Dataset Viewer
Auto-converted to Parquet
title
stringclasses
16 values
identifier
stringclasses
16 values
file
stringclasses
16 values
chunk_index
int64
0
51
text
stringlengths
23
10k
Həqiqət Hacıyeva Ü MUMTƏ HSİ L MƏ KTƏ BLƏ Rİ NDƏ Bİ OLOGİ YA FƏ NNİ Nİ N TƏ DRİ Sİ NDƏ Ş AGİ RDLƏ RƏ Tİ BBİ Bİ Lİ KLƏ Rİ N VERİ LMƏ Sİ
HqiqtHacyevaMUMTHSLMKTBLRNDBOLOGYAFNNNNTDRSNDAGRDLRTBBBLKLRNVERLMS
Həqiqət Hacıyeva - ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ ŞAGİRDLƏRƏ TİBBİ BİLİKLƏRİN VERİLMƏSİ_djvu.txt
0
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ ŞAGİRDLƏRƏ TİBBİ BİLİKLƏRİN VERİLMƏSİ Həqiqət Hacıyeva ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Açar sözlər. Tibbi bilik, biologiya fənni, ekoloji problem, infeksion xəstəliklər, zədələnmələr, xalq təbabəti, dərman bitkiləri, bakteriyalar, göbələklər, viruslar, dezinfeksiya, dezinseksiya, deratizasiya. Dünya ölkələrində gedən iqtisadi-siyasi inkişaf, elmi-texniki tərəqqi, ekoloji proseslər, təhsil sahəsində baş verən dəyişikliklər insanların sağlamlığına müəyyən təsir göstərir, onun qorunması problemini aktuallaşdırır. Ekoloji problemlərin: təmiz hava, su, qida məhsullarının çatışmazlığı, müharibələr, insanlararası münasibətlərin pozul-ması sağlamlığa ciddi zərbə vurur. Ailə münasibətlərinin kəskinləşməsi, boşanmaların sayının artması ilə uşaqların ata- ana qayğısından məhrum olması, infeksion xəstəliklərin yayılması, uşaq alveri kimi problemlər gələcək nəslin sağlam böyüməsinə inamı azaldır. Digər tərəfdən, texnikanın sürətli inkişafı, onlardan istifadə edənlərin sayının günü- gündən çoxalması, terror və qəzaların sayının artması insanların sağlamlığını təhlükə altına alır. Ətraf mühitin, xüsusilə bitki və heyvanların lazımi səviyyədə qorunmaması heyvan xəstəliklərinin, xüsusilə zoonoz infeksiyaların insanlara yoluxmasına şərait yaradır. Kimyəvi dərman preparatlarından istifadənin zərərli olması xəstəliklərin profilaktika və müalicəsində təbii vasitələrə geniş yer verilməsini labüd edir. Əhalinin xalq təbabətini, təbii vasitələri öyrənməsi və onlardan geniş istifadə etməsi zərurəti yaranır. Sağlamlığın qorunmasını çətinləşdirən bütün bu amillər hamının tibb işçiləri ilə birgə fəaliyyət göstərməsini tələb edir. Cəmiyyət üzvlərinin belə bir ciddi problemin həllinə cəlb edilməsi onların tibbi biliklərə malik olmasını şərtləndirir. Əhalinin tibbi biliklərə yiyələnməsi məktəblərdə fənlərin tədrisində həll olunmalıdır. Tibb elminə daha yaxın olan biologiya fənninin tədrisində problemin həllidə geniş imkanlar mövcuddur. Odur ki, bu sahəyə müəllimlər, xüsusilə biologiya müəllimləri daha ciddi yanaşmalıdırlar. Şagirdlərə sağlamlığın qorunmasına dair tibbi biliklərin verilməsi fənn kurikulumlarının əsas tələblərindəndir. Biologiya fənn kurikulumunun məzmununda insan sağlamlığına geniş yer verilmişdir. Fənn kurikulumunun məzmununda ümumi təlim nəticələrində deyilir: Ümumi təhsil pilləsi (VI-IX siniflər) üzrə şagird zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür (6.S.5). Məzmun xətlərinə gəldikdə isə dörd məzmun xəttindən biri "İnsan və onun sağlamlığı" kimi götürülmüşdür. Bu məzmun xətti üzrə şagirdlər insanın psixi xüsusiyyətlərinin sosial mahiyyəti ilə tanış olur, insan orqanizminin bəzi funksional anormallıqları, onu doğuran səbəblər və onların aradan qaldırılma yollarını, sağlam həyat tərzinə nail olmaq, xəstəliklər, zədələnmələr zamanı özünə və ətrafındakılara ilk yardım göstərmək, reproduktiv sağlamlığı qorumaq bacarığına yiyələnmiş olurlar. Adı çəkilən məzmun xəttinin əsas standartı: Azerbaijan School, Volume 320, Issue 1, pp.35-48, 2013 Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir kimi müəyyən olunmuşdur. Alt standartlar VI sinif üçün 3.2.1. bitki və heyvanların insan sağlamlığında rolunu izah edir; 3.2.2. Dərman bitkilərini fərqləndirir. VII sinifdə alt standartlar 3.2.1. virus, bakteriya, göbələk və heyvanların insan orqanizmində törətdiyi xəstəlikləri sadalayır; 3.2.2. Müalicəvi xassələrinə görə dərman bitkilərini quruplaşdırır. VIII sinif üzrə alt standartlar 3.2.1. sağlamlığın qorunması qaydalarını izah edir. 3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilk tibbi yardım göstərir. IX sinifdə alt standartlar 3.2.1. irsi xəstəliklər, onların qarşısının alınması yollarını faktlarla izah edir. 3.2.2. Sağlam həyat tərzinin əhəmiyyətini şərh edir, referatlar hazırlayır. X sinifdə alt standartlar 3.2.1. yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında referat, təqdimat hazırlayır; 3.2.2. sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır. XI sinifdə alt standartlar 3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, məruzə və təqdimatlar hazırlayır; 3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır. Göründüyü kimi, biologiya fənn kurikulumunun məzmununda şagirdlərə tibbi biliklərin verilməsi imkanları genişdir. Təlim nəticələri, əsas və alt standartlarda tibbi biliklərin verilməsi sistemli və ardıcıllığı ilə seçilir. Burada yuxarı siniflərə keçdikcə veriləcək tibbi biliklər sadədən mürəkkəbə doğru mürəkkəbləşir, şagirdlər tam orta təhsil pilləsini başa vurduqda onlar daha mükəmməl tibbi bilik və bacarıqlara yiyələnmiş olurlar. Fənnin tədrisi imkanları əsasında tibbi biliklərin verilməsi şagirdlərin sağlam böyümə və inkişafına da müsbət təsir göstərir. İmkanlar ondan ibarətdir ki, bitkilər kursunu tədris edən müəllim şəfaverici və insanın xəstələnməsinə səbəb olan bitkiləri ayırır və onlardan necə istifadə edilməsi, qorunma qaydalarını öyrədir. Mövzulara uyğun olaraq dərman bitkilərini şagirdlərə tanıdır, onlardan istifadənin yollarını izah edir. Dərslikdə Azərbaycan florasından 80-dən artıq dərman bitkisinin adı çəkilir. Onlar yabanı və mədəni bitki olmaqla hər hansı bir xəstəliyə müalicəvi təsir göstərir. Adları çəkilən dərman bitkilərinin çox az qisminə dair dərslikdə məlumat verilir. Əksəriyyətinin şəfaverici təsiri, dərmanın hazırlanması və qəbulu qaydaları haqqında danışılmır. Müəllim onlara dair lazımi məlumatı toplamalı və ya bu işi şagirdlərinə həvalə etməlidir. Materiallar, mövzular əsasında dərslərə gətirilməli, şagirdlərə onları tanımaq və qorumaq bacarıqları aşılanmalıdır. Bir çox dərman bitkiləri meyvə, tərəvəz, bostan olmaqla məişətimizdə geniş istifadə edilir. Onların faydası, xüsusilə şəfaverici xassələri şagirdlərə izah olunmalıdır. Qeyd olunmalıdır ki, orqanizmin sağlamlığı üçün zəruri maddələr olan vitaminlərin, mineral duzların əksəriyyəti həmin bitkilərin tərkibində mövcuddur. Dərman bitkilərinin şagirdlər tərəfindən tanınması onların həmin bitkilərdən lazımi normada və Azerbaijan School, Volume 320, Issue 1, pp.35-48, 2013 qaydada istifadə etməsinə, onları qorumasına, becərilməsində fəallıq göstərməsinə zəmin yaradır. Müəllim sağlamlığa ciddi zərər vuran tütün, tiryək, tənbəki, çətənə kimi bitkilər və onlardan istifadənin zərərini şagirdlərə aydınlaşdırır, onlardan qorunmağın yollarını açıqlayır. Alkoqolun da bitki orqanlarından, xüsusilə meyvə və toxumlardan alındığını qeyd edir. Onların orqanizmin sağlamlığına zərərini izah etməklə, alkoqollu içkilərdən şagirdlərin uzaq olması yollarını göstərir. Belə içkilərin heç kimə faydalı olmadığını, əksinə cinayətlərə yol açdığını qeyd edir. Müəllim bakteriyalar haqqında bilik verərkən onların faydalı nümayəndələri ilə yanaşı, xəstəlik törədənləri də öyrətmək imkanı qazanır. Bakterial xəstəliklər (piodermit, bronxit, tonzillit, pnevmoniya, qastrit, nefrit və s.), onlarla mübarizə yollarını izah edir. Törədicilərin çox kiçik mikroskopik ölçüdə olmaqla, gözlə görünmədiyini söyləyir. Virusların quruluş və xüsusiyyətlərini aydınlaşdırarkən onların törətdikləri təhlükəli virus xəstəlikləri (qrip, qızılca, hepatit, quduzluq və s.) və onlardan qorunmanın səmərəli yolları izah edilir. Göbələklərə dair mövzuların tədrisində daha çox yer papaqlı göbələklərin quruluş və xüsusiyyətlərinə verilmişdir. Parazit göbələklər, onların törətdiyi xəstəliklər, onlardan qorunma yolları göstərilməmişdir. Ona görə də müəllim göbələklərin öyrədilməsində onların faydası, istifadə qaydaları ilə yanaşı, göbələk xəstəlikləri (epidermofitiya, kandidozlar, kandidomikozlar, trixofitiya və s.), onların yoluxma xüsusiyyətləri, göbələk xəstəliklərinin qarşısının alınması m
Həqiqət Hacıyeva Ü MUMTƏ HSİ L MƏ KTƏ BLƏ Rİ NDƏ Bİ OLOGİ YA FƏ NNİ Nİ N TƏ DRİ Sİ NDƏ Ş AGİ RDLƏ RƏ Tİ BBİ Bİ Lİ KLƏ Rİ N VERİ LMƏ Sİ
HqiqtHacyevaMUMTHSLMKTBLRNDBOLOGYAFNNNNTDRSNDAGRDLRTBBBLKLRNVERLMS
Həqiqət Hacıyeva - ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ ŞAGİRDLƏRƏ TİBBİ BİLİKLƏRİN VERİLMƏSİ_djvu.txt
1
əsələlərini şagirdlərə aydınlaşdırmalı olur. Yeməli göbələklərdən istifadə qaydalarını izah edən müəllim onların orqanizmə verdiyi faydanı qeyd edir. Göstərir ki, vaxtı keçmiş və zəhərli göbələkləri tanımaq və onlardan istifadə etməmək lazımdır. Göbələklə zəhərlənmələrdə ilk tibbi yardımı da müəllim izah edir. Adları çəkilən xəstəlik törədiciləri ilə baş vermiş yoluxucu xəstəliklərin ümumi əlamətləri, yoluxma yolları öyrədildikdən sonra onlarla mübarizədə aseptika, antiseptika, sterilizasiya qaydaları şagirdlərə izah edilir və həmin qaydalara daim riayət edilməsi tövsiyə olunur. Şagirdlərə çatdırılır ki, insan daim təmizliyinə diqqət etməklə, xəstəliklərin xüsusiyyətlərini öyrənməklə sağlamlığını qorumalıdır. Zoologiya kursunu keçərkən şagirdlərə heyvan xəstəlikləri, heyvanların insanlarda törətdiyi xəstəliklər, onlardan insanlara keçən zoonoz infeksiyalar və onların yoluxmasının qarşısının alınması, müalicə və profilaktikası öyrədilir. İbtidai heyvanlardan dizenteriya amöbü, leyşmaniya, lyambliya, malyariya paraziti kimi mikrobların törətdiyi xəstəliklərə dair şagirdlərə məlumatın verilməsi, onlarla mübarizə üsullarının öyrədilməsi çox vacibdir. İnsanlara yoluxan heyvan xəstəlikləri: bruselyoz, taun, helmintozlar, malyariya, quduzluq və başqalarının törədiciləri, yayanları, xəstəliyin əlamətləri, profilaktikası, müalicəsinə dair materialın şagirdlərə izah edilməsi yaxşı nəticə verir. Müəllim adları çəkilən xəstəliklərin çox kiçik ölçüdə mikroskopik heyvanlar tərəfindən törədildiyini qeyd edir. Mövzulara müvafiq olaraq onların quruluşu, həyat tərzi, törətdiyi xəstəlik, onun insanlar arasında yayılmasına dair biliklər verir. Onların şəkillərini, Azerbaijan School, Volume 320, Issue 1, pp.35-48, 2013 videogörüntülərini nümayiş etdirməklə şagirdlərdə xəstəliklərə dair müfəssəl təsəvvür yaradır. Onlardan qorunmağın yollarını izah edir. Dərslikdə qurdlar haqqında material genişdir. Müəllim onlara istinad edərək insanlarda parazitlik edən öküz soliteri, qaraciyər sorucusu, exinakokk, askarid və başqalarının törətdiyi helmintoz xəstəliklərini şagirdlərə izah edir. Onların quruluşunu, inkişaf tsiklini, xəstəliyin əlamətləri, yayılma yolları, profilaktika və müalicəsinə dair bilikləri şagirdlərə çatdırır. Helmintozlarla mübarizədə şəxsi gigiyenanın gözlənilməsinin zəruriliyini qeyd edir. Bəzi heyvanlar: ağcaqanad, arı, hörümçək, əqrəb, balıq, ilan, timsah, yırtıcı və ev heyvanları insanları müxtəlif formada zədələyirlər. Həmin zədələnmələrdə ilk tibbi yardım göstərilməsi üsulları, zədələnmələrdən qorunma yolları şagirdlərə izah edilməli, bu sahədə bacarıqlar aşılanmalıdır. Bir çox heyvanlar (it, pişik, inək, qoyun, siçovul və s.) müxtəlif xəstəlik törədicilərini gəzdirir və insanlarla təmasda onlara yoluxdururlar. Belə heyvanlarla təmasda olarkən ehtiyatlı olmaq, şəxsi gigiyenaya diqqət edilməsinin vacibliyi şagirdlərə izah edilir. Xəstəlik törədən, xəstəlikləri yayan heyvanlara qarşı mübarizə üsulları (dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirləri) şagirdlərə öyrədilməli, onlardan şəxsi gigiyenaya daim diqqət edilməsi tələb olunmalıdır. Bir sıra heyvanlar vardır ki, onların məhsulları şəfaverici xüsusiyyətlərə malikdir. Arının hazırladığı min bir dərdin dərmanı bal, vərəmum, arı südü, çiçək tozu belələrindəndir. Həşəratlar (cücülər) sinfinin tədrisində onun əsas nümayəndələrindən biri olan arının həyat tərzi, quruluşu, əhəmiyyəti öyrədilərkən onun insan sağlamlığına fayda verən bal və digər məhsulları, onların istifadəsi, şəfaverici xassələri izah edilir. Balın orqanizmin sağlamlığında əvəzsiz bir qida olduğu qeyd edilir. Sürünənlər sinfinin heyvanları öyrədilərkən ilanın həyat tərzi, quruluşu, çoxalması, təbiətdə rolu aydınlaşdırılır. Materiala ilan zəhərinin çox faydalı olması, onun alınması, dərmanların hazırlanması, onlardan bir sıra təhlükəli xəstəliklərin müalicəsində istifadə olunması məsələləri mövzuya əlavə edilir. Belə heyvanların mühafizəsi, onların məhsullarından sağlamlıq üçün istifadə olunmasının əhəmiyyəti göstərilir. Xordalılar tipinin "Quşlar sinfi" bəhsini tədris edərkən quşların həyat tərzi, müxtəlifliyi, çoxalma və inkişafı, təbiətdə, insan həyatında, iqtisadiyyatda rolu kimi məsələlərə yer verilir. Quş məhsullarının şəfaverici, sağlamlığa müsbət təsiri izah edilir. Bir sıra ov quşlarının əti, yumurtası müxtəlif xəstəliklərin müalicəsində, xəstəliklərə qarşı müqavimətin, immunitetin yüksəldilməsində istifadə olunduğu qeyd edilir. Məsələn, kəklik əti qanyaradıcı olmaqla mədə-bağırsaq, sinir sistemi, xüsusilə iflicdə çox faydalıdır. Onun yumurtası səs tellərinin xəstəliklərində, nitqin açılmasında, şişin çəkilməsində müalicəvi təsir göstərir. Durna ətindən böyrək xəstəliklərində, xüsusilə böyrəkdaşı xəstəliyində daşın əriməsinə, ekzema xəstəliyinin müalicəsində istifadə edilməsi yaxşı nəticə verir. Bildirçin əti sidikqovucu xüsusiyyətə malikdir, yumurtası körpələrin tez dil açmasına, nitqin inkişafına kömək edir. Qaranquş əti qaraciyər, dalaq, dəri xəstəliklərində çox faydalıdır. Burada