ki, “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” Qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
İqtisadiyyat
Azərbaycanda pambıq tədarükünə dair növbəti məlumat açıqlanıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu günə olan vəziyyətə görə, ölkə üzrə 60 min tondan çox pambıq tədarük edilib.Xatırladaq ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
İqtisadiyyat
Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 60-cı yanacaqdoldurma məntəqəsi fəaliyyətə (YDM) başlayıb. Musavat.com xəbər verir ki, “SOCAR" brendli yeni yanacaqdoldurma məntəqəsi Macarıstanla Rumıniya sərhədindəki Bihor regionunda yerləşir. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 4-cü, ümumilikdə isə cari ildə Rumıniya ərazisində açılan 16-cı “SOCAR” brendli YDM-dir. Hər bir YDM-də olduğu kimi bu məntəqədə də müştərilərə benzin və dizel və “Adblue” (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları, həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir. SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur. Şirkət tərəfindən qəbul edilən strateji plana uyğun olaraq qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişlənidməkdə davam edəcək. Hazırda SOCAR Rumıniyanın 24 regionunda “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir. Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir. Musavat.com
İqtisadiyyat
“Ölkədə bu gün elektrik enerjisinin 92%-i ənənəvi enerji resursundan-təbii qazdan alınır”. Musavat.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib. O, bildirib ki, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmindədir: “İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir. Lakin ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı daha böyükdür. Qiymətləndirmələrə görə, bu potensial 26 min MVt ətrafındadır”. Nazir əlavə edib ki, elektrik enerjisi üzrə yığımlar artıb: “Son illərdə enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi aşağı düşüb, yığım faizi isə artıb. Belə ki, son on ildə elektrik enerjisinin istehsalı və paylanmasında itkilərin 22,6%-dən 10,5%-dək, 1 kVt/s elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 331,6 qramdan 271,1 qrama qədər azaldılmasına nail olunub. Hazırda ən yeni texnologiyalar tətbiq etməklə bütün istilik, modul tipli və su elektrik stansiyalarında yüksək nəticələr əldə edilməsi, faydalı iş əmsalının artırılması, yanacaq sərfi və stansiyaların daxili sərfiyyatının azaldılması, enerji səmərəliliyinə nail olunması istiqamətində tədbirlər görülür. Generasiya güclərinin optimallaşdırılması və bərpası tədbirləri çərçivəsində stansiyaların imkan gücünün ən azı 500 MVt artırılması planlaşdırılır”.
İqtisadiyyat
Azərbaycanda ipoteka saxlayanın borc məbləğindən aşağı olan ipoteka ilə yüklü edilmiş əmlakı əldə etdikdə hərrac təşkilatçısının ödəmə mənbəyində vergi tutmaması təklif olunur. Musavat.com xəbər verir ki, bu, “Vergi Məcəlləsində dəyişiklik edilməsi” barədə qanun layihəsində öz əksini tapıb. Təklif olunan dəyişikliyə görə, hərrac təşkilatçısı bu barədə (ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə) hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 iş günü müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Fərdi sahibkarlar özü Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürür və bu barədə vergi orqanına bəyannamə təqdim edir. Əgər ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın dəyəri borc məbləğindən artıqdırsa, bu halda Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayandan ödəmə mənbəyində tutulur. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə verilmiş borcun təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakı ipoteka saxlayan əldə etdikdə Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergini hərrac təşkilatçısı ödəmə mənbəyində ipoteka saxlayandan tutur. Bununla da təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları və vergi ödəyicilərinin dairəsi (hansı halda ipoteka saxlayan, hansı halda isə ipoteka qoyan) dəqiqləşdirilir.
İqtisadiyyat
Azərbaycanın iyunda gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edilib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda iyun ayı ərzində gündəlik neft hasilatı 792 min barrel olub. Bunun 739 min barrelini xam neft, 53 min barrelini kondensat təşkil edib. Gündəlik 622 min barrel xam neft, 53 min barrel kondensat, 12 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi iyun ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında isə 801 min barrel olub. Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.
İqtisadiyyat
Azərbaycanla İranın qarşılıqlı ticarətdə milli valyutadan istifadə etməsi hər iki ölkənin milli valyutasının möhkəmlənməsinə səbəb ola bilər. Bunu APA-ya eksklüziv açıqlamasında İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri Şapur Məhəmmədi deyib. "Hər iki ölkənin qarşılıqlı ticarətdə milli valyutalardan istifadə etməsi çox faydalı oluna bilər. Bunun üstünlükləri çoxdur. Məsələn, asanlıqla köçürülür və vasitəçi valyutaya ehtiyac duyulmur. Bundan başqa, qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması milli valyutanın güclənməsinə səbəb olur. Bu isə hər iki ölkə üçün xeyirlidir", - deyə o vurğulayıb.
İqtisadiyyat
Türk dövlətlərinin yeni nəsil maliyyə tətbiqi olmağı hədəfləyən “Turan” Türkiyədən Azərbaycana saniyələr ərzində komissiyasız pul köçürməyə başladığını açıqlayıb. Türk mətbuatında yer alan xəbərə görə, komissiyasız pul köçürmələri Türkiyədən Azərbaycandakı bütün kartlara aiddir. “Turan” maliyyə tətbiqinin qurucusu və baş direktoru Özgür Bayraktar deyib: “Ən mühüm hədəflərimizdən biri “Turan” və Türk dövlətlərini iqtisadi cəhətdən bir-birinə daha da yaxınlaşdırmaqdır. 2023-cü ildə Özbəkistana komissiyasız pul köçürmələrinə başlamaq niyyətindəyik”, - deyə o bildirib./Teleqraf.com
İqtisadiyyat
Ötən il ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 9,8 mlrd. ABŞ dollarından çox idxal əməliyyatları həyata keçirib ki, bu da illik ifadədə 19,2% çoxdur. "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycan ən çox Rusiyadan idxal edib. Bu ölkədən sonra isə əsas idxal Türkiyə, Çin və İsveçrədən həyata keçirilib. Qeyd edək ki, ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2018-ci il ilə müqayisədə 7,7% artaraq 33,3 mlrd. dollar təşkil edib. 2019-cu ildə Azərbaycanın idxalında əsas ölkələrin reytinqi: # Ölkə İdxal, ABŞ dolları Ümumi idxala nisbətən, % 2018-ci ildə reytinqdə mövqeyi 1 Rusiya 2 290 219 800 16,76 1 2 Türkiyə 1 646 801 460 12,05 2 3 Çin 1 432 031 370 10,48 3 4 İsveçrə 1 223 277 490 8,95 6 5 ABŞ 767 758 310 5,62 5 6 Almaniya 710 367 980 5,20 4 7 Ukrayna 467 072 270 3,42 7 8 İran 452 701 670 3,31 8 9 Kanada 398 161 460 2,91 - 10 İtaliya 369 897 210 2,71 10
İqtisadiyyat
İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. "Çatışmayan 167 km yolun tikintisi üçün kredit ayrılıb. Hazırda kreditin verilmə şərtləri razılaşdırılır. 4-5 aydan sonra tikinti işlərinə başlanılacaq. Yolun çəkilişi başa çatdıqdan sonra Təbriz şəhərindən keçməklə Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq", - deyə o, bildirib. Bundan başqa, C.Qurbanov deyib ki, rəhbərlik etdiyi qurum bu ilin sentyabr ayında Gəncəyə hərəkət edəcək ilk sürət qatarını işə salmağa çalışır.
İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən musavat.com-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 9-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib. Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,79% möhkəmlənərək 1,8824 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,67% ucuzlaşaraq 0,0296 manat səviyyəsində qərarlaşıb. Türkiyə lirəsinin məzənnəsi 1,79% zəifləyərək 0,4776 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1553 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,68%-lik azalma baş verib. Gürcüstan larisinin məzənnəsi də 0,17% möhkəmlənərək 0,6469 manat olub. Yeni Müsavat
İqtisadiyyat
ABŞ-ın Rusiya banklarına tətbiq etdiyi sanksiyalardan sonra Rusiya prezidenti Vladimir Putin ölkənin Qərb maliyyə şirkətlərindən asılılığı zəiflətmək üçün milli kredit kard sisteminin yaradılacağını elan edib. Əsas məqsəd Krımı Federasiya tərkibinə daxil etdiyinə görə ABŞ və Qərbin Rusiyaya tətbiq etdiyi sərt maliyyə ölçülərinin fəsadlarını azaltmaqdır. Visa və Mastercard Rusiyanın bir neçə bankına xidməti dayandırdıqdan sonra, Putin ali rəsmilərin təklif etdiyi ölkə alternativ plastik kart sisteminin yaradılması planını dəstəkləyib. İlk əvvəl Viza və Mastercard, səhmdarları ABŞ-ın qara siyahısında olan Rusiya bankına işbirliyini dayandırmışdısa, sonradan şirkətlər digər banklara da xidməti dayandırdı. Habelə ABŞ höküməti sanksiyaların banklara şamil edilmədiyini aydınlaşdırdıqdan sonra, Visa və Mastercard həmin banklara xidməti bərpa edib. “Bizim Mərkəzi Bank milli ödəniş sisteminin yaradılması istiqamətində hökümətlə birgə fəal iş aparır. Əlbəttə ki, bu müəyyən qədər vaxt tələb edir. Ancaq Yaponiya, Çin kimi ölkələrdə bu sistemlər uğurlu şəkildə çalışır. Onlar ilk əvvəl yalnız milli, qapalı bir sistem kimi başlasa da, indi tədricən populyarlıq əldə etməkdədir”, - deyə Putin bildirib. Putin Yaponiyanın ödəniş sisteminin milli səviyyədə başladığını hazırda isə az qala 200 ölkədə xidmət göstərdiyini misal çəkib. Rusiya lideri Qərbin maliyyə institutlarının tətbiq etdiyi məhdudiyyətlərin, onların Rusiyadakı gəlirli bazar seqmentlərini itirməsi ilə nəticələnəcəyini qeyd edib. “Bu qərarı verən biz olmamışıq - biz milli maraqlarımızı qorumalıyıq və belə də edəcəyik”, - deyə Putin vurğulayıb.
İqtisadiyyat
2015-ci ilin ikinci yarısında neftin qiyməti yüksələcək."Trend"in məlumatına görə, bu haqda bazar günü Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında ekspertlər deyiblər.Onların sözlərinə görə, gələcəkdə neftin qiymətinin aşağı düşməsi gözlənilmir.
İqtisadiyyat
Dünya birjalarında neft bahalaşıb. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,70 dollar və ya 1,54% artaraq 46,22 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar və ya 1,49% artaraq 49,10 dollar olub.
İqtisadiyyat
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin fevral müqaviləsinin dəyəri 0.68% artaraq 1 barelə görə 78.78 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0.88% artaraq 73.34 dollar olub.
İqtisadiyyat
Son 24 saat ərzində "Coinmarketcap" birjasında bitkoinin məzənnəsi 11,9 faiz aşağı düşüb və Bakı vaxtı ilə 11:30-a olan vəziyyətə görə, kriptovalyuta 13,96 min dollara ticarət olunur. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərracın nəticələri deməyə əsas verir. Bununla belə, dekabrın 8-də kriptovalyuta tarixi maksimumunu müəyyən edərək 23 faiz bahalaşıb və 18 min dollar həddini aşıb.
İqtisadiyyat
Qurumun ekspertləri deyir ki, təklifin artmasına baxmayaraq, tələb stabil qalıb: “Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında artım qeydə alınıb. Lakin bu bağlanan əqdlərin dinamikasının artmasına çox az (0,4%) təsir edib. Ay ərzində bazarda orta qiymət 7 faiz azalaraq 18.250 ABŞ dollarına bərabər olub. Bazarda müşahidə olunan nisbi aktivlik avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını ala bilməyib. Dekabrda ekspazisiya müddəti daha 5 gün artaraq 75 günə çatıb. Buna müvafiq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi nisbətən aşağı düşüb. Bütün bunlar isə tədricən rəqabətə davam gətirə bilməyən xırda alverçilərin bazardan çıxmasına təsir göstərməkdə davam edir”.O da bildirilir ki, ötən ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 6600-dən artıq avtomobilin cəmi 39 faizə qədəri bazara məhz oktyabr ayında təklif olunub. Qalan 61 faizi isə əvvəlki aylardan qalan avtomobillərdir. Bazardakı yerdəyişmələr təkrar bazarda proqnozlaşdırılan qiymət artımının qarşısını alıb və dünyada baş verən maliyyə böhranının avtomobil istehsalçılarına mənfi təsiri dekabrda qiymətlərin bir qədər də ucuzlaşmasına təsir göstərib. Qiymət azalması daha çox ilkin bazarda qeydə alınıb. Ötən ay ilkin bazar üzrə orta qiymət azalması 10 faizi ötüb. Təkrar bazarda isə passivliyin hökm sürməsinə və təklifin tələbi sürətlə üstələməsinə baxmayaraq, qiymət azalması hələ ki, 7 faiz təşkil edib.