quşlarda törənən bəzi xəstəliklərin insanlara yoluxduğu da göstə-rilir. Azerbaijan School, Volume 320, Issue 1, pp.35-48, 2013 Müəllim quşlara dair mövzuların tədrisində quş qripi xəstəliyinin əlamətləri, yoluxma yolları, xəstə quşların tanınması, onlarla rəftar qaydalarını şagirdlərə aydınlaşdırır. Məməli heyvanlara gəldikdə isə onların quruluşu, müxtəlifliyi, həyat tərzi, çoxalma və inkişafı, təbiətdə, insanların sağlamlığında faydası nəzərə çatdırılır. Əti, südü, digər məhsullarının müalicəvi təsiri göstərilir. Qanından serum, qammaqlobulin, müxtəlif peyvəndlər hazırlandığı, qanya-radıcı məhsulların istehsal olunduğu qeyd edilir. Heyvanların insan sağlamlığında rolu şagirdlərə izah edilməklə onlara heyvanların mühafizəsi, iqtisadi, ekoloji, tibbi-gigiyenik bilik və bacarıqlar aşılanır. Zoologiya kursunun tədrisində verilmiş tibbi biliklər insan kursunda davam etdirilir. İnsan kursunun tədrisində şagirdlərə insan orqanizminin quruluşu və orada gedən fizioloji proseslərlə yanaşı, patoloji dəyişikliklər də izah olunur. Şagirdlərə orqanizmin sağlamlığı, onun qorunması yolları əyani olaraq çatdırılır. Sağlamlığı pozan amillər mövzulara uyğun izah edilir. İnsanda baş verən iltihabi, yoluxucu, bakterial, virus, göbələk xəstəlikləri, müxtəlif səbəblərdən zədələnmələr, ekstremal vəziyyətlər, zərərli vərdişlər və onların sağlamlığa mənfi təsiri mövzulara müvafiq olaraq şagirdlərə öyrədilir. Xəstəlik və zədələnmələrdə ilk tibbi yardım göstərilməsinin əhəmiyyəti, onların həyata keçirilməsi qaydaları praktik olaraq göstərilir. Kursun tədrisində tibbi biliklərin verilməsi və əvvəlki kurslarda öyrəndiklərinin daha da dərinləşdirilməsi şagirdlərin sağlam şəxsiyyət kimi yetişdirilməsində mühüm rol oynayır. Kursun tədrisində orqanlar sistemi aşağıdakı ardıcıllıqla izah olunur: Sinir sistemi; Vəzilər; Dayaq-hərəkət aparatı; Qan və qan dövranı; Tənəffüs; Həzm; Maddələr mü-badiləsi; İfrazat; Dəri; Analizatorlar; Ali sinir fəaliyyəti. Hər bir orqan və orqanlar sisteminin tədrisində onun patologiyası, xəs-təlikləri, profilaktika və müalicəsi, xüsusilə xəstəliklərin səbəbləri, əlamətləri, törədici və yayıcıları, onlardan qorunma yolları izah edilir. Xəstəliklərin müalicəsində ağrı, öskürək, ürəkbulanma, yüksək temperatur, qan təzyiqi, ekstremal vəziyyətlər, zədələnmələr, qanaxma, sümük sınıqları, oynaq çıxıqları və başqa əlamətlərin aradan qal-dırılmasında ilk tibbi yardım göstərilməsi, təcili tibbi yardım çağırılmasına dair bilik və bacarıqlar aşılanır. Kursun tədrisində müəllim zərərli vərdişlər, xüsusilə siqaret çəkmə, spirtli içkilərin, narkotik maddələrin qəbulu, onların orqanizmə və cəmiyyətin inkişafına vurduğu ciddi ziyanlar haqqında izahat aparmalıdır. O, siqaretin heç bir faydası olmayan və tüstüsünün tərkibində sağlamlıq üçün zərərli olan yüzlərlə maddənin olduğunu qeyd edir. Təcrübələrin köməyi ilə şagirdlərə siqaret tüstüsünün canlılara (bitki, heyvan) mənfi təsirini əyani olaraq göstərir. Təcrübələrlə şagirdlərə siqaretin sağlamlığa mənfi təsirini sübut edən müəllim onların bir hissəsinə ev tapşırığı kimi siqaretin faydasına dair məlumat və prezentasiya hazırlamağı, nəticələri təqdim etməyi tapşırır. İkinci qrupa siqaretin sağlamlığa, insanın ayrı-ayrı orqanlarına: dişlərə, mədəyə, ağciyərlərə, qaraciyərə, sinir sisteminə, ürəyə, böyrəklərə vurduğu zərərə dair məlumat toplamaqla prezentasiya hazırlaması və təqdimatını aparır. Şagird qruplarının liderləri tədqiqatlarının nəticələrinə dair şagirdlər qarşısında çıxış edir, müzakirə aparırlar. Nəticələr söylənilir, sağlamlığa ciddi zərər vuran siqaretlə mübarizə aparmaq, ona "yox" demək yollarını şagirdlər müstəqil olaraq öyrənmiş olurlar. Azerbaijan School, Volume 320, Issue 1, pp.35-48, 2013 Hər bir qrupun çıxışı, təqdimatı qiymətləndirilir, faydalı təkliflər müvafiq təşkilat və qurumlara çatdırılır. Müəllim onların müəyyən etdiyi səmərəli yolları aydınlaşdırır və şagirdlərinə belə faydalı işdə fəallıq göstərməyi tövsiyə edir. Şagirdlərə siqaret əleyhinə reklamlar, tövsiyələr, bukletlər hazırlamaqda, onları əhali arasında yaymaqla təbliğat işlərinə qoşulmaqda köməklik göstərir. X-XI siniflərdə ümumi biologiyanın tədrisində də verilmiş tibbi biliklərin möhkəmləndirilməsi və daha da genişləndirilməsi imkanları mövcuddur. Belə ki, "Sitologiyanın əsasları” bəhsinin tədrisində hüceyrə, onda gedən prosesləri öyrətməklə müəllim hər bir hüceyrə və toxumanın normal fiziologiyası üçün lazım olan amilləri izah edir, onun patologiyasının səbəblərini göstərir. "Orqanizmlərin çoxalması və fərdi inkişafı" bəhsinin tədrisində insan orqanizminin çoxalması və inkişafında baş verə biləcək patoloji proseslər, çoxalma və inkişafa mane olan amillər, normal inkişafı təmin edən vasitələr izah olunur. "Genetikanın əsasları" bəhsinin tədrisində insanın genetik aparatı, onun normal, sağlam fəaliyyəti, dəyişkənlik və irsiyyət məsələləri, mutasi
Həqiqət Hacıyeva Ü MUMTƏ HSİ L MƏ KTƏ BLƏ Rİ NDƏ Bİ OLOGİ YA FƏ NNİ Nİ N TƏ DRİ Sİ NDƏ Ş AGİ RDLƏ RƏ Tİ BBİ Bİ Lİ KLƏ Rİ N VERİ LMƏ Sİ
HqiqtHacyevaMUMTHSLMKTBLRNDBOLOGYAFNNNNTDRSNDAGRDLRTBBBLKLRNVERLMS
Həqiqət Hacıyeva - ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ ŞAGİRDLƏRƏ TİBBİ BİLİKLƏRİN VERİLMƏSİ_djvu.txt
2
ya dəyişkənliyi, onun sağlamlığa mənfi təsiri, irsi xəstəliklər, onların xüsusiyyətləri, onlardan qorunma yolları göstərilir. "Bitki, heyvan və mikroorqanizmlərin seleksiyası" bəhsinin tədrisində bir çox xəstəliklərin qarşısının alınmasında, dərman preparatlarının, peyvəndlərin istehsalında seleksiyanın nailiyyətlərindən istifadə edildiyi aydınlaşdırılır. "Ekologiyanın əsasları" bəhsinin tədrisində də insan sağlamlığına müsbət və mənfi təsir edən ekoloji amillər təmiz hava, su, qida məhsulları, onlardan yerində və düzgün istifadə qaydaları, ekoloji tarazlığın daim saxlanmasına diqqət edilməsi kimi məsələlər izah edilir. Şagirdlərə bioloji, ekoloji biliklərlə yanaşı, tibbi bilik və bacarıqlar aşılanır. Şagirdlərə tibbi bilik və bacarıqların verilməsində fəal təlim metodlarının tətbiq edilməsi təlimin keyfiyyətini yüksəldir, şagirdlərin məntiqi, yaradıcı təfəkkürünün inkişafını təmin edir, onların sağlam vətən-pərvər şəxsiyyət kimi yetişməsini asanlaşdırır. Biologiya dərslərində tibbi bilik və bacarıqların aşılanması imkanları geniş olduğu kimi onun həyata keçirilməsi yolları da müxtəlifdir. Bunlara: - Tibbi biliklərə dair materialın biologiya mövzularına əlavə edilməsi; - Mövzunun digər fənlərlə, həyatla əlaqələndirilməsi; - Tibbi məlumatların, faktların, statistik rəqəmlərin toplanması, - Tibb müəssisələrinə ekskursiyaların təşkili; - Tibbin müasir nailiyyətlərini əks etdirən materialların internet səhifələrindən əldə edilməsi; Azerbaijan School, Volume 320, Issue 1, pp.35-48, 2013 - Tibbi-gigiyenik məsələlərin həlli ilə bağlı tədqiqat xarakterli tapşırıqların yerinə yetirilməsi; - Sağlamlıqla bağlı əlavə tibbi ədəbiyyatların mütaliəsi; - Dərslərdə əyani və texniki vasitələrdən istifadə edilməsi; - Tibbin aktual problemlərinə həsr olunmuş bülleten, buklet və referat işlərinin hazırlanması və s. misal göstərmək olar. Tibbi bilik və bacarıqlar şagirdlərin sağlam böyümə və inkişafına, xəstəlik və zədələnmələrdən, zərərli vərdişlərdən uzaq olmasına, sağlamlıq naminə ətraf mühitin mühafizəsi işlərinə qoşulmasına, ekoloji tarazlığın qorunması vəzifəsinin həyata keçirilməsinə müsbət təsir göstərir. Ən əsası tibbi biliklərin verilməsi şagirdlərin sağlam, gümrah, vətənpərvər şəxsiyyət kimi yetişməsinə kömək edir. Ona görə də tibbi biliklər şagirdlərə fənnin bəhs və mövzularının xüsusiyyətləri nəzərə alınmaqla ardıcıl, sistemli, pedaqoji prinsiplər əsasında verilməlidir. Nəzəri biliklər həyatla əlaqələndirilməli, praktik tapşırıqların yerinə yetirilməsinə diqqət edilməlidir. Şagirdlərin tibbi bilik və bacarıqları yoxlanılmalı, qiymətləndirilməlidir. Dərslərdə öyrədilməsi çətinlik törədən sağlamlığa dair zəruri tibbi biliklərin verilməsi sinifdənxaric tədbirlərdə davam etdirilməlidir. Rəyçi: prof. S. Əliyev İstifadə edilmiş ədəbiyyat 1. Əliyev S., Hacıyeva H., Mikayılzadə N., Tibbi biliklərin əsasları. Ali məktəblər üçün dərslik. Azərbaycan Tibb Universiteti. Bakı, 2004. 2. Fərəcov Ə., Səlimov R., Quliyev R. Biologiya - 9. İnsan. Bakı: Çaşıoğlu, 2012. 3. Ələkbərov U., İsmayılov V., Ağamirov Ü. Biologiya. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı: Xəzər, 2012. 4. Sultanov R. və b. Zoologiya 7. Bakı, Şərq-Qərb, 2011. 5. Hacıyeva H. Ümumtəhsil məktəblərində biologiya fənninin tədrisində tibbi biliklərin öyrədilməsi üzrə işin sistemi (monoqrafiya). Bakı: Ünsiyyət, 2007. 6. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənn kurikulumu, Bakı, 2012.
az_Ugurun_sirri_xeyir_barakat_acari
az_ugurun_sirri_xeyir_barakat_acari_202002
az_Ugurun_sirri_xeyir_barakat_acari_djvu.txt
0
MƏHƏMMƏD İBN ƏBDÜLƏZİZ ƏL-MÜSNƏD (Ərəb dilindən tərcümə edən: Rəsul Önıərov) İSTİXARƏ Uğurun sirri, xeyir-bərəkət açarı ı RƏHMLİ, MƏRHƏMƏTLİ ALLAHIN ADI İLƏ! Şükür etdiyimiz, kömək və bağışlanma dilədiyimiz Allaha həmd olsun! Nəfsimizin, qəlbimizin şərindən və əməllərimizin pisliklərindən Ona sığınır, Ondan yardım diləyirik! Həqiqətən, Allahın doğru yola yönəltidiyi kəsi heç kim azdıra bilməz və Allahın azdırdığı kəsi heç kim doğru yola yönəldə bilməz. Şəhadət verirəm ki, O təkdir, şəriki yoxdur, ibadətə layiq yeganə haqq məbuddur və Məhhəmməd (s) Onun qulu, elçisi və peyğəmbərlərin sonuncusudur. 1 Hind Küveytdə dünyaya göz açan bir ərəb qızıdır. Bu körpə qızcığazın baldırlarının birində xərçənk xəstəliyinin ən ağır forması aşkar olunmuş, üzərində Hüseyn Məkki Cüma adma Küveyt Xərçənk Cərrahiyyə Mərkəzində sıx-sıx müayinələr aparılmış və bu diaqnozla da Amerika Birləşmiş Ştatlarının Corciya ştatının Atlanta şəhərində Xərçənk Xəstəliklərinin Müalicəsi üzrə Xüsusi Mərkəzdə ciddi müalicə almışdır. Bu müalicələrə təxminən yarım milyon dollara qədər pul sərf olunmuş, analiz və diaqnoz üçün praktik sorğuların nəticələrindən böyük bir qovluq yaranmış və baldırda adı çəkilən xəstəliyin mövcud olmasını təsdiq edən rentgen plyonkalarının sayı iki yüz əllini keçmişdir. Dəqiq diaqnostik müayinədən sonra müalicənin bir mərhələsi kimyaterapiya (kimyəvi üsulla müalicə) ilə həyata keçirildi. Lakin bu heç bir müsbət nəticə vermədi. Halbuki, hər iki mərkəzdəki yüksək ixtisaslı həkimlər kimyəvi üsulla müalicə metodunun maksimum üç həftə ərzində effektiv nəticəyə gətirib çıxaracağını təkidlə söyləmişdilər. Müalicənin üçüncü mərhələsində həkimlər Hindin valideynlərinə yaxın gələcəkdə bədənin digər orqanlarında xərçənk hüceyrələrinin peyda olması ehtimalını aradan qaldırmaq üçün onun xəstə ayağının amputasiyasını 1 tövsiyə etmişdilər. Çünki faciə ünsürlərindən biri də Hindin bir çox qohumlarının eyni xəstəliyə düçar olması idi. Bu kiçik qızcığazın üzündəki hüzn, kədər, ağrı atasının Amerika universitetlərinin birində infonnatika sahəsində doktorluq dissertasiyasını başa çatdırmaq üçün gündəlik iş planını da pozmuşdu. Tələbə olan anası isə uzun gecələri qorxu və narahatçılıq içində, kiçicik qızının gələcək həyatını düşünərək keçirirdi. Lakin onun Allaha olan inamı Onun qəzavü-qədərinə təslim olmağa vadar edirdi. Bir gecə yenə ana çarpayısına uzanaraq uzun-uzadı fi kr ə getdi, xəyallar aləmində uçmağa başladı. Bu an onun gözlərində körpə balasının əsaya dirsəklənərək bir ayaq üstə gəzməsi canlandı. Gözləri dolmuş, göz yaşlarından çarpayı tam olaraq islanmışdı. Ana fikirdən ayrılaraq qovulmuş şeytandan Allaha pənah apardı və Onu bir həyacan və ruh yüksəkliyi ilə durmadan zikr etməyə başladı. Birdən onun yadına nə vaxtsa eşitmiş olduğu bir şey düşdü. Bu istixarə namazı idi. Sıçrayaraq yerindən durdu və onu qılmağa tələsdi. Səhər açılanda ana bütün müalicə növlərindən, qızma hər gün verdiyi dərmanlardan imtina etdi və onun ayağının amputasiyasına əsla razılıq vennəyəcəyini qərara aldı. Çünki artıq Allah- taala ona bütün müalicə üsullarından və hər növ dava-dənnandan fərqli olan başqa bir müalicə metodu göstənnişdi. Bu metod Allahın möminlər üçün şəfa və mərhəmət ocağına çevirdiyi Qurani-Kərim idi. Nəticə bir nəfərdən başqa hər kəs üçün - yenidən həyata qayıdan, öz uşaqlıq təravətini hiss etməyə başlayan körpə qızcığaz üçün, həkimlərin amputasiyadan başqa bütün üsulların tükəndiyi qərarına gəlmələrindən sonra az qala sağalmağa olan bütün ümidlərini itirən qohumlar üçün son dərəcə gözlənilməz olmuşdu. Lakin şeyx gülümsəyərək nəticənin heç də ondan ötrü gözlənilməz olmadığını və Allahın Öz ayələrini hər bir dərdə şəfa göndərdiyini söyləyərək aşağıdakı ayəni oxumuşdu: 1 Bədənin xəstə üzvünün kəsilməsi. 2 «Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır ». 2 Amerikada adı çəkilən mərkəzdəki təcrübəli bir həkim Hindin səhhətindəki müsbətə doğru qeyri-adi inkişafı - onun təbii halını öz gözü ilə gönnəyənədək təsdiqləyə bilmədiyini bəyan etmiş və eşidəndə ki, Hind hətta artıq ayaqları üstündə tam sərbəst qaça bilir və onun başında və bədəninin tükü tökülmüş başqa yerlərində yenidən tük çıxır, son dərəcə təəccüblənərək çaş-baş qalmış və balaca Hindi hansı yolla olur olsun, görməyi tələb etmişdir. 3 2 Gənc bir oğlan öz həmyaşıdı bir qızla evlənmək istəyir. İstixarə namazı qılaraq bu işdə Allahdan xeyirli olan nədirsə, onu istəyir. Qızın “Hə”sini almaq üçün ona elçi göndərmək istədikdə böyük qardaşı onun bu qızla evlənməsinə qarşı çıxır və ona başqa bir ailədən qız tapmağı məsləhət görür. Oğlan hey çalışır ki, qardaşını yola gətirsin, onu razı salsın, lakin onun bu cəhdləri tam uğursuzluqla nəticələnir. Düşdüyü çıxılmaz vəziyyətlə barışaraq təslim olmağa məcbur olur və başqa bir ailədən gənc bir qızla ailə həyatı qurur. Toyundan bir neçə gün sonra isə sevib evlənə bilmədiyi qız vəfat edir. Beləliklə, məlum olur ki, qardaşının həmin qızı almasına etiraz etməsi bir növ onun daha xeyirli olanı seçməsinə səbəb olmuşdur. 