İqtisadiyyat
Azərbaycanda son 10 ildə 132 dövlət proqramı icra olunub və icra olunmaqdadır. APA-nın məlumatına görə, bunu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bu gün Bakıda keçirilən “Azərbaycan 2013-2018: yeni hədəflərə doğru” adlı konfransda deyib. O qeyd edib ki, son 10 ildə yoxsulluq 8 dəfə azalıb, 1,2 milyon yeni iş yeri açılıb: “Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycanın payına düşür. Bu gün Azərbaycanın 150-dən çox xarici ölkə ilə iqtisadi-ticari əlaqələri var”. Y. Eyyubovun sözlərinə görə, Azərbaycan bu gün iqtisadi, sosial və digər sahələrdə ciddi uğurlar qazanıb və dünyada etibarlı tərəfdaş kimi qəbul olunub: “Regionda bütün məsələlərin həllində əsas iştirakçı Azərbaycandır. Ölkəmizdə mühüm beynəlxalq tədbirlər keçirilir, gələcəkdə də keçiriləcək. Bunlardan ən mühümlərindən də biri I Avropa Oyunlarıdır”.
İqtisadiyyat
Yaxın vaxtlarda Azərbaycanda ölkənin və ümumilikdə Qafqazın ən böyük tikiş fabriki açılacaq.Oxu.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, yeni müəssisə Mingəçevir Sənaye Parkında fəaliyyət göstərəcək.Onun yaradılmasında məqsəd Azərbaycanın hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan olan asılılığı azaltmaqdır.Fabrikdə Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq və ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq.Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq ən azı 30% azalacaq. Tikiş fabrikində 2 mindən çox yeni iş yeri açılacaq.
İqtisadiyyat
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,64 dollar və yaxud 3,21% ucuzlaşıb."Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,41 dollara bərabər olub.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
İqtisadiyyat
Hesablama Palatası diplomatik nümayəndəliklərin büdcələrinin və dövlətin film çəkilişinə ayırdığı vəsaitlərin xərclənməsinə ciddi nəzarət olunmasını istəyir. APA-nın xəbərinə görə, Palata bununla bağlı parlamentə təkliflər paketi təqdim edib . Palatanın təkliflərində qeyd olunur ki, hökumət son dövrlərdə diplomatik nümayəndəliklərin saxlanılması xərclərini xeyli artırıb. Buna görə də, ciddi nəzarət mexanizminin tətbiqinə ehtiyac var. Palata təklif edir ki, diplomatik nümayəndəliklərin aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilən əlavə dəyər vergisi onların yerləşdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq geri alınsın. 5 gün ərzində dövlət büdcəsinə qaytarılsın. Palata dövlət büdcəsindən film çəkilişlərinə ayrılan vəsaitlərin xərclənməsinə də ciddi nəzarət olunmasını istəyir. Bu qurum hesab edir ki, film çəkilişi sahəsində büdcələrin hazırlanması hökumətin yaxından iştirakı ilə aparıla bilər. Üstəlik filmlərin dövlət büdcəsindən tam maliyyələşdirmə sistemindən imtina edib, birgə və ya qismən maliyyələşdirmə formasına keçmək olar.
İqtisadiyyat
“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixlərində Belarusa daha 94 min ton neft tədarük etməyi planlaşdırır”. APA xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Əhmədov TASS informasiya agentliyinə açıqlamasında bildirib. "Növbəti neft partiyasının tədarükü ilə bağlı bir neçə həftə əvvəl razılıq əldə edilmişdi. Belarus tərəfi 93-94 min ton sifariş etmişdi. Sabah və ya sonrakı günlərdə Türkiyənin Ceyhan limanından Belarusa 94 min ton həcmində Azərbaycan nefti göndəriləcək”, - deyə SOCAR nümayəndəsi vurğulayıb. Qeyd edək ki, bu ilin mart ayında SOCAR Belarusa iki tanker Azərbaycan nefti göndərib. Birinci partiyada 90 min ton, ikincidə isə 85 min ton. Tədarük edilmiş xammal Odessa limanından Odessa-Brodı boru kəməri ilə Belarus neft emalı zavodlarına daşınıb.
İqtisadiyyat
Mənbənin bildirdiyinə görə, QSC-nin tibb xidmətində yoxlama bir neçə ay davam edib və ciddi maliyyə pozuntuları aşkarlanıb. Məlum olub ki, dəmir yolunun gəlirlərinin bir qismi tibb xidməti vasitəsilə silinir. Bu vəsaitlər hesabına QSC-nin tibb müəssisələrində guya “əsaslı təmir” aparılıb və müasir avadanlıqlar “alınıb”. Bir sözlə, olmayan xidmətlərə, alınmayan mallara görə milyonlar silinib. Məsələn, Hesablama Palatasının auditorları müəyyən edib ki, xəstələr üçün alınan çəkələklər hamını şoka salacaq bir qiymətə - 33 manata rəsmiləşdirilib. Hansı ki həmin çəkələklərin bazar qiyməti 1 manatdan çox deyil. Xəstəxanada uşaq şöbəsi olmadığına baxmayaraq, uşaqlar üçün böyük partiyalarla pijamalar alınıb və silinib. Hesablama Palatasının yoxlamaları 15 günə yaxındır davam edir və kifayət qədər şişirdilmiş qiymətlərlə aşkarlanıb. Sonda rəhbərlik vəziyyətdən çıxış yolu kimi Hesablama Palatasının auditorlarını “yola salmaq” üçün həkim və tibb işçilərindən pul yığımına göstəriş verib. İşçilərdən 500 manatdan 3 min manatadək “təzminat” yığılır. Mənbənin məlumatına görə, bu işlərin hamısı QSC-nin tibb xidmətinin sabiq rəisi Saday Zeynalovun dövründə qeydə alınıb. Bütün əməliyyatlar onun imzası ilə həyata keçirilib. Hazırda o, “Bakı Metropoliteni” QSC sədrinin sosial məsələlər üzrə müavinidir. Ancaq indi yeni rəhbərlik onun əməllərini ört-basdır etmək üçün işçilərdən xərac toplamağa üstünlük verib. Mənbə bildirir ki, məsələdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun da xəbəri var və o, auditorları sakitcə “yola salmaq” tapşırığını verib. İqtisadiyyat şöbəsi
İqtisadiyyat
2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb."APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.Qeyd edək ki, bu göstərici 2020-ci illə müqayisədə eynidir.
İqtisadiyyat
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1216 (+0,32%) təşkil edib Bakı. 3 oktyabr. REPORT.AZ/ Oktyabrın 2-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,23% bahalaşaraq 16 472,37 bənd, S&P 500 1,43% artaraq 1 951,36 bənd, Nasdaq isə 1,74% yüksələrək 4 707,77 bənd təşkil edib. "Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,95% bahalaşaraq 6 129,98 bənd, Fransa CAC-40-ı 0,73% artaraq 4 458,88 bənd, Almaniya DAX-ı isə 0,46% bahalaşaraq 9 553,07 bənd təşkil edib. Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 26,40 dollar yaxud 2,37% bahalaşaraq 1 137,60 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1216 (+0,32%) təşkil edib.
İqtisadiyyat
Azərbaycanda 4 ləğv edilmiş bank üzrə ilkin kompensasiyanın həcmi 110,7 milyon manat təşkil edib.Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.
İqtisadiyyat
Bu gün Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə dəyişməyib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün olduğu kimi 1,0479 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0004 manat və ya 0,03% artaraq 1,1813 manat olub. Manata nəzərən Rusiya rublu 0,0005 manat və ya 3,09% azalaraq 0,0157 manat olub.
İqtisadiyyat
Yaranmış vəziyyətlə bağlı dünən müəssisənin direktoru Əziz Əzimovla görüşən millət vəkili İkram İsrafil bəzi məsələlərə aydınlıq gətirdiyini söylədi: “Görüş zamanı direktor bildirdi ki, yaranmış vəziyyətlə əlaqədar ciddi səylər göstərir. Əziz müəllim müəssisənin fəaliyyət göstərməsində maraqlıdır. Onun deməsinə görə, hazırda ASC-nin anbarlarında 200 ton hazır məhsul yığılıb qalıb. Yaranmış maliyyə böhranı ilə əlaqədar Rusiya müəssisələri həmin məhsulları almaqdan imtina edirlər. ARDNŞ isə ”Azərboru"nun məhsullarını çox az alır". Millət vəkilinin sözlərinə görə, yaranmış vəziyyətlə bağlı hökumət ciddi addımlar atmalıdır: “Hazırda ASC-nin sahibi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Dövlət Neft Şirkəti ilə danışıqlar aparır. Şirkət ”Azərboru"nun məhsullarının alınmasına üstünlük versə, vəziyyət müsbətə doğru dəyişə bilər. Bir sözlə, ARDNŞ xaricdən boru almasını dayandırmalıdır. Hökumət isə öz növbəsində müəssisədə istehsal edilən məhsulun keyfiyyətli olması üçün texnoloji dəyişikliklər həyata keçirməlidir. Digər tərəfdən, dövlət büdcəsinin “Azərboru”ya borcu var və hazırda məsələnin yoluna qoyulması istiqamətində işlər həyata keçirilir".Zavodun qarşısında toplaşan işçilərlə söhbət etdiyini deyən İ.İsrafil olayla bağlı K.Həsənovla da görüşəcəyini dedi: “Dövlət müəssisələrinin fəaliyyətini yaxşılaşdırmaq istiqamətində dövlət proqramı mövcuddur. Əmlak Komitəsi özəlləşdirmədən gələn gəlir hesabına müəssisəni yeniləşdirməlidir. Bu da zavodun məhsulunun dünya bazarına çıxarılmasına imkan verər”. Millət vəkilinin fikrincə, vəziyyətdən çıxmaq üçün “Azərboru” ya dövlətin himayəsində olmalıdır, ya da özəlləşdirilməlidir: “Əks halda, 1300 işçinin taleyi sual altına düşəcək”.
İqtisadiyyat
Z.İsmayıl qeyd edib ki, təhsil ocaqlarının regional mənzərəsində ciddi dəyişikliklər baş verib. Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycanda ən çox məktəbin tikildiyi dövr 2005-ci ilə təsadüf edir. 2000-ci illərin əvvəlindən başlayaraq ölkədə məktəb tikintisi vüsət alsa da, 2004-2009-cu illər ərzində Azərbaycanda təhsil ocaqlarının ümumi sayı 4553-dən 4550-yə düşüb: “Həmçinin təhsil ocaqlarının regional mənzərəsində ciddi dəyişikliklər baş verib. Daha dəqiq desək, son 6 ildə şəhərlərdəki təhsil müəssisələrinin sayı artdığı halda, kəndlərdəki təhsil müəssisələrinin sayı azalıb. Eyni zamanda, bu müddət ərzində ölkədə şagirdlərin sayı 11,8 faiz azalıb. Belə görünür ki, bir tərəfdən məktəb tikintisi genişlənir, o biri tərəfdən məktəblərin sıradan çıxması vüsət alıb. Məktəblərin təmirinə ayrılmış ümumi vəsait 57,4 milyon manat təşkil edib. Dövlət büdcəsindən investisiya xərcləri üzrə Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrə ayrılmış vəsaitləri nəzərdən keçirəndə məbləğlərin şişirdilməsi ilə bağlı çoxsaylı faktlara rast gəlmək olar”.Z.İsmayılım sözlərinə görə, Azərbaycanda vahid məktəb standartları yoxdur. Üstəlik, bu standartların formalaşması istiqamətində iş getmir. Bunun nəticədir ki, yeni tikilmiş məktəblər həm dizaynına, həm imkanlarına və təchizatına, həm də smeta dəyərinə görə çox fərqlənirlər: “Məktəblərin tikintisi və təmiri üzrə podratçılar müəyyən edilərkən çox halda qanunvericiliyin tələblərinə zidd olaraq tender keçirilmir. Tender keçirildiyi halda isə bu, formal xarakter daşıyır”.Tədbirdə iştirak edən Təhsil Nazirliyinin tikinti şöbəsinin nümayəndələri aşkar edilmiş problemlərə münasibət bildirib. Nazirliyin nümayəndələri həmçinin tədbir iştirakçılarının suallarını cavablandırıblar.
İqtisadiyyat
Dekabrın 25-ə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 25.12.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2018-ci il dekabrın 24-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib
İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı 14 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan musavat.com-a verilən məlumata görə, fevralın 14-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7301 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi isə 1,8358 manat təşkil edir. 1 türk lirəsi 0,4719 manat, 1 rus rublu 0,0298 manatdır.
İqtisadiyyat
Bu gün noyabrın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 6-sı ilə müqayisədə 0,0003 manat və ya 0,3% artaraq 1,0501 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0143 manat və ya 1,25% azalaraq 1,1281 manata enib. Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,81% azalaraq 0,0163 manat səviyyəsində qərarlaşıb.