3 Haqq yolundan uzaq düşmüş gənc bir oğlan şirkətlərin birində səhər-axşam növbəsində yaşayışın bir çox tələbatlarını ödəmək iqtidarında olmayan cüzi bir maaş qarşılığnda işləyirmiş. O vaxtının əksəriyyətini iş yerində keçirinniş. Nəhayət bir gün Allah-taala onu hidayət yoluna yönəldir, gənc Tanrısı, yaradıcısı olan Allah qarşısında ən böyük təqsirini hiss etməyə başlayır. Ürəyindən Quran əzbərləmə dərnəklərinə qoşulmaq, saf və şirin səlsəbil 4 bulaqlarından susuzluğu yatırtmaq üçün məscidlərdəki dərslərdə və mühazirələrdə iştirak etmək keçir. Lakin onun iş recimi, nəinki bu arzularını həyata keçirməyə, hətta öz arvadı və uşaqlarına də kifayət qədər vaxt ayırmasına, ailənin zəruri ehtiaclarını ödəməsinə imkan vennir. Bir gün onunla qarşılaşdım. Halından şikayətlənərək məndən məsləhət istədi və Allah-taala onu haqq yoluna yönəltdikdən bəri həmin şirkətdəki işinə nifrət etdiyini, Quran öyrənməsinə, elmi məclislərdə iştirak etməsinə imkan verəcək yeni iş yeri axtardığını bildirdi. Ondan: “Sən istixarə namazının nə olduğunu bilirsənmi?” - deyə soruşduqda cavabı mənfi oldu. Ona istixarə namazını öyrətdim və dərhal gedib onu qılmasını, bu işini buraxıb başqa iş axtarmasında Allahdan xeyirli olan nədirsə, onu istəməsini söylədim. Bir neçə gündən sonra o sevincək bir halda yanıma gəlib dedi: “Allah Öz qapılarını mənim üzümə açdı, işimi asanlaşdırdı. Mənə daha yüngül recimli və daha çox maaşı olan bir iş nəsib elədi. İndi bu işim mənə dünya işləri ilə yanaşı elm öyrənməyimə də imkan verir”. Mən ondan bütün bunların belə tez bir müddətdə necə baş vennəsini soruşduqda əhvalatı belə nağıl etdi: “Bir məclisdə əyləşmişdim. Məclisə gələnlər arasında bir nəfər iş adamı da var idi. Söhbət əsnasında o şirkətdə onunla birgə işləmək üçün etibarlı, dürüst bir işçiyə ehtiyacı olduğunu söylədi. Mən də onun bu təklifini qəbul etdim. Hər şey bu qədər asan oldu”. 4 Bir yoldaş söyləyir: 2 əl-lsra, 82. 3 Balaca Hindin bu hekayəsi Küveyt mətbuatında, qəzetlərində dəfələrlə geniş şəkildə işıqlandırılmışdır. 4 Səlsəbil - Cənnət bulağı. 3 “Universitetdə təhsilimi başa vurduqdan sonra təyinatımı bir müəllim kimi uzaq və əhalinin sıx olduğu bir rayonda orta məktəblərin birinə aldım. Yeni tədris ilinin başlamasından təxminən üç həftə keçmişdi ki, mən müəyyən səbəblərə görə bu məktəbdə müəllim işləmək istəmədim. Üçüncü həftənin sonu yaxınlaşdıqda vəziyyət daha da mürəkkəbləşdi, mənim səbir kasam doldu və daha bu məktəbdə qalıb işləməyə dözə bilmədim. Qarşımda iki yolum var idi. Ya işdən çıxmaq barədə ərizə yazmalı, ya da təyinatımı başqa bir məktəbə dəyişməli idim. Birinci yolu seçmək mənim üçün çətin bir qərar idi. İkincisinə gəlincə, bu da demək olar ki, qeyri-mümkün idi. Çünki təyinatı dəyişdinnək adətən ancaq yeni dərs ilinin başlanğıcında mümkün ola bilərdi. İndi isə gec idi. Çıxılmaz vəziyyətə düşmüşdüm. İstixarə namazı qıldım, səmimi qəlbdən Allaha dua edərək mənə ən xeyirli olanı nəsib etməsini istədim. Çünki Onun hər şeyə qadir olduğuna bütün varlığımla inanırdım. Hər şey mənim üçün sürpriz oldu. Növbəti gün sinif otağının qapısının ağzında yeni bir müəllim dayanaraq mənim filankəs olduğumu soruşdu. Mən də ona özümü təqdim etdi. O mənə təyinatımın başqa məktəbə dəyişdirilməsi barədə yeni qərar çıxdığını söylədi və mənim sabahdan həmin məktəbdə işə başlamalı olduğumu söylədi. Səhərisi gün mən Allahın istəyi ilə yeni məktəbdə işə başladım və orada həqiqi bir rahatlıq və arxayınçılıq tapdım. Şübhəsiz ki, bu işdə güc və qüdrət sahibi olan Allahın məni tək və köməksiz buraxmadığı üçün Ona bol-bol həmd-sənalar oxumağı da unutmadım”. Јс •k Јс Beləliklə, hörmətli oxucular! Əziz müsəlman qardaş və bacılar! Siz bu hekayələri oxuduqdan sonra uğurun, müvəffəqiyyətin sirrinin, habelə xeyir-bərəkət açarının nə olduğunu yəqinki biləcəksiniz. Elə isə bir daha yadınıza salırıq: bu istixarə namazıdır! 4 İSTİXARƏ NAMAZI NƏDİR? 1. Tərifi. İstixarə sjl Vu t ı t _ sözü lüğətdə seçmək; daha üstün tutmaq mənalarında olan (i) - felinin onuncu bab məsdər forması olub Allahdan ən xeyirli olanı istəmək, kömək diləmək mənalarını ifadə edir. 5 2. Fəziləti və əhəmiyyəti. Nə qədər ağıllı, elmli və müdrik olur olsun, hər bir insan öz Rəbbinə, onu yaradana istənilən an möhtacdır və əbədi olan bu yeganə varlıq hər bir göz qırpımında belə mütləq ona lazımdır. Çox vaxt insanlar mühüm olan hər hansı biri işi həyata keçirtmək istədikdə, öncədən bunun üçün böyük bir plan cızır, müvəffəqiyyət əldə etmək üçün hər bir lazımi tədbiri görür və bu iş üçün ehtimal olunan fövqəladə şəraitdə belə atılacaq addımları təxmin edirlər, necə deyərlər, yüz ölçüb bir biçirlər. Sonradan isə onların bu işdə böyük səhvə yol vennələri, nəzərdə tutduqları ehtimalların və təxmin etdikləri ölçülərin onları aldatması aşkara çıxır və nəticə etibarı ilə bütün səylər
az_Ugurun_sirri_xeyir_barakat_acari
az_ugurun_sirri_xeyir_barakat_acari_202002
az_Ugurun_sirri_xeyir_barakat_acari_djvu.txt
1
uğursuzluqla nəticələnir. Yaxud da bəzən insan elə situasiyalara düşür ki, bir-birindən fərqli iki və ya daha çox seçim qarşısında tərəddüd edir, hansının onu məqsədinə çatdıracağını müəyyənləşdirə bilmir. Atacağı hər hansı bir yanlış addımın isə bəlkə də onun məhvi və həlakı ilə nəticələnəcəyini dərk edərək tərəddüd, həyəcan və çaşqınlıq içində qalaraq boğulur. Ərəblər Cahiliyyət dövrü adlanan İslamdan əvvəlki dönəmdə bu tərəddüdü və çaşqınlığı aradan qaldırmaq üçün çox sadəlövh bir üsula qaçırdılar. Bu, fal üçün nəzərdə tutulmuş lələksiz oxlarla qisməti təyin etmə və ya seçimin müəyyənləşdirilməsi ^ * Au и |) üsulu idi. Oyunun qaydası belə idi: oyunda üç ox olardı. Onlardan birinə “Et!”, digərinə “Etmə!” yazılar, üçüncüsü isə boş saxlanılardı. Oxlar fırladılar, əmr oxu çıxsaydı, iş icra olunar, qadağa oxu çıxsaydı, icra olunmazdı. Yazı olmayan ox çıxsaydı oxlar bir daha fırladılardı. Lakin İslam gəldikdən sonra Allah-taala möminlərə bu fal oyununu haram edərək onu Allahın təkliyini, Onun kamilliyini, rübubiyyətini vəsf edən sifətləri özündə cəmləşdirən, hər şeyi onun ixtiyarına buraxan, ancaq Ondan kömək istəməyin, Ona təvəkkül etməyin vacibliyini və güc-qüvvət sahibinin təkcə Allah olduğunu təsdiqləyən, bəndənin Allah qarşısında öz acizliyinin və qüsurlarının etirafı olan istixarə namazı və duası ilə əvəz etmiş və buyurmuşdur: «Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (ağac, daş və s. ilə) vurulub öldürülmüş, (hündür bir yerdən) yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, - (ölməmiş çatıb) kəsdikləriniz istisnadır, - di ki li daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (İslamı məhv etməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən (haram olanlardan istifadə etməyə) məcbur olarsa, şübhəsiz ki, Allah bağişlayandir, rəhmlidir». 6 Allah-taalanın bəndələrinə olan mərhəməti, mükəmməl fəziləti və şəfqətindəndir ki, onlara Rəbbi qarşısında yalnız bir neçə dəqiqələrini sərf etmələrinə başa gələn, mühüm və ya adi, böyük və ya kiçik olan bütün işlərində Ondan ən xeyirli olan nədirsə, onu istəmələri üçün belə bir namaz təyin etmişdir. Bu namaz asan tərkibə malik bir namazdır. Ömür davam etdikcə ən xeyirli olanı gətirər, onu qılanın üzünə bütün bədbinlik qapılarını bağlamış olar. Çünki düzgünlüyə ancaq Allahın istəyi ilə nail olmaq mümkündür. Ona görə də hər kəs bu yolla Allahdan ən xeyirli olanı diləməli, uğura və zəfərə çatmaq üçün bu yoldan azı dişləri ilə bərk-bərk yapışmalıdır. İstixarə namazının əhəmiyyətini göstərən faktorlardan biri də Peyğəmbərin (s) bu namazı bir quran surəsi kimi səhabələrinə öyrətməsindəki marağı və israrı idi. Cabirdən (Allah ondan 5 Bıı barədə bax: “Lisan əl-Arab“ izahlı lüğətinə. 6 əl-Maidə, 3. Bu ayə barəsində İbn Kəsirin təfsirinə müraciət edə bilərsiz. 5 razı olsun!) bu barədə belə deməsi rəvayət olunur: “Peyğəmbər (s) bütün işlərdə istixarə etməyi bir quran surəsi kimi bizlərə öyrədərdi”. Yuxarıda Cabirdən nəql olunan cümlədə bir məqamı - “...bütün işlərdə...” hissəciyini xüsusi qeyd etmək lazımdır. Çünki bu məqam istixarə namazının son dərəcə əhəmiyyətli və fəzilətli bir ayin olmasını bir daha təsdiq edir. 3. Forması. İstixarə namazı hər bir müsəlman bəndənin istədiyi vaxt qıla biləcəyi iki rükətli qeyri-fərz namazıdır. Namazın birinci və ikinci rükətlərində əl-Fatihə və Qurandan istənilən surənin qiraətindən sonra salamdan qabaq, ya səcdədə, ya da təşəhhüddün ardınca istixarə duası oxunulur. Duanın salamdan sonra da edilməsinə icazə verilmişdir. İstixarə hədisi və onun duası: Cabir ibn Abdullahdan (Allah ondan razı olsun!) bu barədə belə deməsi rəvayət olunur: «Peyğəmbər (s) bütün işlərdə istixarə etməyi bir quran surəsi kimi bizlərə öyrədərək deyərdi: “Kim bir iş görmək niyyətindədirsə, iki rükət qeyri-fərz namazı qılsın, sonra isə belə desin: “Allahım! Sənin elminlə Səndən ən xeyirli olanı diləyir, Sənin qüdrətinlə Səndən güc-qüvvət istəyirəm. Səndən əzəmətli fəzilətini diləyirəm. Sən qadirsən, mən isə acizəm. Sən bilirsən, mən isə xəbərsizəm. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! Allahım! Bu işimin (görüləcək işin adı çəkilir) mənim dinimdə, məişətimdə və işimin sonunda, gec və ya tez olmasının mənim üçün xeyirli olacağını bilirsənsə, onu mənim qismətimə daxil et, asanlaşdır və bərəkətli et. Yox, əgər bu işimin (görüləcək işin adı çəkilir) mənim dinimdə, məişətimdə və işimin sonunda, gec və ya tez olmasının mənim üçün xeyirli olmayacağını bilirsənsə, onu məndən, məni də ondan uzaqlaşdır. Mənə harada olur olsun, xeyirli olanı nəsib elə və sonra da məni ondan razı sal”». 7 Hər bir müsəlman bu duanı əzbərləməli və bununla istixarə namazında dua etməlidir. 4. İstixarə namazını məscidə salam və konkret sünnət namazları ilə birləşdirmək olarını? İstixarə namazının məscidə salam namazına birləşdirilməsinə (burada söhbət iki niyyətin bir namazda cəmləşdirilməsindən gedir) alimlər yekdilliklə müsbət cavab vermişlər. Sual oluna bilər ki, bu necə olur? Cavab: insan məscidə daxil olur, istixarə niyyətilə iki rükət namaz qılır. Çünki salam namazının mahiyyəti məscidə daxil olarkən iki rükət namaz qılmamış oturmamaqdır. Bu ayini istixarə namazını qılmaqla da icra etmək mümkündür. Konkret sünnət namazlarına gəlincə, onların istixarə niyyəti ilə bir namazda cəmləşdirilməsi caiz deyildir. Ancaq buna o halda icazə verilir ki, məhz sünnət niyyətilə qılınan iki rükətli namaza istixarə niyyəti də daxil edilsin. Çünki sünnət namazı daha əsasdır və onun istixarə namazının iki rükətindən fərqli olaraq ayrıca məqsədi vardır. Lakin ən mükəmməli odur ki, istixarə namazı heç bir namaza birləşdirilmədən, müstəqil olaraq qılınsın. 8 7 Hədisi Buxari rəvayət etmişdir. 8 Şeyx Məhəmməd ibn Useymin bu barədə ona verilən sualı belə cavablandırmışdır: ‘İbadətlərin, dini ayinlərin biri-birinə qarışıdırılıb-qarışdırılmaması, yəni bir niyyətdə cəmləşdirilməsi mühüm bir məsələdir. Burada məsələyə bir neçə aspektdən yanaşmaq lazım gələcək: Birinci: əgər bir ayin başqa bir ayinlə əlaqədardırsa, onları biri-birinin tərkibinə daxil etmək, yəni iki niyyəti birində cəmləşdirmək olmaz. Məsələn, sübh namazının sünnətini onun fərzinə qatmaq olmaz və eyni zamanda da fərz sünnətlə birləşdirilə bilməz. Çünki sünnət birbaşa fərzlə əlaqədardır. İkinci: əgər iki ayin müstəqildirsə və onların hər birinin ayrı-ayrılıqda özünəməxsus məqsəd və mahiyyətləri varsa, onları bir-birinə qatmaq, iki niyyəti birində cəmləşdirmək olmaz. Məsələn, həm işa namazının sünnəti həm də vitr namazının iki rükəti niyyətlərini bir ikirükətli namazda cəmləşdirmək məqbul deyildir. Çünki bu namazların hər birinin ayrı-ayrılıqda özünəməxsus məqsəd və mahiyyətləri vardır. Üçüncü: iki namazdan birinin özünəməxsus ayrıca məqsəd və mahiyyəti olmadıqda onları bir namazda cəmləşdirməyə icazə verilir. Lakin burada da birləşdirilən əsas, birləşən isə ikinci dərəcəli olmalıdır. Məsələn, sübh namazının azanından sonra məscidə daxil olub sübhün sünnəti niyyəti ilə iki rükət namaz qılınırsa, bura salam namazının niyyətini də qatmaq olar. Çünki salam namazında nəzərdə tutulmuş ayrıca bir məqsəd yoxdur. Onun mahiyyəti sadəcə məscidə daxil olarkən iki rükət namaz qılmamış əyləşməməkdir, bunu sübhün sünnətini qılmaqla da icra etmək mümkündür. Lakin bunun əksinə, yəni salam niyyətilə namaza durub sübhün sünnətini bura qatmağa icazə verilmir. Çünki sübhün sünnət namazı əsas, salam namazı isə ikinci dərəcəlidir”. 6 5. İstixarə namazının vaxtı. Dində istixarə namazı üçün konkret bir vaxt müəyyənləşdirilməmişdir. Şəriətə görə istixarə namazı namaz üçün qadağan olunmuş vaxtlar 9 istisna olmaqla istənilən vaxt, xüsusilə də gecənin son üçdəbiri, azanla iqamə arası kimi duanın tez qəbul olunduğu vaxtlarda qılına bilər. Əgər istixarə obyekti olan işin qadağan olunmuş vaxtlardan dolayı ötürülmə ehtimalı varsa, bu vaxtlarda da namaz qılmağa icazə verilir. 6. Yalnış etiqad. Bəziləri elə hesab edirlər ki, istixarə namazı gecə yatmaqdan qabaq qılınmalıdır. Bunu da onunla əlaqələndirirlər ki, Allah həmin adama yuxusunda istixarənin cavabının mənfi və ya müsbət olmasını göstərir. Bu əsassız bir fikirdir. Çünki yuxarıda da qeyd olunduğu kimi istixarə namazının konkret bir vaxtı yoxdur və istixarəni qılanın da namazdan sonra mütləq yuxu görməsi şərt deyildir. Əksinə, hər kəs ehtiyac duyduğu zaman istixarə qılmalı, sonra Allaha təvəkkül edərək onu maraqlandıran işin icrasına başlamalıdır. İnşaallah bunda xeyir vardır. 7. Şəriət hansı məsələlərdən ötrü istixarə qılmağa icazə verir? Şəriət müsəlmana istər mühüm olsun, istərsə də qeyri-mühüm, istər böyük olsun, istərsə də xırda bütün işlərində istixarə etməyə - Allahdan ən xeyirli olanı istəməyə icazə verir. Hədisdəki “bütün işlərdə istixarə etmək...” hissəciyi də buna dəlalət edir. Çünki bizlərə son dərəcə əhəmiyyətsiz görünən işlərdən bəzən gözləmədiyimiz mühüm məsələlər doğur. Lakin iki növ əməllərdə istixarə qılına bilməz. Birincisi: vacib və haram buyurulmuş işlərdə şəriət istixarə etməyi məqbul saymır. Çünki insan ona vacib olan zöhr namazını qılıb-qılmaması barədə heç cür istixarə edə bilməz. Yaxud onun qətiyyətlə haram buyurulan sələmi yeyib-yeməməsi barədəki istixarəsi də yersiz və məntiqsizdir. Əgər hər hansı bir vacibatın icra edilməsi üçün kifayət qədər vaxt varsa, şəriət onun icra edilib-edilməməsinə görə yox, icra üçün müəyyən vaxtın təyin edilməsinə görə istixarə etməyə icazə verir. Həmçinin vacib olan iki iş eyni vaxta təsadüf edirsə, onlardan hansının icrasına birinci başlamaq üçün istixarə etməyə icazə verilir. İkincisi: yemək-içmək və bu kimi gündəlik təkrarlanan adi işlər üçün də istixarə edilməz. Bu kim