İqtisadiyyat
Qeyd edək ki, şirkət rəhbərliyi baş vermiş hadisə ilə əlaqədar alıcılardan artıq üzr istəyib. Şirkət avtomobillərin qaz pedallarında yaranmış problemlə əlaqədar ABŞ, Çin və Avropadan milyonlara avtomobilini geri çağırmaq məcburiyyətində qalıb. Qeyd edək ki, qüsurlu modellər sırasına 2009-2010-cı illərin istehsalı olan “RAV4", ”Korolla", “Camry” və “Highlander” daxil edilib. Bundan başqa, siyahıya “Matrix”, “Avalon”, “Tundra” və “Sequoia” markaları da əlavə olunub. Nəticədə 3 milyon “Toyota” avtomobili satışdan çıxarılıb.Xatırladaq ki, qlobal maliyyə böhranı avtomobil bazarına kəskin şəkildə təsir göstərib. Şirkət bir neçə ay öncə Amerikadakı 72 illik “Toyota” zavodunun fəaliyyətinə son qoydu. Zavodun bağlanmasına səbəb kimi o göstərildi ki, maşınların əyləc sistemində nasazlıq olduğundan alıcılıq qabiliyyəti aşağı düşüb. Kaliforniyadakı zavodun bağlanmasının ardınca eyni aqibət Sankt-Peterburq şəhərində də yaşandı. Zavod ötən ilin avqustunda 3 günlük fəaliyyətini dayandırdı.“Toyota” şirkətinin avtomobili ilə bağlı yaranmış problem Azərbaycana idxal olunan “Toyota” avtomobillərinin də keyfiyyət məsələsini aktuallaşdırdı. Məsələ ilə bağlı dünən “Toyota” şirkətinin Bakı mərkəzi ilə əlaqə saxladıq. Şirkətin Fərhad adlı işçisi qəzetimizə açıqlamasında bunları dedi: “Həmin nasazlıq Amerikada baş verib. Azərbaycana idxal olunan ”Toyota" maşınlarına bunun heç bir aidiyyəti yoxdur. Çünki bizə maşınlar qarantiya ilə idxal olunur. Eyni zamanda Azərbaycana gətirilən “Toyota” maşınları xalis Yaponiya istehsalıdır. Ancaq Amerikada qaz pedalında nasazlıq yaranan maşınlar Avstraliya istehsalıdır. Azərbaycana Avstraliya maşınları gətirilmir".
İqtisadiyyat
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,6 dollar və yaxud 3,57% bahalaşıb."Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,48 dollara bərabər olub.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
İqtisadiyyat
Azərbaycan kimya sənayesi məhsullarının ixracını kəskin artırıb. Musavat.com xəbər verir ki, bu ilin yanvar-sentyabrında xaricə 76 milyon 621.59 min dollarlıq 376 min 533.10 ton kimya sənayesi məhsulları satılıb. Bu, ötən ilin eyni dövründəkindən 204 min 516,1 ton çox deməkdir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabrında ixracı kəskin artan digər məhsul şəkərdir. Belə ki, ötən ilin 9 ayında Azərbaycandan xaricə 20 milyon 772.87 min dollar dəyərində 35 min 742.90 ton şəkər satılmışdısa, bu ilin eyni dövründə satış həcmi 53 min 446.14 tona, dəyər ifadəsində isə 23 milyon 176.38 min dollara çatıb. Ümumilikdə bu ilin 9 ayında ixracımızın 75,79 faizini xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları, 12,18 faizini təbii qaz, 2,33 faizini isə neft məhsulları (2710 mal kodu üzrə) təşkil edib. Qeyd edək ki, ötən ilin eyni aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracındakı payı 81,18 faiz, təbii qazın 7,2 faiz, neft məhsullarının payı 2,98 faiz olmuşdu. DÜNYA,Musavat.com
İqtisadiyyat
Bu gün Avropa İnvestisiya Bankı (AİB) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşasının maliyyələşdirilməsinə 932 mln. avro (1,15 mlrd. dollar) məbləğində kredit ayrılmasını təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. "Cənub Qaz Dəhlizi" layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Bu kəmərlə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin II mərhələsi çərçivəsində hasil olunan qazın nəqli nəzərdə tutulur. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin, təxminən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. TANAP-ın Əskişəhərə qədər hissəsinin bu ilin ortalarında istifadəyə verilməsi gözlənilir. TANAP üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Dünya Bankı və Asiya İnfrsatruktur və İnvestisiya Bankı (AIIB) da kredit ayrılmasını təsdiqləyib.
İqtisadiyyat
Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir.
İqtisadiyyat
AZƏRTAC-ın 30 noyabr məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 62,39 dollara satılır. London birjasında brent markalı neftin bir barreli 59,67 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 51,49 dollara təklif olunur. Novator.az bildirir ki, “AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib. Fevralda ilk qiymət 70,33 dollar, martda 66,61 dollar, apreldə 69,86 dollar, mayda 75,95 dollar, iyunda 79,46 dollar, iyulda 79,23 dollar, avqustda 75,75 dollar, sentyabrda 79,73 dollar, oktyabrda 85,94 dollar, noyabrda 77,23 dollar olub. Noyabr ayında Azərbaycan nefti 14,84 dollar ucuzlaşıb. Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Energetika Nazirliyinin rəsmi hesabatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkədə 7 milyon 919,3 min barrel neft hasil edilib. Yanvar-oktyabr aylarında ölkənin ixracının 80,9 faizi xam neft və xam neft məhsulları, 2,8 faizi neft məhsulları olub.
İqtisadiyyat
Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlarla əlaqədar olaraq, ölkədə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Vergi Məcəlləsində də bir sıra dəyişikliklərin edilməsini zəruri edir. “Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, 2001-ci ildə qəbul edilmiş Vergi Məcəlləsi Azərbaycanda yeni iqtisadi sistemin formalaşmasına, ölkəyə maliyyə resurslarının cəlb edilməsinə öz müsbət təsirini göstərib: “Dünyada qlobal risklərin artdığı bir şəraitdə sahibkarlığın və iqtisadi inkişafın keyfiyyətinin yüksəldilməsi Vergi Məcəlləsində də bir sıra dəyişiklikləri zəruri edib. Vergi Məcəlləsində edilən növbəti dəyişikliklər mahiyyətinə və əhatə dairəsinə görə şübhəsiz ki, Azərbaycan tarixində mühüm dəyişiklik kimi qeyd edilə bilər”. O bildirib ki, Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub. Onlardan 73-ü ayrı-ayrı maddələrin dəyişməsi ilə əlaqədar, 89 ədədi isə texniki dəyişiklikdir.