az_Ugurun_sirri_xeyir_barakat_acari
az_ugurun_sirri_xeyir_barakat_acari_202002
az_Ugurun_sirri_xeyir_barakat_acari_djvu.txt
2
i işlərin şəriətlə müəyyən edilmiş qaydaları var ki, onlara riayət edən hər kəs özünü zərərə uğramaqdan sığortalamış olur. 8. Tərəddüd və ya şübhənin olması şərtdirmi? Bir çox insanlar belə hesab edirlər ki, istixarə tərəddüdlü və ya şübhəli məsələlər üçün nəzərdə tutulmuşdur. Lakin bu, Peyğəmbərin (s) hədisdəki “Kim bir iş gönnək niyyətindədirsə,...” cümləsinə görə yanlış bir fikirdir. Çünki Peyğəmbər (s) “Kim bir iş görmək niyyətindədirsə,...” - deməklə tərəddüdlü və tərəddüdsüz bütün işləri işarə etmişdir. Digər bir tərəfdən Cabirin “bütün işlərdə istixarə etmək...” deməsi də bunu təsdiq edən faktlardandır. Əgər istixarə tərəddüdlü və şübhəli işlər üçün nəzərdə tutulsaydı, onda Cabir hökmən bunu vurğulayardı. Adətən müsəlmanlar hər hansı bir işin icrasına girişdikdə sonunun xeyirli olmasını zənn edərək istixarədən imtina edirlər. Lakin nəticə onların da gözləmədikləri halda uğursuzluqla bitir. Buna görə də hər bir müsəlman istər tərəddüd etdiyi, istərsə də tam əmin olduğu bütün Bu qaydaya əsasən bizi maraqlandıran başqa bir məsələ də var. İstixarə niyyəti ilə qılman iki rükət namazın özünəməxsus ayrıca məqsədi var, yoxsa burada məqsəd sadəcə iki rükət qeyri-fərz namazı qılmaqdır? Hədisdən də göründüyü kimi istixarə niyyəti ilə qılman namazın ayrıca, özünəməxsus bir məqsədi yoxdur. Hədisdə “qeyri-fərz namazı” dedikdə fərz namazlarından və bir də günəşin batması və yağışın yağması məqsədilə qılınan namazlar kimi fərqli formaya malik namazlardan başqa istənilən sünnət və nafılə namazları nəzərdə tutula bilər. Ən düzünü bilən isə təbii ki. Allah-taaladır. 9 Namaz üçün qadağan olunmuş vaxtlar üçdür: sübh namazından sonra günəş tam çıxana qədər, (bu təxminən on beş dəqiqə davam edir), günəş zenitdə olduğu vaxt və əsr namazından sonra günəşin batdığı müddət. Bu vaxtlarda yalnız mütləq nafılə namazlarının qılınması qadağan edilmişdir. Lakin məscidə salam, günəşin batması münasibəti ilə qılınan namaz və bu kimi səbəbli namazların hətta bu vaxtlarda qılınması caizdir. 7 işlərində istixarə etməli, Allahdan sidq ürəklə ən xeyirli olanı diləməlidir. Unutmaq lazım deyildir ki, hər bir işin sonunu bilən bir varlıq var, o da güc və qüdrət sahibi olan Allah-taaladır. 9. Allahın məsləhət bildiyi seçim. Bəzən insan özünün də daxilən bağlandığı və böyük maraq göstərdiyi müəyyən bir iş üçün istixarə edir. Lakin Allah bunu onun taleyinə yazmamışdır. Məsələn, hər hansı bir kişi sevib bəyəndiyi bir qadınla evlənmək üçün istixarə edir. Ancaq Allah-taala bu qızı onun qismətinə yazmamışdır. İnsan belə vəziyyətlərdə Rəbbi haqda gözəl fikirdə olmalı, Onun qəzavü-qədərilə razılaşmalı və Allahın məsləhət bildiyi seçimin onun üçün ən xeyirli olmasına tam yəqinliklə inanmalıdır. Çünki o heç təsəvvürünə belə gətirmədiyi halda həmin qadın onun bədbəxt olmasına bir səbəb ola bilərdi. Bu barədə Allah-taala Qurani-Kərimdə belə buyurur: «Bə’zən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bə’zən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz». 10 Neçə-neçə insanlar vardır ki, Allahın onlara yazdığını bəyənməzlər, lakin müəyyən bir müddətdən sonra bunun xeyrini görərlər. Həmçinin bir çox insanlar da var ki, müəyyən bir şeyi o dərəcədə istəyir və ona elə bağlanırlar ki, heç özlərinin də xəbəri olmadan bağlandığı şey onların məhvinə səbəb olur. Çünki «(Onu) Allah bilir, siz bilməzsiniz». Bəzən də elə olur ki, insan müəyyən bir iş üçün istixarə edir və Allah da bu işi ona nəsib edir. Lakin zahirən iş uğursuzluqla nəticələnir. Məsələn, kişi qadınla evlənmək üçün istixarə edir və onunla evlənir. Bir müddət keçdikdən sonra bu ailə dağılır. Belə məqamlarda da insan düşdüyü vəziyyətlə barışmalı, öz taleyinə təslim olmalıdır. Çünki bu hal özünün də bilmədiyi halda çox güman ki, onun üçün xeyirli ola bilər. Bir şey unudulmamalıdır ki, «(Onu) Allah bilir, siz bilməzsiniz». Real həyatdan götürülmüş bir neçə əhvalatı sizlərin diqqətinə çatdırmaq istərdik: 1980-ci ildə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı ər-Riyad şəhərinin Beynəlxalq Hava Limanında bir təyyarə havaya qalxdı və bir neçə dəqiqədən sonra mühərrikdə baş venniş nasazlıq ucbatından yenidən hava limanına enməli oldu. Naməlum bir şəraitdə təyyarə yerə endikdən sonra qəfildən alovlanmağa başladı və göyərtəsində olan təxminən üç yüz sərnişindən bir nəfər də olsun, xilas edilə bilmədi. Bu reyslə uçan sərnişinlərdən biri səfər üçün lazım olan bütün tədbirləri görmüş, hətta təyyarəyə giriş üçün buraxılış vərəqəsini də almışdır. Gözləmə zalında oturub təyyarəyə miniyi gözləyirmiş. Bu zaman mürgü onu tutub və bərk yuxuya qalıbmış. Oyandıqda qapıların bağlandığını və təyyarənin uçuş-enmə zolağına doğru istiqamət aldığını görmüş, yerindən sıçrayaraq özünü təyyarəyə çatdırmaq istədikdə məsul şəxs ona mane olmuşdur. Kişi əsəbləşərək özündən çıxmış və az qala başına hava gəlmişdir. Lakin bir neçə dəqiqədən sonra qəza vəziyyətində olan təyyarənin hava limanına endiyini və bədbəxt bir hadisə baş verdiyini eşidən həmin sərnişin dəhşətə gələrək az qala huşunu itinnişdir. Bir dəfə bir sərnişin öz avtomobili ilə hava limanına gəlir. Lakin açarı maşının içində unutduğunu xatırlayaraq yenidən avtomobilinin yanma qayıdır, açarı çıxarıb geri dönmək onun bir neçə dəqiqə vaxtını alır. Gözləmə zalına qayıdıb gəldikdə təyyarəyə miniyin dayandırıldığını görür və dilxor olur. Ancaq bir neçə dəqiqə keçmir ki, onun üzüntüsü sevincə çevrilir. Həqiqətən də yaşadan və öldürən Allah necə də Pak və Müqəddəsdir! 10. Nəfsinizin istəklərinə əsla uymayın! Bəzi insanlar hansısa bir işi yerinə yetirməyi qarşılarına məqsəd qoyurlar. Bunun üçün onlara istixarə etməyi tövsiyə etdikdə cavabları belə olur: “İstixarəyə nə gərək var. Mən özüm də bu işin xeyirli olacağına əminəm. Durum mənim üçün qənaətbəxşdir”. Həqiqətdə isə onlar öz nəfslərinin istəklərinə uyaraq belə deyirlər. Çünki istixarə etdikləri təqdirdə Allahın onlara istəmədikləri bir nəticəni verəcəyindən qorxurlar. Bu doğrudan da çox qəribə bir haldır. Şair yaxşı söyləmişdir: 10 əl-Bəqərə, 216. 8 Ј AÜlLa ^ JJİ UJjIfl Д -ujJ dllfrj )j) dJljÄ ÜÜÜk Tərcüməsi: Nəfsinin istəkləri səni şübhəyə çağırdığı təqdirdə ona müxalif ol. Nə bilmək olar, nəfsə müxalif olmaqda da bir xeyir vardır. Güc və qüdrət sahibi olan Allahın kəlamı bunu daha gözəl şəkildə ifadə edir: «(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məs’uliyyəti eyni ola bilməz!)». 11 11. Duanı oxuyarkən onu dərk etməyin zəruriliyi. Zikr, dua və bu kimi söz ibadətlərində məqsəd təkcə dilin bu sözləri tələffüz etməsi deyil, həm də oxunulan duanın mənasını dərk etmək və cümlədəki hər bir sözü daxilən hiss etməyə çalışmaqdır. Əks halda bu duanın təsiri və faydası istənilən effekti verməyəcəkdir. Bir çox insanların şəriətdəki zikr və dualarla lazımi mənfəəti əldə edə bilməmələrinin sirri də elə bundadır. Haqqında danışdığımız istixarə duası da digər dualar kimi şəriətin müəyyən etdiyi dualardandır. Bunun üçün də onun mənasını anlamaq və bu məna ətrafında düşünmək ən azı bu duanın Allahın izni ilə qəbul olması baxımından zəruridir. Gəlin istixarə duasının mənasına yenidən bir nəzər salaq: “ Allahım! Sənin elminlə Səndən ən xeyirli olanı istəyirəm” - Allahım! Sənin hər bir şeyi əhatə edən elminlə Səndən mənə ən xeyirli olanı nəsib etməyini istəyirəm. “Sənin qüdrətinlə Səndən güc-qüvvət istəyirəm” - Hər şeyə qadir Allahdan Öz qüdrəti sayəsində mənə qismət edəcəyi işin öhdəsindən gəlməyimi təmin etməsini istəyirəm. “Səndən əzəmətli fəzilətini diləyirəm” - Tanrıdan mənim bilmədiyim və ağlıma belə gətirmədiyim tükənməz xəzinələrinin qapılarını üzümə açmasını diləyirəm. “Sən qadirsən, mən isə acizəm ” - Allahın yenilməz qüdrəti qarşısında öz acizliyimi etiraf edirəm. “Sən bilirsən, mən isə xəbərsizəm ” - Hər bir şeyi bilən yeganə varlıq, bütün nöqsanlardan pak Allah qarşısında öz elmsizliyimi və avamlığımı etiraf edirəm. “Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən!” - Sən bütün işlərin sonunun nə ilə bitəcəyini, yaxın və uzaq gələcəkdə onların hansı şəkil alacağını bilirsən. Bunu səndən başqa heç kəs bilmir. 12 “Allahım! Bu işimin (görüləcək işin adı çəkilir) mənim dinimdə, məişətimdə və işimin sonunda, gec və ya tez olmasının mənim üçün xeyirli olacağını bilirsənsə, onu mənim qismətimə yaz... ” - Bu azsaylı kəlmələr insanın yaxın və uzaq olan digər dini, dünyəvi və uxrəvi mənafelərini özündə cəmləşdirir. İlahi! Bu necə də möhtəşəm, mükəmməl və geniş əhatəli bir duadır. Müsəlmanın nail olduğu hansı xeyir istixarəsinin qəbul olacağı təqdirdə əldə etdiyi bu xeyirdən daha böyük ola bilər?! “Onu mənim üçün asanlaşdır və bərəkətli et” - Ey Tanrım! Səndən bu işimi asanlaşdırmağı və bu işdə mənə xeyir-bərəkət verməyi istəyirəm. Çünki iş qismətimdə olsa da asanlaşdırılmış olmaya bilər və yaxud həm qismətimə yazılsa, həm də asanlaşdırılmış olsa belə xeyir-bərəkəti olmaya bilər. “Yox, əgər bu işimin (görüləcək işin adı çəkilir) mənim dinimdə, məişətimdə və işimin sonunda, gec və ya tez olmasının mənim iiçün xeyirli olmayacağını bilirsənsə, onu məndən uzaqlaşdır” - Onu mənim qismətimə yazma. 11 əl-Casiyə, 23. 12 Qeyd: Qeyb təkcə gələcəyə deyil, həm də hal-hazırda olub, lakin insan elmindən və gözündən uzaq olan hər bir şeyə şamil olunur. Ona görə də Allah-taala Yusuf aleyhissəlamın hekayəsini uzaq keçmişdə baş verməsinə baxmayaraq qeyb adlandırmışdır. 9 "...məni də ondan uzaqlaşdır ” - Elə et ki, ona meyl göstərməyim, ona bağlanmayım və onu icra etməyə gücüm çatmasın. Bir sözlə, istənilən yolla bu işin qapılarını mənim üzümə bağla! “Mənə
az_Ugurun_sirri_xeyir_barakat_acari
az_ugurun_sirri_xeyir_barakat_acari_202002
az_Ugurun_sirri_xeyir_barakat_acari_djvu.txt
3
harada olur olsun, xeyirli olanı nəsib elə” - Hətta istəmədiyim halda belə ən xeyirli olanı mənim qismətimə yaz. ",Sonra da məni ondan razı sal” - Qismətimə yazdığından məni razı sal, qəlbimi geniş və rahat elə! Şübhəsiz ki, hər şeyi dəqiqliyi ilə bilən ancaq Allah-taaladır! 12. İstixarənin təkrarlanması şəriətə uyğundurmu? İstixarənin yeddi dəfə təkrarlanması barədə İbn əs-Sunni Ənəsdən bir zəif hədis rəvayət etmişdir. ən-Nəvəvi həmin hədisin isnadında naməlum şəxslərin adları olduğuna görə onu qərib hədis adlandırmışdır. Sualın cavabına gəlincə, əgər insan bir iş barədə bir dəfə istixarə edir, nəticə olmursa, sonra başqa bir işə girişməyi niyyət edirsə, yeni başlamaq istədiyi iş üçün istixarə etməlidir. 13. İstixarə dua hesab olunurmu? İstixarə özündə dua statusunu cəmləşdirsə də, adi dualardan öz xüsusiliyi ilə fərqlənir. Çünki Peyğəmbər (s) istixarəni bir quran surəsi kimi səhabələrinə öyrədərdi. İkinci bir tərəfdən istixarə başqa dualardan iki rükətli namazı ilə də seçilir. Üçüncü bir tərəfdən isə onu demək olar ki, istixarənin şəriət tərəfindən müəyyənləşdirilmiş xüsusi bir duası vardır. Buna görə də bəzi ilahiyyatçılar istixarəyə nəyinsə əlavə olunmasının, yaxud başqa bir dua ilə istixarə edilməsinin əleyhinədirlər. Lakin adi duaların qəbul olunma şərtləri istixarəyə də şamil edilir. Bu şərtlər hansılardır? Güc və qüdrət sahibi olan Allaha, Onun qüdrətinə, elminin genişliyinə səmimi qəlbdən iman gətirmək, sidq ürəklə Ona yönəlmək və Ona təvəkkül etmək. Bəs duanın qəbul olunmasına mane olan amillər hansılardır? Allaha olan imanın zəifliyi, qəlbin Allahdan qeyrisinə olan bağlantısı, asilik, günah və haram yeməyə davam etmək. 13 Əgər sadaladığımız bu şərtlərə əməl olunarsa, duanın qəbul olunmasına maneçilik törədən amillər aradan qaldırılarsa və bəndə sidq ürəklə əllərini Tanrıya açaraq dua edərsə, Allah-taala onun açdığı əllərini əliboş geri qaytarmaz və ona bütün işlərində ən xeyirli olanı nəsib edər. 14. Nə zaman namazsız dua ilə kifayətlənmək olar? Bəzən insan elə şəraitə düşür ki, ya vaxtın darlığından, xüsusilə qadınlarda aybaşı müddətində və ya doğuşdan sonra qırx gün ərzində iki rükət namaz qılmağa imkan tapa bilmir. Belə olan halda imkan daxilində istixarənin onun qarşını kəsən maneə aradan qaldırılana kimi təxirə salınması tövsiyyə olunur. Əks təqdirdə Allahın «Allahdan bacardığınız qədər qorxun» 14 və «Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)» 15 ayələrini əldə rəhbər tutaraq namazsız dua ilə də kifayətlənmək olar. 15. Bu ancaq mömin bəndə üçündür. Bu mühüm ibadətdə kafirə heç bir pay düşmür. O küfrün və cəhalətin zülməti içində çapalayır, nəfsinin istəklərinin quluna çevrilir, həyatın məqsədinin nə olduğunu belə bilmir. Onun bu həyatda mövcud olması şəhvani hislərini və heyvani istəklərini təmin etməkdən başqa bir şey deyildir. Onun həyatı ormandakı vəhşi heyvanların yaşayış tərzindən nəinki fərqli, hətta daha alçaq və daha uçurumludur. Zərəri xeyirindən çox, yoxluğu varlığından yaxşıdır. Bəzi işlərindəki əldə etdiyi zahiri uğur, boş və müvəqqəti olan bu dünyadakı uğurudur ki, o da gəldiyi kimi tez bir müddətdə də yox olub gedəcəkdir. Axirətdə isə onu gözləyən bir şey varsa, o da cəhənnəm alovudur. Allah-taala bu tip insanları belə vəsf edir: «Kim (axirətdən vaz keçib) ' Allaha şirk qoşmaq başda olmaqla asilik və günahın bütün növləri uğursuzluğa, ruzi qapılarının bağlanmasına və məyusluğun artmasına gətirib çıxaran ən başlıca səbəblərdəndir. 14 ət-Təğabun, 16. 15 əl-Bəqərə, 286. 10 dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada yaxşı işlər görüb e’tiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Çünki Allah ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər). Belələrini axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!» 16 Möminə gəlincə, onun təbiəti başqadır. O, Allahını tanıyar, Ona və Onun qəzavü-qədərinə iman gətirər, bir iş görmək fikrinə düşdükdə, yaxud görmək istədiyi işin doğru və ya yalnış olduğu ona qaranlıq qaldıqda pak və müt'i bir vəziyyətdə Tanrının hüzurunda dayanaraq Ondan doğru yolu, müvəffəqiyyəti və düzlüyü istər, namazını bitirdikdən sonra Allahdan yardım diləməklə, Ona təvəkkül etməklə, qəzavü-qədərindən məmnunluq duymaqla, Allahın hər şeyə qadir və hər şeyin bilicisi olmağına tam yəqinliklə öz yoluna davam edər, istixarəsinin nəticəsi dərhal ona məlum olmadıqda belə, Allahın yazdığı qismətin ən xeyirli olmasını bütün varlığı ilə qəbul edər. Belə olan halda Allah da Öz növbəsində onu bütün şərr əməllərdən uzaq şaxlar, bu həyatda Allah nuruna, haqq yoluna nail olmağı onun üçün daha da asanlaşdırar, ona elə misilsiz bir uğur nəsib edər ki, bu uğur təkcə bu dünyada deyil, həm də axirət həyatında əbədi bir uğura çevrilmiş olar. 16. İstixarədən sonra nə etməli? Müsəlman istixarədən həm əvvəl, həm də sonra görəcəyi iş barəsində yaxınları ilə, inandığı və etimad göstərdiyi ilahiyatçılarla, elm adamları ilə, təcrübəli insanlarla, aidiyyatı mütəxəssislərlə məsləhət-məşvərət etməli onların bilik və təcrübələrindən bəhrələnməlidir. Bu baxımdan da Allah-taala Peyğəmbərinə (s) xitabən belə buyurur: «...işdə onlarla məsləhətləş...». 17 Ümumiyyətlə, məsləhətləşmə doğru yola aparan bir işıqdır. Ancaq öz fikrinə güvənərək heç kəsin məsləhətinə qulaq asmayan insanlar unutmamalıdırlar ki, bununla böyük bir təhlükənin qurbanı ola bilərlər. Bu barədə ərəblərin belə bir sözü var: insanlar üç qrupa bölünürlər. Əsl insanlar, yarımçıq insanlar və insan olmayan insanlar. Birinci qrupdakı insanlar həm ağıllı, həm də başqalarının məsləhətindən bəhrələnən insanlardır. İkinci qrupda ağlı olub, lakin heç kəsin məsləhətini qəbul etməyən insanlar cəmləşir. Üçüncü qrupda isə həm ağlı olmayan, həm də heç bir məsləhət dinləməyən insanlar yer alır. Ömər ibn Əbdüləziz (Allah ona rəhmət eləsin!) bu barədə söyləmişdir: “Məsləhət və müzakirə mərhəmət evinin qapıları, xeyir-bərəkət qapılarının isə açarlarıdır. Bunlarla nə uçuruma düşülməz, nə də ağıl azalmaz”. əl-Fudeyl demişdir: “Məsləhətləşmədə xeyir-bərəkət vardır. Mən hətta kənizim olan bu həbəşli əcəmi qadından belə məsləhət alıram”. Bəzi müdriklər demişdir: “Məşvərət düzlüyə, mütləqiyyət isə özbaşnalığa gətirir”. “İstixarə edən ümidsizliyə qapılmaz, məşvərət edən peşman olmaz”. 18 “İnsanlarla məsləhətləşən onların ağlına şərik olar”. Bu barədə şair yaxşı deyib: dj) jjJLaİ) Jä! (јл düi£ jlj Lajj AjjU dİljU jjL ui Si jAJ V) 1$ <4^ (j jj V j jU j ÜJ La 1ф1а jiaJj OJ3ÜIİ Tərcüməsi: 16 Hııd, 15-16. 17 Ali-İmran, 159. ls Bəzi insanlar bu hikmətli kəlamı bir hədis olaraq qəbul edirlər. Əslində isə bu, əl-Albaninin “Zəif və qondarma hədislər silsiləsi”ndə (2/78) də qeyd etdiyi kimi qondarma bir əsərdir. 11 Bir gün bəxtin dönüklüyü səni yaxalarsa, məşvərət əhlindən olsan belə hökmən başqalarından məsləhət al. Gözlə yaxında və uzaqda olanları görmək olur. Amma onun özünü ancaq güzgüdə gönnək mümkündür. 12 HÖRMƏTLİ MÜSƏLMAN QARDAŞ УӘ BACILAR! İstixarə müvəffəqiyyətə aparan yolda ən başlıca addım, bu dünya və axirətdə zəfərə nail olmaq üçün ən gərəkli vəsilədir. Lakin bununla yanaşı qabaqcadan ölçüb-biçmə, planlaşdırma və məsləhətləşmə kimi digər metodlardan da yeri gəldikdə istifadə etmək və başqalarının təcrübəsindən bəhrələnmək zəruridir. Bu baxımdan da heç bir kəsə bel bağlamadan icrası mümkün olan bütün halal tədbirlərə əl atmaq şəriətin icazə verdiyi addımlardandır. Əgər bəndə sidq ürəklə istixarə qılıb tam olaraq Allaha təvəkkül etsə, Allah da bütün səbəbləri onun üçün yüngülləşdirər və qismətinə nail olmaq üçün üzünə bağlanmış uğur qapılarını taybatay açar. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir! Əziz müsəlman qardaşlar! Siz də Allahın bu lütf və mərhəmətindən az da olsa pay umursunuzsa, hər bir işinizdə istixarə etməyi unutmayın! Əziz müsəlman tacirlər! Hər hansı bir müqaviləni və ya ticari sövdələşməni imzalamazdan, dükan açmazdan, işçi qəbul etməzdən və hansısa layihəni həyata keçirin əzdən öncə istixarə etməyi unutmayın! Əziz vəzifə sahibi olan müsəlmanlar! Hər hansı vəzifəyə getməzdən qabaq, işinizdə qalıb-qalmamaq barədə tərəddüd etdikdə istixarə etməyi unutmayın! Əziz müsəlman həkimlər! İxtisas seçimi etməmiş, bir xəstəxanadan başqasına köçməmiş, klinika açmamış, cərrahiyyə əməliyyatına girməmiş və mənfi təsir göstərəcəyindən ehtiyat etdiyiniz hansısa resepti yazmamış istixarə etməyi unutmayın! Xəstəliyə düçar olmuş müsəlmanlar! Xəstəxanaya getməzdən, cərrahiyyə çarpayısına uzanmazdan, stomatoloq kürsüsünə oturmazdan, hər hansı orqanının kəsilməsindən və zərərindən qorxduğunuz dərmanı qəbul etməzdən əvvəl istixarə etməyi unutmayın! Əziz müsəlman atalar! Yeni mənzil, cihaz və ya əşya almazdan, başqa mənzilə köçməzdən, yeni sürücü və ya xadimə işə götürməzdən, oğlunuza avtomobil almazdan, xanımlarınız və ya övladlarımzla səyahətə çıxmazdan qabaq istixarə etməyi unutmayın! Əziz müsəlman bacılar! Zərurət olmadan evdən çıxdıqda, naməhrəm sürücü ilə yanınızda başqa qadın olsa belə eyni avtomobilə minmək zərurəti yarandıqda, evdən kənarda qadınlara icazə verilən iş sahələrində işləməyi düşündükdə, bazara, yaxınlıqdakı parka, rəfiqəniz gilə, qonaqlığa və ya toya getmək istədikdə, yaxud zinət əşyaları, pal-paltar almağı düşündükdə, ərə getməyə qərar verdikdə, hətta ərlərinizin razılığı olsa belə hamiləliyin qarşısını alan vasitələrdən istifadə etdikdə istixarə etməyi unutmayın! Əziz müsəlman gənclər! Təhsil, iş, səyahət və ya digər məqsədlərlə xarici ölkələrə səfər etmək istədikdə, avtomobil almağa qərar verdikdə, elçi göndənnəzdən əvvəl və ümumiyyətlə, hər hansı bir işə girişməzdən öncə istixarə
az_Ugurun_sirri_xeyir_barakat_acari
az_ugurun_sirri_xeyir_barakat_acari_202002
az_Ugurun_sirri_xeyir_barakat_acari_djvu.txt
4
etməyi unutmayın! Əziz müsəlman tələbələr! Hər hansı bir məktəbə yazıldıqda, sənədlərinizi ali məktəbə təqdim etdikdə, ixtisas seçimi apardıqda, təhsil aldığınız ali məktəbdən başqa bir ali məktəbə dəyişirildikdə, hansısa səbəbdən təhsilinizi yarımçıq buraxmağı düşündükdə istixarə etməyi unutmayın! 13 SON SOZ Hörmətli oxucu! Bir şeyi bilmək lazımdır ki, əgər sən bu deyilənlərə sidq ürəklə əməl etsən, ağlına belə gətinnəyəcəyin bir şəkildə Allahın əzəmətli qüdrətinin, geniş əhatə dairəsinə malik elm və mərhəmətinin şahidi olacaq, o an özünü saxlaya bilməyib qəlbinin ən dərin guşələrindən böyük bir həvəslə deyəcəksən: Ajj LİLLİ Ad (Ad V дЫ V) Ad) V <ji LaJ <jl£ дЫ fLui L Л (JJdfl ç. < _ r uı ЈД J ( auÜjLİ! AÜib V) 6JÄ Vj V ЈЛ. Vj ^ Lju “Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O tək və şəriksizdir. Mülk və həmd ancaq Ona məxsusdur və O hər şeyə qadirdir. Allahın istədiyi hər bir şey olur, Onun izni olmadan nəyinsə baş verməsi mümkünsüzdür. Güc və qüdrət sahibi ancaq uca və əzəmətli olan Allahdır”. Sonda bir daha Allaha bol-bol həmd-sənalar edir, Peyğəmbərimiz Məhəmmədə (s) Allahın xeyir-duası və salamı olsun deyirik! Məhanımad ibıı Əbdüləziz əl-Miisnəd ər-Riyad şəhəri, 1993-cü il. 14 MÜNDƏRİCAT RƏHMLİ, MƏRHƏMƏTLİ ALLAHIN ADI İLƏ!.2 İSTİXARƏ NAMAZI NƏDİR?.5 HÖRMƏTLİ MÜSƏLMAN QARDAŞ VƏ BACILAR!.13 SON SÖZ.14 15
Lacin Yurdu 10
LacinYurdu10
lacin yurdu-10_djvu.txt
0
Laçın yurdu - №3(10), 2013 Mən Aşığam, lələ mən, Qəflətdəyəm hələ mən. Dərddən, qəmdən, hicrandan Bağlamışam şələ mən. Sarı Aşıq №3(10) 2013 Bakı-2013 1 Laçın yurdu - №3(10), 2013 Laçın yurdu, №3(10), 2013 Bakı, “Bəxtiyar-4”, 2013. - 96 səh. Təsisçi və baş redaktor: Arif MƏMMƏDLİ Baş redaktorun müavini: Araz HACIYEV Məsul katib: Elnur MEHDİYEV Redaksiya heyəti: Knyaz MƏMMƏDOV İlham QƏHRƏMAN Ələmdar ŞAHVERDİYEV Tamxil ZİYƏDDİNOĞLU Mütəllim HƏSƏNOV Fəxri UĞURLU Taleh ŞİRİNOV Yusif MİRZƏ Fəxrəddin ŞAHSUVAROV Orxan CƏBRAYILOV Redaksiyanın ünvanı: Sabit Rəhman küç. 7 Əlaqə: Tel.: (050) 291-34-52, (070) 956-36-22, (050) 205-00-92 e-mail: [email protected] Dərgidə dərc olunan yazılar müəlliflərin mövqeyini əks etdirir və yazı müəllifləri məsuliyyət daşıyır. Jurnal 16.03.2010-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 3133 №-li reyestrlə qeydiyyatdan keçmişdir. Bankın adı: Azərbaycan Beynəlxalq Bankı MƏTBUAT şöbəsi Bankın kodıı: 805142, Müxbir hesabı: AZ03NABZ01350100000000002944, VÖEN: 9900001881 SWIFT: IBAZAZ2X, Müştərinin hesabı: AZ64IBAZ41040019443136196216 Məmmədov Arif Kamran oğlu VÖEN: 1401771462 Intermediary Bank: Citibank NA, New York, USA Corr. account: 36083186 SWIFT: IBAZAZ2X, International Bank of Azerbaijan Republic Yasamal Branch kod: 805142 USD only Account #: AZ64IBAZ41040019443136196216 Mammadov Arif Kamran INN: 1401771462 2 Laçın yurdu - №3(10), 2013 BU SAYIMIZDA Laçınlı gənclərlə görüş keçirilmişdir 6 Laçının icra başçısı Bakıda da rayon gəncləri ilə görüşmüşdür 7 O kənd bizini kəndimizdi Sultan HÜMBƏTOV, Ərikli kəndi 9 Poeziya Pənah MİKAYILOV 20 Allahverdi ƏLİYEV 29 Yusif Hacı oğlu ŞABANOV 38 Tofiq YUSİF 42 İlham QƏHRƏMAN 52 Araz ELSEVƏR 74 Namiq ZAMAN 86 Elnur İRƏVANLI 90 Alimə GİZLİNUR 91 Elburus ABBASOV 93 Seyid CƏFƏR 94 Qarabağ qaziləri Xalid BAHADUROĞLU, Vətənin dar günündə 22 Aqşin Məmmədov 39 Nəsr Venera MİRZƏ YEVA, Pele öküzün əhvalatı 24 Fəxri UĞURLU, Dərviş 64 Təranə VAHİD, İki hekayə 80 Sənətçilərimiz Tacir SƏMİMİ, Aşıq Adil Cəfakeş 27 3 Laçın yurdu - №3(10), 2013 Kitab rəfi “Sən yanımda olmayanda ” 28 “Kimya müəssisələrində investiya siyasətinin formalaşması istiqamətləri ” 37 “Zəngəzur toponimləri ” 79 “Ömür bitər, yol bitməz ” 85 Ellərimiz Sultan HÜMBƏTOV, Qasımuşağı tayfası 30 Dişi aslanlarımız Kişi Tavat 40 Bio qrafik tarııtım İlham Musayev 41 Folklorumuz Xanlar əminin gülməcələri 43 Yaddaş Mənzum ərizə 47 Dost sözü Hüseynbala EYVAZOV, “Ümidlə yaşanan ömür” 48 Vaqif QURBANOV, “Mənim “Bahadur müəllim” adlı bir dostum vardı ” 75 Alın yazısı Qəhrəmanlar ölmürlər 50 Publisistika İmdad ƏLİZADƏ, “Qürbətə sarı ” (II yazı) -ardı 53 4 Laçın yurdu - №3(10), 2013 Dünya ədəbiyyatı Robin ZİGER, “ Zəfər üçün doğulanlar” (davamı) 58 Xatirə Rəfiqə ƏSGƏROVA, “İlk müəlliməm” 61 Münasibət Araz ELSEVƏR, “Xəyanət, yoxsa qurulmuş imperiya oyunu?” 72 Axtar babaları Alxan Əhməd oğlu Əhmədov 78 Kimlər keçdi bu dünyadan K.RƏHMANLI, “O, yaradıcı insan idi” 87 Ziyalılarımız Müəllim ömrü 88 Veteranlarımız Əbil Şahverdi oğlu Sadıqov 92 Araşdırma Araz YAQUBOGLU, II Dünya Müharibəsində itkin düşən laçınlılar... 95 HÖRMƏTLİ OXUCULAR! “Hər kənddən, hər məktəbdən 1 abunəçimiz olsun, hər kəs 1 jurnal alsın!” kampaniyası davam edir. Bu kampaniyaya qoşulanlara bəri başdan öz təşəkkürümüzü bildiririk. Xatırladaq ki, jurnalımızı metro keçidlərindən və “Azərmətbuatyayı- mı”nın Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi, Yevlax, Qax və Şəki şəhərlərindəki köşklərindən almaq olar. Əziz oxucular, jurnalımız hələlik rübdə bir dəfə (ildə 4 nömrə) çıxır, illik abunə qiyməti 8 manatdır. İnşallah, növbəti sayımız 2013-cü ilin sentyabr ayında işıq üzü görəcək. 5 Laçın yurdu - №3(10), 2013 LAÇINLI GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR İyunun 22-də Taxtakörpü qəsəbəsində Ağcabədi və ətraf rayonlarda məskunlaşmış laçınlı gənclərlə görüş keçirilmişdir. Tədbirdən əvvəl laçınlı gənclər ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin in- zibati binası qarşısında ucaldılmış büstünü və Taxtakörpü qəsəbəsində rayon şəhidlərinin adının əbədiləşdirildiyi xatirə kompleksini ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzmüşlər. Sonra tədbir İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir. Döv- lət himninin səsləndirilməsi ilə başlayan tədbiri Laçın Rayon İcra Hakimiy- yətinin başçısı Akif Səlimov açaraq giriş nitqində ümummilli liderimiz Heydər Əliyevin gənclərə olan sonsuz diqqət və qayğısından danışmış, çıxı- şında prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə görülən işlərə geniş yer ayırmışdır. Tədbirdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan gənclərinin vətən- pərvərlik tərbiyəsi” mövzusunda məruzə dinlənilmiş, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin, gənclərə qayğının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, məhz bu uzaqgörən dövlət siyasəti sayəsində əldə edilmiş nailiyyətlər barədə məlumat verilmişdir. 