İqtisadiyyat
2020-ci ilin birinci yarısında dünya bazarında neftin qiymətləri 60 dollar/barel ətrafında dəyişəcək. Bunu “Report”a rusiyalı ekspert, Moskva İdarəçilik Məktəbinin eksperti Yekatrina Qruşevenko bildirib. O, neftin qiymətinin dəyişməsi proqnozu ilə bağlı səbəblər arasında dünya iqtisadi artımına dair mənfi proqnozları, o cümlədən ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsini misal göstərib. “2020-ci ilin birinci yarısında ABŞ-ın Permian hövzəsindən şist neftin nəqli ilə bağlı yenə də çətinliklərlə üzləşəcəyi gözlənilir. Bununla yanaşı, OPEC+ ölkələri də neftin qiymətlərini saxlamaq üçün kvotaları artırmağa hazır olduqlarını bildirirlər”, – deyən ekspert üstəlik də neft hasilatının ən sürətli artdığı Braziliyanın qeyri-rəsmi də olsa OPEC+ üzvü olmağa razılıq verməsinin də neft qiymətlərinə təsirsiz ötüşməyəcəyini dilə gətirib. Qeyd edək ki, ekspertlər 2020-ci ildə bütün dünyada neftin ucuzlaşacağı barədə proqnoz verir. Nüfuzlu beynəlxalq təşkilatların proqnozlarını nəzərə alan Azərbaycan hökuməti 2020-ci ilə dövlət və icmal büdcədə neftin bir barelinin qiymətini 55 dollar səviyyəsində nəzərdə tutub, 2019-cu il üzrə isə bu göstərici 60 dollar olub. Rusiya energetika naziri Aleksandr Novak oktyabr ayında neftin 50 dollar səviyyəsindəki qiymətini ədalətli saydığını bildirmişdi. ABŞ Enerji Departamentinin saytında yerləşdirilən yaxın gələcəyə dair proqnoza görə, 2020-ci ilin ikinci rübündə “Brent” markalı neftin qiyməti 57 dollar təşkil edəcək. Buna səbəb olaraq dünya neft ehtiyatlarının artması göstərilir. Beynəlxalq Valyuta Fondu 2020-ci ildə “Brent” markalı neftin orta illik qiymətini 57,94 dollar, Dünya Bankı isə 58 dollar səviyyəsində gözləyir. Bununla belə, ABŞ ekspertləri sonrakı dövrdə qiymətin 62 dollaradək artacağını da istisna etməyiblər.
İqtisadiyyat
Rusiyanın "İlyuşin Finans" lizinq şirkəti və "Azərbaycan hava yolları" 10 ədəd MS-21 təyyarəsinin tədarükü haqqında memorandum imzalayıb. "Report" "TASS"a istinadən xəbər verir ki, sənəd Azərbaycanın baş nazirinin birinci müavini Eyyub Yaqubov və Rusiya baş nazirinin müavini Dmitri Roqozinin iştirakı ilə imzalanıb.
İqtisadiyyat
Getdikcə iqtisadi vəziyyəti iflic vəziyyətinə düşən Ermənistanda son vaxtlar su və qazla yanaşı ictimai nəqliyyatda gediş haqqının 50 faiz qaldırılması ölkədə boyük narazılıq yaradıb. Musavat.com AzərTAc-a istinadla xəbər verir ki, böhran məngənəsində boğulan Ermənistanda daha bir məhsulun qiyməti qaldırılıb. Çörəyin və un məmulatlarının qiyməti 9, 2 faiz bahalaşıb. Növbəti bahalaşma onsuz da vəziyyəti ağır olan əhalinin ciddi narazılığına səbəb olub, deyə AzərTAc-ın xüsusi müxbiri yazırmusavat.com
İqtisadiyyat
Bank Respublika - Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) tərəfindən Ticarətə Yardım Proqramı (The Trade Facilitation Programme, TFP) çərçivəsində 2022-ci il üzrə ticarətin maliyyələşdirilməsi sahəsində “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb. Mükafat EBRD-nin 16 may 2023-cü il tarixində Səmərkənd şəhərində Rəhbərlər Şurasının illik iclası zamanı keçirilən təntənəli mərasimdə təqdim olunub. Bu mükafat EBRD və Bank Respublika arasında ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlığın hər il artan səmərəliliyinə dəlalət edir. Bu bir daha təsdiq edir ki, Bank Respublika ölkəmizdə sahibkarlığa dəstək missiyasını uğurla həyata keçirir, bunun da mühüm hissəsi xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsidir. Qeyd edək ki, tədbirdə 73 dövlətdən 2 mindən çox qonaq, o cümlədən xarici dövlətlərin nümayəndələri, transmilli korporasiyaların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və bankların rəhbərləri iştirak edir. Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir. Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
İqtisadiyyat
Rusiya OPEC təşkilatına neft hasilatını azaltmayacağını bildirib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Rusiya gözlənilən qlobal neft anlaşması çərçivəsində ancaq neft hasilatını donduracağını açıqlayıb."Reuters"ə yaxın mənbələrin verdiyi məlumata görə, oktyabrın 23-də Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEC ölkələri rəsmiləri ilə Rusiya tərəfinin qapalı görüşündə hasilatın mümkün 4% azaldılması müzakirə olunub. Bu təklifin həmçinin bu gün və sabah Avstriyanın paytaxtı Vyanada keçirilən neft hasilatçısı ölkələrin ekspert komissiyasının iclasında müzakirə olunacağı gözlənilir. İkigünlük Vyana iclasında İraqın hasilatın həcminin dondurulması və ya azaldılması anlaşmasına qatılmaq istəməməsinin qəbul edilməyəcəyi, ancaq Liviya, Nigeriya və İranın istisna hal kimi anlaşmadan kənar qalmasına imkan veriləcəyi bildirilib."Report"un analitik qrupu ən yaxşı halda neft hasilatçısı ölkələrin hasilatı dondurmağa razı olacaqlarını ehtimal edir. Belə bir razılaşmanın ilkin mərhələdə neft qiymətlərinin artmasına səbəb olsa da, daha sonra neftə tələbin azalması və hasilat kvotalarına riayət olunmaması səbəbi ilə pozulacağı proqnozlaşdırılır.
İqtisadiyyat
Bir müddət əvvəl qəsəbədə su xətləri və sayğaclar yeniləşdirilib. Proses başa çatandan sonra isə “Azərsu” dağıtdığı həyətləri, yolları yalnız görüntü naminə asfaltlayıb işini bitmiş hesab etmək istəyir. Bu isə haqlı olaraq əhalinin ciddi narazılığına səbəb olur. Seçki ərəfəsində insanları bu şəkildə incitməyin isə bir adı var, hakimiyyətə qarşı sabotaj. Şəkillərdə gördüyünüz ərazi Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, 7 saylı binanın həyətidir. Bu binada yaşayan insanlar evlərindən çıxıb dərhal palçığa düşürlər. Düzdür, “Azərsu”nun təmsilçiləri, iş icraçıları sentyabrın 22-də - bazar günü həyətləri asfaltlamağa başlayıblar. Qonşu binalardan birinin həyətinə baxanda bəlli olub ki, onlar yola cəmi 80 sm enində yamaq vurub bununla işlərini bitmiş hesab edirlər. Buna isə binanın sakinləri haqlı olaraq razı olmayıblar. Çünki binanın həyəti tamamilə yararsız hala salınıb. Ən acınacaqlı vəziyyət isə Ceyranbatan qəsəbəsi, 1 saylı orta məktəbin qarşısındadır. Səhər məktəbə gələn uşaqlar mütləq palçığa batırlar. Hətta bu gün səhər məktəbə uşağını gətirən valideynlərdən birinin avtomobili məktəbin qarşısında palçığa batıb qalmışdı... İndi düşünün, 9 oktyabrda səsverməyə gedən vətəndaş bu bərbad yollarla gedib hakimiyyətin namizədinə səs verərmi? Məgər 1 maşın asfaltı binaların həyətinə tökmək o qədərmi ağır prosesdir? Camaatı seçki ərəfəsində narazı salmaqla, “Azərsu” hakimiyyətə ən ciddi müxalifətçiliyini edir. Əməkdaşımızın dəqiqləşdirmələri zamanı bəlli olub ki, “Azərsu”nun bu işlərini müqavilə bağladığı podratçı şirkətlər həyata keçirir. Bu vəziyyət də onların yarıtmaz fəaliyyəti üzündən baş verib. Maraqlıdır, ASC müqavilə bağladığı şirkətlərin anormal fəaliyyətinə niyə göz yumur, onlara nəzarət etmir?
İqtisadiyyat
2017-ci il dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 226,2 milyon manat təşkil edib. Trend-in məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 872,2 milyon manatı və ya 80,7 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,6 faizi banklar, 3,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 890,3 milyon manata çatıb və ümumi kredit portfelinin 15,5 faizini təşkil edib.
İqtisadiyyat
ABŞ-ın ən böyük silah-sursat istehsalçılarından biri olan “Remington Outdoor Co.” və onun törəmə şirkəti “Remington Arms Company” Alabama əyalət məhkəməsində iflas proseduruna başlanılması barədə iddia qaldırıb. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin məhkəməyə verdiyi sənədə istinadən məlumat yayıb. ABŞ-ın İflas Kodeksinin 11-ci fəsli şirkətə biznesin yenidən qurulması və kreditorlara borclarını ödəmək planlarını hazırlayarkən fəaliyyətini davam etdirməyə imkan verir. Bu şirkətin artıq iki il ərzində ikinci iflasıdır. Qeyd edək ki, şirkət 1816-cı ildə Elifalet Reminqton tərəfindən qurulub. ABŞ ordusu ilə 1845-ci ildə razılaşma əldə edən Reminqton o dövrdə 5 min ədəd Missisipi marka tüfəng istehsal edib.
İqtisadiyyat
Elektrik enerjisinin tariflərinin qaldırılacağı ilə bağlı xəbərlər şayiələrdən ibarətdir. "Report" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyev bildirib.O qeyd edib ki, bu xəbərləri yaymaqla seçkiqabağı kimsə bundan istifadə etmək istəyir. "Tariflərin qaldırılması gündəmdə deyil".
İqtisadiyyat
Bu ilin aprel ayında Neft İxracatçısı Ölkələrin Təşkilatı (OPEC) neft hasilatını sutkada 484 min barel artıraraq 33,217 mln. barelə çatdırıb. “APA-Economics”in xəbərinə görə, bu barədə “Bloomberg” xəbər verib. Qeyd olunur ki, bu, 1989-cu ildən bəri ən böyük aylıq artımdır. Brent markalı neft aprelin ayının əvvəlindən 22%, WTI markalı neft isə 21% bahalaşıb. Bu, 2015-ci ilin aprel ayından etibarən ay ərzində rekord artımdır.
İqtisadiyyat
Asiya İnkişaf Bankı (AİB) “Azərbaycan Dəmir Yolları” QSC-yə 200 mln. dollar məbləğində kredit ayıra bilər. “APA-Economics” xəbər verir ki, bunu AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Manappabekov deyib. “Söhbət Şimal-Cənub nəqliyyat dəhlizinin maliyyələşdirilməsindən gedir. Biz təkliflərimizi “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə göndərmişik və onlardan cavab gözləyirik”, - deyə o bildirib. Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran ası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” saziş»ə qoşulub. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
İqtisadiyyat
ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu artım 1994-cü ildən bəri ən sürətli faiz artımıdır. Bu barədə "TRT Haber" məlumat yayıb. FED-dən verilən açıqlamaya görə faizin artırılması qərarına 1-ə qarşı 10 nəfər səslə verib. "Kanzas Siti Fed"in sədri Ester Corcun isə 50 baz bənd artırılmasına səs verdiyi bildirilib. Federal Açıq Bazar Komitəsinin (FOMC) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 faiz inflyasiya əldə etməyi hədəflədiyi vurğulanaraq, bu hədəfləri dəstəkləmək üçün federal fond faizinin yüzdə 1,50-1,75 aralığına qaldırılmasına qərar verildiyi bildirilib. Qeyd edilib ki, davamlı artımların məqsədəuyğun olacağı gözlənilir./Publika.az
İqtisadiyyat
Ermənistana qaz ixrac edən yeganə qurum - Rusiyanın “Qazprom” şirkəti Ermənistanda mavi yanacağın qiymətini qaldırıb. Musavat.com “oxu.az”a istinadən xəbər verir ki, Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının mətbuat xidmətinin məlumatına görə, Ermənistanda təbii qaza yeni tariflər müəyyən edilib. 2022-ci il aprelin 1-dən bütün istehlakçılar üçün vahid tarif tətbiq ediləcək; qazın qiyməti 1 000 kubmetr üçün 266.71 ABŞ dollarından 282.6 ABŞ dollarına, yəni 6 faiz qalxacaq. “Qazprom” ASC Ermənistana daxili istehlak üçün yeganə qaz tədarükçüsüdür. Rusiya mavi yanacağının Ermənistandakı istehlakçılara çatdırılmasını Gürcüstan ərazisindən tranzitlə “Qazprom Ermənistan” vasitəsilə həyata keçirir.
İqtisadiyyat
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınan qatar sonuncu stansiyaya çatıb. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, yük qatarı Mersin şəhər stansiyasına çatıb. Otuz konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib və 600 ton buğda daşıyıb. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oktyabrın 30-da reallaşıb.
İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 55,02 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,56 dollar/barel azdır. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 54,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 19-da 51,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 19-da 52,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel azdır.
İqtisadiyyat
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,2 ABŞ dolları və yaxud 0,31% azalıb. "Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,91 dollar təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
İqtisadiyyat
"Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında yaranan vəziyyət "Sberbank"a təsir etməyəcək". "APA-Economics" "Prime" agentliyinə istinadən xəbər verir ki, bunu "Sberbank"ın İdarə Heyətinin sədri Aleksandr Morozov bildirib. Onun sözlərinə görə, ABB "Sberbank"ın kontragentidir: "Bizim öhdəliklərimizin həcmi o qədər də iri deyil. Başqa sözlə, risk də cüzidir. Biz bu məsələni maksimum konstruktiv şəkildə həll etməyə çalışırıq. İndiki vəziyyətdə biz hər hansı itki gözləmirik". Bankir ABB ətrafında baş verənləri "olduqca qəribə vəziyyət" adlandırıb. "Söhbət dövlət bankından gedir", - deyə o əlavə edib. Mayın 11-də ABB xarici öhdəliklər üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasiyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək. ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri banklıdır. Bankın səhmlərinin 91,3%-i dövlətə məxsusdur.