6 Laçın yurdu - №3(10), 2013 LAÇININ İCRA BAŞÇISI BAKIDA DA RAYON GƏNCLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR İyunun 29-da isə Laçın Rayon İcra Ha- kimiyyətinin başçısı Akif Səlimov Bakıda rayon gənclərinin bir qrupu ilə görüşmüşdür. “İlham Əliyev və Azərbaycan gəncliyi” mövzusunda baş tutan görüşdə icra başçısı gənclərin məruzələrini dinləmiş, onların suallarını cavablandırmışdır. O, çıxışında vurğulamışdır ki, laçınlı gəncləri bir araya toplamaqda məqsəd onları bir-biri ilə tanış etməkdir: “Sizlərin içərinizdə Laçında doğulanlar da, Laçından kənarda dünyaya gələnlər də var. Amma heç vaxt bu tərkibdə görüşmə- misiniz. İstəyirəm ki, milli-mənəvi dəyərlər ətrafında birlikdə fikir mübadiləsi aparaq, təklif və təşəbbüslərinizi eşidək, ideyalarınız ətrafında həmfikir olaq”. Daha sonra söz gənclərə verilmişdir. Laçın rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev gənclərə yaradılan şəraitə görə ölkə başçısına təşəkkürünü bildirmişdir. Onun sözlərinə görə, elm, mədəniyyət, idman sahələrində gənclərə daim diqqət və qayğı göstərilir: “Təəssüf edirəm ki, dövlət orqanlarında işləmək üçün verilən elanlara laçınlı gənclər arasında müraciət edənlər azdır. Ümid edirəm ki, gənclər onlara verilən fürsətlərdən səmərəli istifadə edə bilə- cək”. Milli qəhrəman övla- dı Asəm Eyvazov qeyd et- mişdir ki, gənclərə açıq qa- pı yaradılıb və laçınlı gənc- lər qarşıdakı seçkilərdə prezident İlham Əliyevi dəstəkləməlidirlər. Erməni əsirliyində o- larkən gömıə qabiliyyətini 7 Laçın yurdu - №3(10), 2013 itirən Nurlana Hümbətova Laçına həsr etdiyi şeiri oxumuş və söyləmişdir ki, mən gələcəyin müəlliməsiyəm, təhsil alıram. Qardaşım ali təhsillidir, hazırda Vətənə xidmət edir. Laçın üçün darıxıram və inanıram ki, tezliklə doğma yurdumuza qayıdacağıq. O, bu cür görüşü təşkil etdiyinə görə icra başçısına minnətdarlığını çatdırmışdır. 11 -ci sinif şagirdi Elmar Aslanov isə Laçını görməsə də, ailə üzvlərinin danışığından Laçına aşiq olduğunu demişdir : “Dayım Laçın uğrunda gedən döyüşlərdə vuruşub. Biz öz torpaqlarımızı geri qaytarmaq əzminə mal ik ik. Bunun üçün ölkə prezidentinin ətrafında sıx birləşmişik”. :• Şəhid oğlu Hikmət Salmanov bildirmişdir ki, o, Laçının və Azərbayca- nın digər işğal olunmuş torpaqlarının azad edilməsi üçün əlinə silah alıb vu- ruşmağa və atası kimi şəhid olmağa hazırdır. Hikmət Salmanov Akif Sə- limovun icra başçısı kimi laçınlı gəncləri hərbi məktəblərdə təhsil almağa yönəltdiyini, Azərbaycan Silahlı Qüvvələrinin gələcək zabit və generalları 8 Laçın yurdu - №3(10), 2013 arasında laçınlı gəncləri daha çox gönnək üçün məqsədyönlü fəaliyyət apar- masını alqışlamışdır. Tədbirdə çıxışı zamanı həm özü kövrələn, həm də dinləyiciləri qübar- landıran şair İlham Qəhrəmanın qızı Nigar Qəhrəmanovanın son dərəcə sə- mimi və təsirli nitqi icra başçısı Ak if Səlimov da daxil olmaqla salona topla- şanları qəhərləndirmişdir. Bundan başqa Laçın məktəblərinin müəllimləri, laçınlı tələbələr də öz fikirlərini bölüşmüşlər. Gənclərin çıxışından sonra söz alan Akif Səlimov laçınlı gənclərin potensialından yetərincə istifadə etməyin zəruriliyini önə çəkmişdir: “İndiyədək istedadlarımızı tanıya bilməmişik. Mən istərdim ki, bu tədbirdə iştirak edən gənclərimiz bilsinlər ki, Laçın oğulları kifayət qədər döyüşüb. Bu gün istəyirəm ki, ümumilli lider Heydər Əliyevin qoyub getdiyi stabil ölkəmizdə hər bir gənc torpaqlarımızı azad etmək üçün döyüşə və qəhrəmanlığa hazır olsun. Əminəm ki, qarşıdan gələn seçkilərdə gənclər cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və məhz bu həmrəylik bizi qələbəyə aparacaq, Laçına qaytaracaq”. O KƏND BİZİM KƏNDİMİZDİ ƏRİKLİ KƏNDİ Kəndin tarixi durumu: Sovet imperiyası öz müqavimətini saxlaya bilməyib ləngər vuran kimi mənfur qonşularımız olan erməni təcavüzkarları uzun illərdən bəri torpaqlarımıza olan nəfslərini heç cür saxlaya bilmədilər, öz arzularına yetmək üçün.... Nəticədə Qarabağ müharibəsi, şəhidlər, talan edilib yer üzündən silinən şəhər, qəsəbə və kəndlərimiz, ennəni vəhşilikləri, qaçqın və köçkünlərin karvanı dayandı gündəmdə. Yurdumuzun qəlbinə vurulmuş bu yaralara sarğı qoymaq məqsədilə vaxtaşırı Laçın rayonunun bəzi kəndlərinin tarixinə, mədəniyyətinə, əhalisi və onların məşğuliyyətləri- nə diqqət yetirməyə çalışırıq. Bu gün işğal edilmiş, eyni zamanda işğal altında tutulan torpaqlarda vaxtilə salınmış və bu gün viran edilmiş hər bir kəndin öz tarixi, salınma sə- bəbi olmuş, kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda zaman və quruluşdan asılı olaraq dəyişmişdir. 9 Laçın yurdu - №3(10), 2013 Laçın rayonunun Kürdhacı kəndinin inzibati ərazi vahidində qərarlaşan, Qasımuşağı obasının digər kəndləri ilə baş-başa verən Ərikli kən
Lacin Yurdu 10
LacinYurdu10
lacin yurdu-10_djvu.txt
1
dinin salınma tarixi də çox maraqlı olmuşdur. Əriklilərin qədim adət-ənənələri, Ərikli kəndinin təbii gözəllikləri, diş göynədən saf bulaqları, əhalisinin özünəməxsus məişəti, həyat tərzi, məşğuliyyətləri olmuşdur. İbrahim Bayramovun “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” adlı kitabında apardığı tarixi araşdırmadan məlum olur ki, Ərikli - Yeliza- vetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Qarakilsə (indiki Sisyan rayonu) ərazisində kənd olmuşdur. Bu kənd Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1873-cü ildən başlayaraq müxtəlif illərdə aparılmış siyahıya alma zamanı kənd sakinlərinin azərbaycanlılar olduğu qeyd edil- mişdir. Nəhayət, 1917-191 8-ci illərdə azərbaycanlılar bu kənddən qırğın- larla deportasiya edilmiş, kənd dağıdılmış və bu günə qədər də xarabalığa çevrilmiş şəkildə qalmaqdadır. Tanınmış filoloq, tədqiqatçı-alim Əli Umud oğlu Əliyevin apardığı araşdırmalardan məlum olur ki, bu kənd Qarakilsə (indiki Sisyan) rayonu- nun ərazisində, vaxtı ilə Qarabağın sərhədlərini tamamlayan Ərikli dağları- nın ətəyində, Ərikli çayının sahilində yerləşirdi. Ennəni cəlladları Ərikli kəndini də digər Qərbi Azərbaycan kəndləri kimi talan-qarət etmiş, əhali doğma dədə-baba yurdundan didərgin düşmüşdür. Pərən-pərən olmuş əriklilər Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmış və məskun- laşdıqları əraziləri "Ərikli" adlandırmağa çalışmışlar. Erməni millətçilərinin apardıqları siyasət nəticəsində öz dədə-baba yurdundan, Dərələyəz mahalından köç etməyə məcbur olan Heydərin ulu babası Qarakilsədə (indiki Sisyan), Ərikli kəndində məskunlaşmağa məcbur oldu. Heydər burada - Y elizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəza- 10 Laçın yurdu - №3(10), 2013 sında, indiki Qarakilsə (Sisyan) rayonu ərazisində mövcud olmuş Ərikli kəndində dünyaya göz açdı. Bir müddət sonra erməni separatçıları tərəfin- dən azərbaycanlılar yaşayan kənd əhalisinin vəziyyəti getdikcə ağırlaşdırılır- dı. Bu səbəbdən də Heydərgilin ailəsi Zəngəzur mahalının Hacısamlı nahi- yəsinin (indiki Laçın rayonunun) Qasımuşağı obasının (indiki Kürdhacı in- zibati ərazi dairəsinin) ərazisinə pənah gətirdilər. O dövrdə arandan yaylağa və yaylaqdan arana gedən köçlər tez-tez bu ərazilərə düşüb gecələdikdən sonra yollarına davam edərdi. Lakin Qasımuşağı obasının Aşağı Qarasaqqal kəndi ilə Araxış (Sovet hakimiyyətinin ilk illərində kənd əhalisi digər kənd- lərə köçürülmüş, Araxış kəndi ləğv edilmişdir. Kollektivləşmə dövrünə təsa- düf edən bu köçürmənin əsas məqsədi kəndliləri nəzarətdə saxlamaq və əha- lini məcburi sürətdə kolxoz quruculuğuna cəlb etmək olmuşdur. Xatırladaq ki, Araxış kəndi 1727-ci ildə Xaçın məlikliyinin tərkibində yerləşən Məğa- vuz nahiyəsinin kəndlərindən biri olmuş və siyahıya alma zamanı Araxoş kimi qeyd edilmişdir) kəndinin arasında Sarıdaş adlanan yerlə üzbəüz sahə- də lövbər salan Heydərgilin köçü isə bir neçə gün idi burada gecələyirdi. Köçün burada məskən salıb qalmasından xəbər tutan ağsaqqallar Qasımuşa- ğı obasından çapar göndərirlər ki, gedin, baxın, onların atları və öküzləri arıq, itləri yallıdırsa qonşuluqda yaşasınlar, yox, əgər belə deyilsə qovun getsinlər. Həmin dövrdə heç kəs kasıb qonşu istəməzdi. Ona görə də kişilər qoçaq və zəhmətkeş olarsa, onların atları və öküzləri arıq, qadınlar evdar və işgüzar olarsa itləri yallı olardı. Göndərilən çapar qayıdır, söyləyir ki, siz deyən kimidir. Hətta çox bəd itləri var. Elə buna görə də bəzən el arasında bu tayfaya "Heydərli" yox, "it Heydərli" deyirlər. Beləliklə, Heydərgilin ailəsi burada məskən salmışdır. Zəngəzur mahalının Hacısamlı nahiyəsində, Qasımuşağı obasının ərazisində Ərikli kəndinin əsası bax beləcə qoyuldu. Əvvəllər əsasən "bağdadi", "tağbənd", "xərək", "potuğa", "dam" ("qara dam", "şirvanı dam") və digər yerli şəraitə uyğun yeraltı qazmadan düzəldil- miş olan yaşayış evləri sonda yerli tikinti materiallarından tikilmiş ikimərtə- bəli yaraşıqlı evlərlə əvəz olundu. Dərələyəzli Heydər burada ailə qurur və bu evlilik zamanı Alıbəy və Bağır adlı oğlanları olur. Bağır Heydəroğlu Xanxanımla ailə qurmuş, bu evlilik zamanı İmamverdi, Vəliməmməd (arvadı - Ağapəri), Xıdır, Əliməm- məd adlı oğlanları dünyaya gəlmişdir. Qeyd edək ki, publisist, geneoloq Ənvər Çingizoğlunun apardığı araşdırmalardan məlum olur ki, 1827-ci ildə Mehdiqulu xana bağlı Hacısamlı camaatının Qasımuşağı obası dövlət tərə- findən siyahıya alınıb. Həmin siyahıda yuxarıdakı qeydlər öz əksini tap- mışdır. 11 Laçın yurdu - №3(10), 2013 Alıbəy Heydər oğlunun isə Rəhim, Kərim, Məşədivəli adlı oğlanları ol- muşdur. Dərələyəzli Heydər çox sərt, cəsur, lakin olduqca inadkar və tərs bir adam olmuşdur. Odur ki, müdrik kəlamlar ustadı, el ağsaqqalı, öz ədaləti ilə tanınan, Hacısamlı nahiyəsinin bəyi Əlipaşa bəy Sultanov belə deyənniş: "Atınızı elə sürün ki, Heydərlinin suyuna dəyməsin, yoxsa atınız bədnal olar". Yəni atınız tündləşər, bədiiyə (tərsliyə) durar, nallamağa qoymaz. Ərikli sözünün etimologiyasını bəzi tədqiqatçı alimlər fitotoponim kimi qəbul edərək "çoxlu ərik ağacı olan yer", "ərik bağı", "keçmişdə ərik bağları olmuş Ərikli adlı yer" kimi qəbul edirlər. Bu yerlərdə nə çoxlu ərik ağacı, nə də ərik bağı olmuşdur. Bəzi tədqiqatçılar isə hesab edirlər ki, bu söz etnoto- ponimdir. Əslində Ərikli sözünün etnotoponim olması düzgündür və Ərikli sözü "ər" tayfasının adı ilə bağlıdır, yəni ərlər, ərənlər məskunlaşdığı yer anlamını verir. Kəndin ərazisində Qafqaz Albaniyası dövrünə aid tikinti qalıqları, müx- təlif səpkili, müxtəlif tipli yazılı daş abidələr, Alban qəbiristanlığının qalıq- ları mövcud idi. Kürdhacı kəndi ilə Ərikli kəndinin sərhədində böyük bir Alban məbədi qərar tutmuşdu. Abidənin üzərində çoxlu daş kitabələr yerlə- şirdi. Məbəddən bir az aralıda Alban qəbiristanlığı var idi. Mənəvi sərvətlərimizi min bir yolla oğurlayan mənfur ennəni qon- şularımız Ərikli kəndi ərazisində olan müxtəlif tarixi Alban abidələrini də müxtəlif yollarla, dəyişikliklər aparmaqla özününküləşdirməyə çalışmışdır. Kəndin mədəniyyəti: Hər bölgənin, hər bir kəndin özünəməxsus mədə- niyyəti vardır. Qasımuşağı obasının ərazisində qərar tutan digər kəndlərlə ara məsafəsinin yaxın və əhalinin qohumluq əlaqələrinin olması səbəbindən Ərikli kəndinin də mədəniyyəti və adət-ənənələri həmin kəndlərlə eynilik və oxşarlıq təşkil edir. Kənd əhalisi sayma görə az olsa da, burada mədə- niyyətin müxtəlif sahələri inkişaf etmişdir. Kənd əhalisi heyvandarlıq və əkinçilik sənətinə, həmçinin xalçaçılıq və toxuculuq işləri ilə yanaşı, müx- təlif sənət növlərinə önəm vermişdilər. XX əsrin əvvəllərində sadə əyiricilik və toxuculuq alətləri ilə ip əyrilməsi, xalça toxunulması adət və ənənə halını almışdır. Demək olar ki, ailələrin çox hissəsində toxucu dəzgah (hana və yer hanası) var idi. Onlar hazırladıqları yun və pambıq iplərdən xalça, kilim, pa- laz, fərməş, xurcun, şəddə, yun şal (parça) və digər xalça məmulatları toxu- mağı bacarırdılar. Kənddə toxuculuq sənəti yaxşı inkişaf etmişdi, müxtəlif geyim əşyaları ustalıqla toxunurdu. Qadınlar tərəfindən müxtəlif cür, incə zövqlə, geyimə uyğun şəkildə toxunmuş corablar "Ərikli corabları" adı ilə dillər əzbəri idi. 12 Laçın yurdu - №3(10), 2013 Ərikli kəndi Qarabağ xalçaçılıq məktəbinin xalça məntəqələrindən biri olmuşdur. Burada gözəl Qarabağ xalçaları toxunurdu. Bu günə qədər qoru- nub saxlanan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" (el arasında "Ağqol gəbə" ("Ağqol xalça"), "Tikmə gəbə" ("Tikmə xalça") adlandırılırdı) Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (indiki Kürdhacı kənd inzibati ərazi vahidində) yerləşən Ərikli kəndində də toxunmuşdur. Kənd sakini Güllü Mustafa qızının (Mustafa Rəhim oğlu) toxuduğu xalça və xalça məmulatları xüsusi ilə fərqlənirdi. Burada "Vərni", "Çələbird" "Qarabağ xalçası", "Atlı, itli xalçaları" və digər xalçalar toxunurdu. Bu gün də toxunmuş belə xalçalar kənd əhalisinin şəxsi kolleksiyasında saxlanmaqdadır. Kəndin yerləşdiyi ərazi sıx meşəlik olduğundan burada oduncaqdan yanacaq, tikinti materialı kimi istifadə etməklə yanaşı müxtəlif təsərrüfat alətləri və məişət əşyaları hazırlanmasında istifadə edilirdi. Palıd və vələs ağaclarından xarratlar müxtəlif məişət əşyaları hazırlayırdılar. Qab-qacaq, o cümlədən təknə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, yun darağı (yun da- ramaq üçün), hana (xalça, palaz, kilim və s. xalça məmulatları toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün) və digər belə əşyalar buna misal ola bilər. Kənd əhalisi sovet hakimiyyəti illərində də milli adət-ənənələrə, milli bayramlara xüsusi diqqət yetirərdilər. "Xıdır Nəbi" oyunları, Novruz bay- ramı, eləcə də digər bayram və şənlikləri özlərinə məxsus tərzdə qarşıla- yardılar. Kənddə ən əsas adətlərdən biri - əsasən qış aylarında, uzun gecə- lərin olduğu bir vaxtda evdar xanımlar toplaşaraq tikmə, hörmə və toxuma işlərini "hov" ("hav", iməcilik) edərək kollektiv şəkildə yerinə yetirərdilər. "Hov" ("hav", iməcilik) yığmaq adəti ot biçinində, tikinti işlərində, bir sözlə bütün ağır işlərdə tətbiq edilirdi. Soyuducu olmadığı bir dövrdə kənd əhalisi meyvə-tərəvəzi və kənd tə- sərrüfatı məhsullarını uzun müddət saxlamaq üçün müxtəlif vasitələrdən, o cümlədən quyu və zirzəmilərdən istifadə edirdilər. Bundan əlavə, əhali əv- vəllər yay aylarında bu məqsədlə bulaqların yaxınlığında müxtəlif cür qur- ğular düzəldirdilər. Son dövrlərə qədər yayın isti günlərində ot biçini zamanı qatıq, qarpız, həmçinin digər tez xarab olan ərzaqları soyuq saxlamaq üçün bu vasitələrdən istifadə edilirdi. Kəndin bağ və bostanları arx vasitəsi ilə suvarılırdı. Son illərdə dəmir və plasmas borularla kəndə su çəkilmişdi. Dağlarla əhatə olunmuş mənzərəli Ərikli kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilənədək kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, çörəkbişirmə sexi və mağaza fəaliyyət göstərirdi. 13 Laçın yurdu - №3(10), 2013 Qasımuşa