İqtisadiyyat
Azərbaycanda iqtisadçılar tərəfindən ölkəmiz üçün prioritet olan bəzi məhsullarda 18 faizlik əlavə dəyər vergisin azaldılması təklif edilir. İqtisadçılar hesab edir ki, əlavə dəyər vergisinin differensiyallaşdırılması üsulu ilə həm həmin məhsulların qiymətinin ucuzlaşmasına, həmdə həmin sahələrin inkişafına nail olmaq olar. Yerli istehsalı təşviq etmək və qiymətləri ucuzlaşdırmaq üçün əlavə dəyər vergisinin differensiallaşdırılması təklif edilir. Bunun üçün xüsusən də dövriyyəsi aşağı olan və yerli istehsal həyata keçirən şirkətlər üçün 18 faizlik verginin azaldılması təklif edilir. Eyni üsulu prioritet hesab edilən ixrac məhsullarına da tətbiq etmək olar. Beynəlxalq təcrübədə uğurla sınaqdan keçirilən bu üsulla, həmin məhsullarının qiymətinin ucuzlaşmasına nail olmaq olar. Amma belə differensiyallaşmanın ümumilikdə bütün yerli istehsala aid edilməsi tövsiyyə edilmir. Bunun əvvəzində yerli istehsalı təşviq etmək üçün ''Taxfree'' yəni ölkədən çıxarılan yerli məhsulların əlavə dəyər vergisindən azad edilməsi təklif edilir. /Xəzər TV/
İqtisadiyyat
Xəbəri təsdiqləyən mətbuat katibi qiymət artımının səbəblərini açıqlayıb: “Bütün aviaşirkətlər Azərbaycana uçuş qiymətlərini qaldırdıqlarına görə, biz də məcbur olub qiymətləri artırdıq. Bizdə başqa şirkətlərə nisbətən qiymətlər hələ aşağıdır. Türk Hava Yolları qiyməti 750 manata qaldırıb”. Qiymət artımının bütün ölkələrə olan reyslərə tətbiq olunduğunu deyən M.Səfərli bunu bayram ərəfəsində uçuşların və sərnişinlərin çox olması ilə əlaqələndirib. Həmçinin qeyd edib ki, qiymətlər yay mövsümündə yenidən ucuzlaşacaq. Lakin sonradan saytla əlaqə saxlayan AZAL rəsmisinin sözlərinə görə, AZAL-da Bakı-İstanbul reysinə biletin qiyməti 227.40 manatdan 495 manatadəkdir: “Bilet satışı nestinq sistemi ilə aparıldığından, əvvəlcə ucuz biletlər satışa çıxarılır. Sonra isə qiyməti baha olan biletlərin satışı həyata keçirilir. Yəni öncədən bilet sifariş edəndə qiyməti də ucuz başa gəlir. Bu, bütün dünya aviaşirkətləri arasında olan prosesdir və şirkətlər arasında rəqabət yaradır. AZAL-da nestinq sistemindən istifadə edən aviaşirkət kimi Novruz bayramı ərəfəsində bilet satışını həyata keçirəcək”. Qeyd edək ki, martın 28-dən aprelin 26-nadək İstanbulda “Şoppinq festival” (alış-veriş endirimləri) keçiriləcək. Görünür, həmin ərəfədə Azərbaycandan İstanbula gedənlərin sayının çoxalacağını nəzərə alan AZAL indidən qiymət artımlarına zəmin hazırlayır.
İqtisadiyyat
"Report" tikinti materialları bazarındakı son qiymətləri araşdırıb. Beləliklə,1 noyabr tarixinə "Dərnəgül" tikinti materialları bazarı və “Papanin” körpüsü ətrafında mövcud olan daş bazarında parametrlərindən asılı olaraq armatur, taxta, dikt, DSP, şifer, mismar, qum, alçıpan, plastmas boru, şüşə, sement, daş və kərpicin qiymətləri (manatla) araşdırılıb. Daha ətraflı məlumat aşağıdakı infoqrafikada əks olunub:
İqtisadiyyat
Analitikin fikrincə, Xəzəryanı ölkələrin ümumi problemlərlə üzləşib, amma hər bir ölkədə bu problemləri törədən səbəblər barədə müxtəlif fikirlər var. “Sovet rejiminin son on ilində investisiyalar azaldıqca, Sovet sərhədlərinin cənubunda yeni inqilabçı qüvvələr meydana çıxdıqca Moskvanın regiondakı nüfuzu zəifləməyə başladı”. Cənab Starr əmindir ki, regiondakı yeni reallıqlar enerji sahəsindəki inkişafa da əhəmiyyətli dərəcədə təsir göstərir və Avropanın enerji təhlükəsizliyi məsələsinə potensial olaraq cəlb olunur. İndiki tendensiyalar enerji təhlükəsizliyi maraqlarına və yaxud regionun və ya Qərbin inteqrasiya məqsədlərinə xidmət etmir. “Azərbaycan Cənub dəhlizi qaz kəməri kimi alternativ boru xətlərinin həlledici təchizatçısıdır, amma Türkiyə ilə qaz nəqlinə dair razılığın əldə olunmaması qaz sahəsində inkişafı və nəql infrastrukturunu ləngidir. Nəticədə Avropanın Rusiyadan qaz nəqlindən asılılığı artır”.
İqtisadiyyat
ABŞ-ın Energetika Nazirliyi Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb "Report" xəbər verir ki, bu barədə ABŞ-ın nazirlik yanında Energetika İnformasiyası Agentliyinin (EİA) "Qısamüddətli energetika proqnozu"nun mart nəşrində deyilir. Bildirilir ki, Azərbaycan 2019-cu ildə orta hesabla gündə 0,78 milyon barel neft və kondensat çıxarılacaq. Proqnozun məlumatlarına əsasən, 2019-cu ilin birinci rübündə hasilatın səviyyəsi gündə 0,79 milyon barel təşkil edəcək. İkinci rübdə hasilat dəyişməz qalacaq - 0,79 milyon barel. Cari ilin üçüncü və dördüncü rüblərində neft hasilatı və gündə 0,78 milyon barel neft və müvafiq olaraq 0,76 milyon barel kondensat səviyyəsində proqnozlaşdırılır. Agentliyin proqnozuna görə, 2020-ci ildə birgünlük hasilatın orta göstəricisi 0,76 milyon barel neft və kondensat təşkil edəcək.
İqtisadiyyat