Lacin Yurdu 10
LacinYurdu10
lacin yurdu-10_djvu.txt
2
ğı obasının digər kəndlərində olduğu kimi Ərikli kəndinin ərazisində öyrənilməyə ehtiyac duyulan bir sıra qədim abidə və kurqanlar mövcud olmuşdur. Kəndin təbiəti: Həyat və insanın bütün təsərrüfat fəaliyyəti müəyyən kon kr et iqlim şəraitindən asılıdır. İqlim resursları insanın yaşaması üçün əsas təbii faktorlardan sayılır. Saf iqlimi, uca dağları, mənzərəli meşələri, əkinə yararlı sahələri, yaxşı iqtisadi-coğrafi mövqeyi olan ərazilərdən birin- də, Qasımuşağı obasının sərhədləri daxilində Ərikli adlı bir kənd salınmış- dır. Kənd Murovdağın cənubunda, orta dağlıq yamaclarda, respublikanın paytaxtı Bakı şəhərindən şose yolla 510 km qərbdə, rayon mərkəzindən şose yolla 60 km şimal-qərbdə, Kiçik Qafqaz sıra dağlarında, Qarabağ yaylasının cənub-qərb yamacında yerləşir. Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 132 km-dir. Şərqdən Şamkənd kəndinin, cənub-şərqdən və cənubdan Kürdhacı kəndinin, qərbdən və şimal-qərbdən Muncuqlu kəndinin, şimaldan Aşağı Qarasaqqal kəndinin ərazisi ilə həmsərhəd olan kənd meşə və axar su kənarında, uca dağlar qoynunda yerləşmişdir. Burada dibi geniş qobular, dərələr, hündür dağlar relyefin əsas formasını təşkil edir. Ərazinin landşaftındakı müxtəliflik, flora və faunanın rəngarəngliyi bu ərazilərdə xüsusi gözəllik yaradır. Kənd ətrafında enliyarpaqlı meşələr geniş sahələri əhatə edir. Meşələ- rində çoxlu cır meyvə və giləmeyvələr, çəmənlərində çoxlu dərman bitkiləri bitir. Kəndin meşələrində meşə əmələ gətirən əsas ağac cinslərindən ən geniş yayılanı palıd və vələsdir. Bu ağaclardan kənd binə olan gündən son zamanlara qədər bütün tikinti işlərində, müxtəlif alət və avadanlıqların dü- zəldilməsində istifadə edilirdi. Ağcaqayın, göyrüş, qarağac, cökə, murdarça, cır meyvələrdən alma, armud, alça, yemişan, qaragilə, əzgil, zoğal, fındıq, həmərsin (itburnu və ya dərgil), zirinc, dovşan alması və s. meyvə ağacları və kolları meşələrin bəzəyidir. Həmişəyaşıl, iynəyarpaqlı, tikanlı ardıc kolları yamacların güney hissəsində daha çox yayılmışdır. Çiyələkli çəmən, yamac və güneylərdə çaşır, baldırğan, kəklikotu, qantəpər, qırxbuğum, qatır- quyruğu, andız, quşəppəyi, kənaf, qazayağı, zəyərək, zirə, gicitkən, əvəlik, çobanyastığı, bağayarpağı, ayıdöşəyi, bat-bat, boymadərən və digər bitkilər çəmən, tala və yamacların hakimidir. Bir çox ağac, kol və bitkilərin əksəriy- yətindən müəyyən xəstəlikləri müalicə etmək üçün istifadə olunmuş, dər- man bitkisi bu yerlərin əhalisinin min dərdinin min bir əlacı olmuşdur. Təbii şəraitin müxtəlifliyi ilə əlaqədar meşələrdə ağac, kol və bitkilər qədər heyvanlar aləmi də çox rəngarəngdir. Meşələrdə ayı, vaşaq, canavar, çaqqal, tülkü, porsuq, gəlincik, cüyür (əlik), çöl donuzu, dovşan, kirpi və digər heyvanlara rast gəlmək olar. Ekoloji tarazlığın təmin olunmasında va- 14 Laçın yurdu - №3(10), 2013 cib rol oynayan quşlardan zığ-zığ, qaratoyuq, ağacdələn, şanapipik, cur-cur, bülbül, bayquş, sərçə, qaranquş, qartal, quzğun, qızılquş, qırğı, çobanalda- dan, bildirçin, alacəhrə, qırmızıdöş, alabaxta, arıquşu, qarğa, alaqarğa, çala- ğan, sar və digər quş növləri meşələrin qanadlı sakinləridir. Kəndin ərazisində hər yerin öz adı var idi. Şəxs adlarına uyğun, coğrafi formasına əsasən, bitki örtüyünə, müxtəlif rəng seçiminə, tutduğu mövqeyə və digər əsaslı səbəblərə əsasən bu adlar babalarımız tərəfindən seçilib adlandırılmışdır. Şanazəryüyürən, Çuxurlar, Araxış, Xaçdaş, Sarıdaş, Göl yeri, Sərt tala (Sərf tələ), Əsədin darı yeri, Göy tap, Qarıqışlağı, Aralıq yur- du, Yaranal, Qoyudqıran, Məşədi Şükürün yurdu, Çınqılın yalı, Qoruq güney, Salmanın dərəsi, Sərt (sərf) güney, Dərviş qaya, Quru göl, Arpa gə- diyi, Oyuğun yalı, Dağın talası, Çaşırlı güney, Köhnə pəyə, Atakişinin biçə- nəyi və digər yer adları məhz bu cür yaranmışdır. Həkəriçayın bir qolu olan Muncuqlu çayı (el arasında bəzən Qozlu çay kimi adlandırılır) Ərikli kəndinin qərb tərəfindən kənd ərazisinə daxil olur. Ərikli kəndinin qərb sərhədlərini Muncuqlu kəndinin sərhədlərindən ayıran Muncuqlu çayı kənd ərazisinin cənub-qərb tərəfindən Kürdhacı və Muncuq- lu kəndlərinin ərazisini bir-birindən ayıran sərhəd boyu, Şəlvə çayına doğru öz yoluna davam edir. Öz mənbəyini kəndin ərazisindəki yüksəkliklərdən başlayan bulaqlar Muncuqlu çayının yatağına qoşulur. İqlim şəraitindən asılı olaraq çay və bulaq sularının həcmi fəsillər üzrə artıb-azalır. Bəzi axar sular yazın axırları və yay aylarında tamam qurusa da, yağıntının miqdarından asılı olaraq yaz və payız fəsillərində öz ərazisini tam bərpa edir. Zirvəsi daima dumanlı, ağ örpəkli uca dağları, qışda ağappaq, yayda yamyaşıl yorğana bürünmüş meşələri, göz yaşı qədər dumduru suyu olan çayları bulaqlarsız təsəvvür etmək ən böyük günah olardı. Burada fəsillər- dən asılı olmayaraq üstü qonaq-qaralı bulaqların hər birinin öz adı, dadı, soyuqluğu və mənzərəsi, şəffaf və saf suyu könül oxşayır. Üçbulaq, Qızıl- bulaq, Xaçınbulağı və bu kimi bir çox çeşmələr göz oxşayır. Hələ çox-çox əvvəllər, soyuducu olmadığı bir dövrdə əhali bulaqlardan soyuducu kimi istifadə edirdi. Hətta günlərlə qalan məhsul öz keyfiyyətini, təravətini olduğu kimi saxlayırdı. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bütün amillərə öz təsirini gös- tərirdi. Burada iqlim yayda sərin, qışda isə soyuq olur. Orta illik temperatur 1°C ilə 8°C arasında dəyişir. Yağıntının illik miqdarı 700-800 mm-ə qədər olur. Camaatın ictimai həyatı: Kənd əhalisi milliyyətcə azərbaycanlılardan ibarətdir. Kənddə yaşayan əhali bir neçə tayfa və tirədən ibarətdir: Heydərli 15 Laçın yurdu - №3(10), 2013 tayfası (tirələri: Bağıruşağı və Alıbəyuşağı), İbrahimuşağı tayfası, Əh- məduşağı tayfası. 2010-cu il dekabr ayına olan məlumata əsasən, kənd əhalisinin sayı 810 nəfərdir (178 ailə). Ərikli kənd sakini, XIX yüzilliyin ortalarında yaşamış Mirzalıməmməd İmamverdi oğlu dövrünün savadlı insanlarından biri olmuşdur. Hər hansı bir kəndin ziyalısı haqqında danışanda ilk növbədə həmin kəndin məktəbi haq- qında danışmaq lazım gəlir. Ərikli kəndinin ziyalıları, başbilən ağsaqqalları kəndin iqtisadiyyatı ilə yanaşı elmə, təhsilə diqqət yetirmişdilər. Ərikli kəndində ilk dəfə 1930-cu ildə ibtidai məktəb açılmışdır. 1965-1966-cı təd- ris ilində kənd sakinlərinin təşəbbüsü ilə tikilmiş binada Ərikli kənd sək- kizillik natamam orta məktəbi fəaliyyətə başladı. Sovet dönəmində kənddə ilk ali təhsil almış ziyalı Paşa müəllim (İsgən- dərov Paşa Əvəz oğlu) Ərikli kəndində təhsilə olan diqqəti daha da artırdı. Məktəbə direktor təyin edildikdən sonra maarifləndirməni inkişaf etdirmiş, məktəb tipinin dəyişdirilməsi işində böyük əməyi olmuşdur. 1980-198 1-ci tədris ilində Ərikli kənd məktəbində yeni siniflərin açılması nəticəsində VIII sinfi bitirən şagirdlər artıq Kürdhacı kənd ümumtəhsil orta məktəbində de- yil, Ərikli kənd ümumtəhsil orta məktəbində təhsillərini davam etdinnəyə başladılar. Onun faydalı əməyinin təzahür formasıdır ki, bu günə qədər mövcud test üsulu ilə tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstənniş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 5 nəfər Ərikli kəndinin gənc sakini Prezident təqaüdünə layiq görülmüşdür. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adma Ədəbiyyat İnstitu- tunun dissertantı, tanınmış filoloq, tədqiqatçı-alim Əli Umud oğlu Əliyev bu kənddə anadan olmuşdur. Keçən əsrin 70-ci illərində öz şeirləri ilə Azərbaycan ədəbiyyatına gəl- miş, Adil Şirin təxəllüsü ilə tanınan şair Şirinov Adil Hümbət oğlu 1955-ci ildə Ərikli kəndində anadan olub. Kommunistlərin fitvası ilə kollektivləşmə zamanı aparılan repressiya zamanı Ərikli kənd sakinləri müxtəlif çətinliklərlə üzləşdi. 1886-cı ildə anadan olmuş Məhəmmədov Sevindik İsgəndər oğlu 14 yanvar 1938-ci ildə günahsız olduğu halda 52 yaşında güllələnmişdir. Digər kənd sakinləri Miriyev (İmanov) Abduləzim Həşim oğlu, Mehralıyev Bəylər Niftalı oğlu da bu qanlı-qadalı illərin qurbanları oldular. Ərikli kəndinin sakinləri təkcə elm, sənət yolunda deyil, eyni zamanda bir vətənpərvər kimi hər zaman öndə olmuşlar. Müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə - II Dünya Müharibəsi zamanı müharibə işti- 16 Laçın yurdu - №3(10), 2013 rakçısı olmuş kənd sakinlərindən: Abdullayev Əhəd Hidayət oğlu, Abdul- layev Millət Hidayət oğlu, Rəhimov Cümşüd Alıbəy oğlu, Rəhimov Ah Alı- bəy oğlu, Rəhimov Əmir Alıbəy oğlu, Məmmədov Məhəmməd İsgəndər oğlu, Məmmədov Məmməd İsgəndər oğlu, Mustafayev Mustafa Hüseyn oğlu, Mustafayev Rəşid Hüseyn oğlu, Mustafayev Məhəmməd Hüseyn oğlu, Abdullayev Abdulla Abdulkərim oğlu, Heydərov Behbud Nəsib oğlu, Miriyev Vəli Aslan oğlu, İlyasov Qiyas Ağamalı oğlu, Mehralıyev Ab- duləzim Mehralı oğlu, Miriyev Miralı Qasım oğlu, Şükürov Teymur Abbas oğlu, Şirinov Məhəmməd Aslan oğlu, Baxşalıyev Əli Həsən oğlu, Alışanov Həbib İsa oğlu, İsmayılov Ədil Şirin oğlu, Səmədov Ələsgər Mahmud oğlu, Şirinov Xosrov Abdulkərim oğlu müharibəyə yollanmış və bir daha geri dönməmişlər. Sovet dövləti faşizm üzərində qələbə qazandı. Ərikli kəndinin əhalisi bu müharibə zamanı böyük itkilərlə üzləşdi və kənddən müharibəyə gedən igid oğullarından böyük əksəriyyəti geri qayıtmadı. Onlar Vətən uğrunda öz canından belə keçməklə öz hərbi borclarını yerinə yetirmişlər. Müharibə başlayan gündən son günlərinədək kənddə uşaqlı-böyüklü hər kəs vəziyyətin ağır olmasına baxmayaraq arxa cəbhədə əzmlə çalışır, qələ- bənin təmin olunması üçün əlindən gələni edirdi. Doğrudur, müharibə sovet xalqının qələbəsi ilə sona çatdı. Kədər və qüssə dolu müharibə illəri arxada qaldı, ancaq əzab və işgəncələr sona yetmədi. Müharibənin ağrı-acısını dad- mış, məşəqqətlərə tab gətirmiş, üç oğul itinniş, ailədə ata soyadını daşıyacaq başıpapaqlısı olmayan ana Məmmədova Hürü Abdulla qızı axirət dünyasına oğulsuz, qohum-əqraba çiynində yola salındı. İkinci Dünya Müharibəsində faşizm üzərində tarixi qələbənin əldə edil- məsində şərəfli döyüş yolu keçmiş digər kənd sakinlər
Lacin Yurdu 10
LacinYurdu10
lacin yurdu-10_djvu.txt
3
i Məmmədov Mürşüd Abdulla oğlu, Abdullayev Mürvət Abdulkərim oğlu, Abdullayev İsmayıl Abdulkərim oğlu, Heydərov Məhəmmədəli Həmid oğlu, Heydərov Musa Həmid oğlu, Heydərov Behbud Nəsib oğlu, Heydərov Misir Nəsib oğlu, Miriyev Alməmməd Rza oğlu, Miriyev Abbas Rza oğlu, Abdullayev Fərman Abbas oğlu, Həşimov Qarakişi Abduləzim oğlu, Həşimov Məhəmməd Ab- duləzim oğlu, Abdullayev Əli Abbas oğlu, Novruzov Ah Niftalı oğlu, Nov- ruzov Sözalı Möhbalı oğlu, Məmmədov İsmayıl Abdulla oğlu, Zamanov Yunus Mehdi oğlu, Miriyev Əşrəf Qasım oğlu, İsgəndərov Lətif Sevindik oğlu, Məmmədov Qara Sevindik oğlu və digərləri bu müharibənin iştirakçısı olmuş, müxtəlif dərəcədə yaralanmış, xəsarət almış və ya əlil olmuşlar. Babaların döyüş yolunu davam etdirən, Qarabağ müharibəsi zamanı igid, qorxmaz, cəsur kənd sakinlərindən Çingiz Allahverdi oğlu Şükürov (1973-1994), Ərşad Qara oğlu Sevindikov (1935-1992), Əzizə Alış qızı Hü- seynova (1934-1992), Fazil Ayaz oğlu Abdullayev (1958-1992), Güldəstə 17 Laçın yurdu - №3(10), 2013 Qiyas qızı Ağamalıyeva (1940-1992), Hüseyn İsmayıl oğlu Hüseynov (1934-1992), Xoşbəxt Hüseyn qızı Hüseynova (1963-1992), Məcnun Zaman oğlu Zamanov (1967-1992), Nəsibə Hüseyn qızı Hüseynova (1980-1992), Səadət Şahin qızı Abbasova (1980-1992), Sədaqət Kamran qızı Abbasova (1961-1992), Süsən Hüseyn qızı Hüseynova (1971-1992), Şahin Əli oğlu Abbasov (1951-1992), Vahid Qara oğlu Sevindikov (1934-1991), Yaşar Vahid oğlu Sevindikov (1970-1992), Zöhrab Hüseyn oğlu Hüseynov (1973- 1992) şəhidlik zirvəsini fəth etmişlər. Biz inanırıq ki, onların qanı heç vaxt yerdə qalmayacaqdır! Əhalinin məşğuliyyəti: Ərikli kəndi və orada yaşayan əhalinin məşğu- liyyəti, güzəranı vaxt və dövrdən asılı olaraq müxtəlif cür dəyişmişdir. Bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi (kənd ərazisinin dağ-meşə landşaftı zonasında yerləşməsi) olduğundan əhalinin əsas məş- ğuliyyəti ilkin dövrdən heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq əvvəlcədən güclü inkişaf edərək əsas aparıcı sahələrdən birinə çevrilmişdir. Əkinə yararlı sahələrin az olması səbəbindən əkinçilik zəif inkişaf et- mişdir. Sovet hakimiyyəti qurulduqdan sonra kolxozlaşma və sovxozlaşma prosesinin başlanması ilə əlaqədar Kürdhacı kəndinin əkinə yararlı torpaq sahələrinin müəyyən hissəsi (Araxış, Çuxurlar və Düzlər adlanan sahənin müəyyən bir hissəsi) Ərikli kəndinə verildi. Bununla da kənddə əkinçiliyin inkişafı daha da sürətləndi. İlin isti dövründə 500-600 mm-ə qədər yağıntı düşməsi və onun da 60-70 faizinin yazda və yayın əvvəllərində yağması dəmyə əkinçiliyi inkişaf etdinnəyə imkan verirdi. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir, pərinc, darı, çovdar və başqa dənli bitkilər becəril- mişdir. Təbii ot biçənəkləri burada heyvandarlığın inkişafı üçün əvəzedil- məzdir. Heyvandarlıqla məşğul olan əhalinin bir hissəsi yaz gələr-gəlməz Qırxqız yaylağına köç edərdi. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazır- lanır, müxtəlif məqsədlər (qida, dənnan və texniki) üçün istifadə edilirdi. Ənənəvi məşğuliyyətləri maldarlıq olan əhali digər sənətkarlıq növləri ilə də məşğul olurdu. Əkinçilik, dülgərlik, dəmirçilik, bənnalıq, rəngsazlıq, toxucu- luq və digər sahələrdə çalışırdılar. Bunlardan toxuculuq çox yaxşı inkişaf et- mişdir ki, bu da qoyunçuluğun inkişafı ilə əlaqədardır. Yerli qoyun növləri- nin yununun xüsusiyyətlərinə uyğun xalçalar və xalça məmulatları toxunur- du. Kənddə az da olsa ovçuluqla məşğul olanlar var idi. 1940-cı illərin sonu, 1950-ci illərin əvvəlində Azərbaycan Taxta Emalı Sənayesi Laçın Meşə Tə- sərrüfatı İdarəsinin nəznindəki Hacısamlı Taxta Emalı Zavodu fəaliyyətə başladıqdan sonra taxta-şalban istehsalı da inkişaf etdirilmişdir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra yanacaq və 18 Laçın yurdu - №3(10), 2013 tikinti materialına, eyni zamanda mebel istehsalı üçün yararlı ağaclar qırıla- raq Ermənistana daşınır və oradan da müxtəlif yollarla digər ölkələrə satılır. 1992-ci ilin may ayının 18-i günü Laçın şəhərinin Ermənistan Respub- likası Silahlı Qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədar bütün kom- munikasiya xətlərinin kəsilməsinə baxmayaraq Ərikli kəndi 29 may 1992-ci il tarixə qədər müdafiə olunmuşdur. İşğal zamanı ətraf kəndlərdə olduğu ki- mi Əriklidə olan yaşayış evlərinin əksəriyyəti yandırıldı. Bir müddət sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilən Ərikli kəndində yaşayış yenidən bərpa edilmişdir. Kənddə Ərikli qərargahı yaradılmışdır. Kəlbəcər rayonunun ərazisindən yeni kommunikasiya xətləri çəkilmişdir. Yaradılmış rabitə şöbəsi vasitəsi ilə ətraf kəndlərlə əlaqə yaradılırdı. Kəl- bəcər rayonunun ərazisindən keçməklə Ərikli - Bakı marşrutu ilə işləyən avtobus xətti işə salınmışdır. 1992-ci ilin payızında Ərikli kənd orta məktəbi öz fəaliyyətini yenidən bərpa etdi. Quraşdırılmış yeni transformator Ərikli kəndi də daxil olmaqla ətraf kəndləri də işıqlandırırdı. Ancaq bütün bunlar uzun sürmədi. 2-3 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından sonra mühasirədə qalan kənd sakinləri məcburən kəndi tərk etdilər. Bu kənddən olan məcburi köç- künlər indi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Erməni tapdağı altında qalmış Ərikli kəndinin zəhmətkeş əhalisi Qara- bağ müharibəsi başlandıqdan sonra bir daha pərən-pərən düşmüş, Vətən həsrəti ilə qərib ellərdə məcburi köçkünlük həyatı yaşayırlar. Bir çox qəlbi kövrək insanlar bu dərdə dözməyib dünyasını dəyişmişlər. Kənd sakinləri bu gün ancaq xeyir-şər mərasimlərində bir-biri ilə görü- şür, dərdləşir. Elə bu səbəbdən də kəndin qədim adət-ənənələri, mədəniy- yəti, davranışları və digər özünəməxsus xüsusiyyətləri itib-batmaq, unudul- maq üzrədir. Çox təəssüf...! Kaş ennəni əsirliyində girov qalan, hər bir sakini üçün qəribsəyib darı- xan Ərikli kəndinin şən, hay-küylü, son dərəcə rəngarəng keçmiş günləri yenidən geriyə qaytarılaydı. Və sonda mən inanıram ki, o gün gələcək, iş- ğal altındakı bütün ərazilərimiz düşmən tapdağın- dan azad ediləcək, biz o yerlərə bir daha geri dönə- cəyik! Sultan HÜMBƏTOV 19 Laçın yurdu - №3(10), 2013 POEZİYA PƏNAH MİKAYILOV Pənah Abduləli oğlu Mikayılov 10 may 1 935- ci ildə Laçın rayonunun Qoşasu kəndində müəllim ailəsində anadan olmuşdur. 1953-cü ildə Laçın Pedaqoji Texnikumuna daxil olmuş və oranı 1955- ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Kəlbəcər rayonunun Kilsə kənd ibtidai mək- təbində müəllim kimi fəaliyyətə başlamışdır. Son- ra müəllimlik fəaliyyətini Laçın rayonunun Daşlı, Vəlibəyli, Narışlar və Qoşasu kənd məktəblərində davam etdirmişdir. Pənah Mikayılov 1966-ci ildə S. M. Kirov adma Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş, 1972-ci ildə həmin universitetin filologiya fakültəsini müvəffəqiy- yətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “Aşıq Şəmşirin həyat və yaradıcılığı” mövzusu üzərində işləmiş, lakin müxtəlif problemlər üzündən dissertasiya işini müdafiə edə bilməmişdir. Pənah Mikayılovun şeirləri müxtəlif qəzet və jurnallarda dərc edilmiş- dir. Laçının işğalından sonra Sumqayıtda məskunlaşmış, pedaqoji fəaliy- yətini Laçın rayon 5 saylı orta məktəbində davam etdirmişdir. 45 illik səmə- rəli pedaqoji əmək fəaliyyəti olan Pənah Mikayılov müxtəlif “Fəxri Fər- man”larla, Respublikanın “Qabaqcıl maarif xadimi” fəxri adı ilə təltif edil- mişdir. Yüksək pedaqoji ustalığa malik olan Pənah müəllim 1994-cü ildə Azərbaycan Respulikası Təhsil Nazirliyinin Komissyasının qərarı ilə “Ali kateqoriyalı müəllim” adma layiq görülmüşdür. Bütün qaçqın ziyalılar kimi Pənah müəllimin də həyatında qaçqınlıq dövrü silinməz qara izlər burax- mışdır. Vətən həsrəti, torpaq nisgili, yurd möhnəti nəcib duyğular sahibi Pə- nah müəllimin kövrək şair qəlbini şam kimi damla-damla əritdi. O, 1998-ci ilin mayında Sumqayıt şəhərində əbədiyyətə qovuşdu. Şarin “Vətən həsrətli ömür” adlı kitabı ölümündən bir bir il sonra, 1999-cu ildə “Sumqayıt” nəş- riyyatında çapdan çıxıb. 20 Laçın yurdu - №3(10), 2013 GƏLMİŞƏM Doğma kəndimizdən ayrdan zaman, Bağrımın başını oyub gəlmişəm. Babamın, nənəmin ulu məzarın Sahibsiz, kimsəsiz qoyub gəlmişəm. Qəlbimdə qəmi var hər ötən günün, Həsrətin çəkirəm dumanın-çənin. Gələndə Ərgahın, Qabaqtəpənin Bir ovuc torpağın yeyib gəlmişəm. Dağlara tapşırıb güc-qüvvətimi, Yazdım zirvələrə qəm möhnətimi. İçib bulaqlardan son qismətimi, Zildən bir bayatı deyib gəlmişəm. O tərlan bəxtimiz düşəndə tora, Namus da, qeyrət də gəlmədi kara. Viranə qapımda o xan çinara Vəsiyyət sözümü deyib gəlmişəm. Varımız, mülkümüz yağıya çatdı, Bəxtəvər ömrümüz Laçınla bitdi. Görəndə ömürlük Qoşasu getdi, Cüt əlli başıma döyüb gəlmişəm. Bağçamda gülləri qoxdum, doymadım, Qarışıb sellərə axdım, doymadım. Qırxqız cilvələndi, baxdım doymadım, Pənah, kim deyir ki doyub gəlmişəm?! VAR Qurşanma insafsız zalım vərdişə, Öyünmə, nəzər sal çərxi-gərdişə. Ömür dedikləri bir büllur şüşə, Onun daşa dəyib sınmağı da var. Lağ etmə təpəyə çıxanda dağa, Lovğalar zirvədən enər aşağa. Çox da bel bağlama yanar çırağa, Qəfildən qaralıb sönməyi də var. Hörmət qoymalıdı insana insan, Dəyib könüllərə etmə pərişan. Bəxtin gətirəndə eyləmə tüğyan, Talenin üzünün dönməyi də var. Mərifət bazarda deyil ki satın, Namərd al-ver ilə ucalda zatın. Pənah, kim tapdasa haqqın baratın, Elin qarşısında dinməyi də var... Laçın, 1 985-ci il 21 Laçın yurdu - №3(10), 2013 QARABAĞ QAZİLƏRİ VƏTƏNİN DAR GÜNÜNDƏ Adətən Vətən dar günlərində igid və mərd oğullarına güvənir. Buna gö- rə də el deyimində “oğul düşmən çəpəridir” demişlər. Tarixlərdən üzü bəri Azərbaycanın say-seçmə igid ərənləri düşmənlərimizin bağrını dəlmiş, yu- xularına haram qatmışlar. Öz sərkərdəlik, döyüşçülük bacarıq və qabiliy- yətləri ilə həmişə hər yerdə seçilib fərqlənmişlər. Belə fərqlənmələrdə ha- radasa irs
Lacin Yurdu 10
LacinYurdu10
lacin yurdu-10_djvu.txt
4
i və genetik xüsusiyyətlər də özünü göstərir. Belə bir genetik xüsusiyyəti özündə yaşadan, Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı uğrunda döyüşmüş, sağlamlığını itirmiş şəxs- lərdən biri də Salahov İlhami Hüseyn oğludur. İlhami Laçın rayonunun Şəl- və kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Tale, qismət elə gətir- mişdir ki, İlhaminin babası, Şəlvə dərəsində mərdliyi, igidliyi, səxavəti ilə sayılıb-seçilən Qələndər oğlu Kərim də öz dövründə erməni azğınları ilə döyüşlərdə igidliklər göstərmişdir. Həm kəşfiyyatçı, həm də döyüşçü kimi Qələndər oğlu Kərimin erməni-müsəlman savaşında - “Zabux əməliyyatı” və “Keçəldağ” döyüşlərində xüsusi şücaətləri olmuşdur. Bəli, bu tarixi yolun davamçısı olan İlhami də öz şücaətini torpaqları- mız uğrunda gedən döyüşlərdə ermənilərə kifayət qədər göstərmişdir. 1992- 22 Laçın yurdu - №3(10), 2013 ci ildə Vətənin ağır günlərində istehsalatda işini dayandırıb torpağın müda- fiəsinə - döyüşə yollanmışdır. Füzuli, Beyləqan və Cəbrayıl bölgələrində ağır döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. Vətənin hər qarış torpağı döyüşçülərin ölüm-dirim məsələsi idi. Gərgin döyüşlərin birində başından güllə yarası aldı. Ölümlə pəncələşən İlhaminin baş sümüyündə ilişib qalmış mərminin çıxarılması oradakı tibbi şəraitin imkanı xarincində olduğu üçün təcili Bakı şəhərinə gətirildi. Burada ağır əməliyyat olundu. O vaxt “Se- maşko” xəstəxanasında çalışan həkimlərimizin peşəkarlığı və əzmkarlığı nəticəsində İlhami həyata qaytarıldı. Sağ olsun bizim həkimlərimiz də. Əs- gərlərimiz cəbhədə döyüşdükləri kimi həkimlər də öz “cəbhələrində” döyüş- çülərdən geri qalmayaraq şücaətlər göstərirdilər. O vaxtlar hər kəs öz cəb- həsinin əsgəri idi. Mən xəstəxanaya dayım İlhamiyə baş çəkməyə gedəndə onu tanınmaz bir vəziyyətdə gördüm. Dayım saç-saqqalın içində idi. Sanki bu müharibənin odu-alovu onu yandırıb qovurmuşdu. Əllərinə baxdım, sağ əli normal idi, o biri əlinin içərisi isə yanaraq qaysaq bağlamışdı. Həmin əlinin barmaqlarını bir yerə qatlaya bilmirdi. Bir müddət sağlığı bərpa olan- dan sonra mənə məlum oldu ki, bu döyüşlərdə işlətdiyi silahın qaz borusun- dakı alt hissənin qızmasından olan fəsaddır. Belə ki, ağır və iriçaplı olma- sına görə bu silahın atan zaman yerə qoyub dirəcək kimi istifadəsi üçün çar- paz iki ayağı vardır. Gərgin və dəyişkən döyüşlərdə silahın bu dayaqların- dan istifadənin mümkün olmadığı üçün İlhami daima sol əlinin içərisində tutub atırmış. İlhaminin özü isə bu vəziyyətin həmişə təkrarlandığını xatırla- yaraq “mən sol əlimi artıq hiss etmirdim, ondan kötük kimi istifadə edir- dim” - deyirdi. Yaraları tam sağalmamış yenidən ön cəbhəyə-döyüşə yollanan İlhami Salahov atəşkəs sazişi (8 may 1994) bağlanana qədər Vətənin müdafiəsi üçün döyüşdü. Bəli, Qarabağ müharibəsi İlhaminin sağlıq durumunda fəsadlar dolu bir iz qoydu. Bu qaysaqlar və yaralar qismən də olsa müalicə olundu. Ancaq onun daxilində və xatirələrində olan qaysaqları o, indi də özü ilə yaşadır. Biz İlhami dayımızla daima fəxr edirik. Mən bu yazıda Qarabağ mü- haribəsində İlhaminin keçdiyi döyüş yolunun ancaq bir səhifəsini qeyd et- dim. Onun vətənpərvərliyi və yaşadığı həyat yolu bu gün də bizlər üçün nü- munə və örnək ola biləcək bir məktəbdir. Xalid BAHADUROĞLU 23 Laçın yurdu - №3(10), 2013 NƏSR PELE ÖKÜZÜN ƏHVALATI Bu əhvalatı ruhlarına rəhmət atamın bacısı Abidə qarı (Əsl adı Ta- maşa olsa da, hamı onu Abidə çağırıb) danışıb. Yazıda həm də babam - Hərbi Yurıkerlər Məktəbinin məzunu kapitan Abdulla Mirzə oğlu Nəbi- yevirı əziz xatirəsinə dərin hörmətimi bildirirəm. Onu da deyim ki, bu əh- valat XX əsrin 20-ci illərində doğma kəndim Mişnidə baş verib. Balaca Abidə taleyin ona verdiyi acı günlərini yaşayırdı. Anasını yenicə itirmiş bu qızcığaz hələ yetimliyin nə olduğunu dərk edə bilmirdi. Onun hələ ki, təsəllisi atasının başına tumar çəkərək danışdığı nağıllar, nənəsinin “can bala!” deyərək göstərdiyi nəvazişlər idi. Dünyadan xəbərsiz olan bu qızcığaz arıq vücudu ilə dövrün aclıq və səfalətlə dolu astanasında idi. Hərb- çi atasının işi və ziyalılığı onun həyatı üçün təminat idi. Lakin atasının işi ilə əlaqədar aylarla evdən ayrılması Abidə üçün çox darıxdırıcı olurdu. Yaşadıqları kiçik ev balaca Abidə üçün böyük bir dünya idi. Hər dəfə atası doğma Mişni kəndindən ayrılıb hərb evinə dönəndə, Abidə nənəsinin evində qalmalı olar və evləri üçün çox qəribsəyərdi. Çox darıxanda qaçıb babasının düzəltdiyi samanla dolu axurda üzüqoylu uzanar, doyunca ağlayar və elə oradaca şirin yuxulara dalardı. Bu zaman saman çöpləri onun günlərlə daranmayan saçlarına dolaşar, hər dəfə də nənəsi deyinə-deyinə saman çöplərini artlayardı. Abidənin başında yalnız bir fikir dolaşardı - atası tez qayıtsın, macəralar- la dolu nağıllarını danışsın, bu nağıllardakı qəhrəmanların xəyalları ilə çox- larının həsəd apardıqları o şirin yuxuları yatsın. Beləcə günlər ötüb keçirdi... Bir gün kəndə xəbər yayıldı ki, qonşu kəndlərin birində dünyasını də- yişmiş bir kişi dəfn olunub, ancaq səhəri gün yaxınları qəbir üstünə gedəndə görüblər ki, qəbir bomboşdur. Bu xəbər kəndə yayılar- yayılmaz hamı qorxu içində kəndin xırmanına yığıldı. Uşaqlar qorxudan titrəyir, arvadlar həyəcan və təlaşla pıçıldaşır, kişilər isə bu işin necə baş verdiyi barədə əlli fikir yürüdürdülər. Axırı belə qərara gəldilər ki, yəqin kişi xortdayıb qaçıb. Be- ləcə hər kəs birinin üstünə beşini də qoyub neçə cür şayiələr yaydılar. Elə bu vaxt, axşam düşəndə balaca Abidənin atası Abdulla hərbi geyim- də kəndə çatdı. Bu əhvalatı da kəndin girəcəyində eşitdi. Danışılan şayiələrə yalnız gülümsəyib başını buladı və evinə yollandı. Hamıdan çox sevinən balaca Abidə oldu. Bu əhvalatı eşidəndən sonra nənəsinin yanında çox qor- xurdu. Atasının gəlişi isə bunları ona unutdurdu. Axı atası yanında olanda o, heç nədən qorxmurdu. Əksinə, istəyirdi ki, atası nağıllarını tez başlasın. 24 Laçın yurdu - №3(10), 2013 Atası yorğunluğuna baxmayaraq, az da olsa nağıl söylədi və qızının yuxuya getməsinə baxıb kövrəldi. Elə ki, gecə yarı oldu, birdən qapının asta-asta döyülməsi Abdullanı oyatdı. Qapını açdıqda qonşu kişilərdən birini qapıda təlaş içində gördü. Qonşu həyəcanla dedi: - Avdılla qaqa, Avdılla qaqa, bə yatmısan? Ə, bə dünyadan xəbərin yoxdu? Abdulla təmkinlə cavab verdi: - A kişi, nə xəbərdi belə? Qonşu: - Ə, mürgüdən təzə yuxuya getmişdim ki, baxdım dəhlizdən hənirti gəlir. Durub nə görsəm yaxşıdır? Gördüm ki, “xortdamış kişi” gəlib çıxıb bizim evə, başını salıb dəhlizdə arpa yığdığımız kəndidə arpa yeyir. Yol ta- pıb çıxa bilmədim. Hananın böyür ağaclarını bacaya söykəyib birtəhər baca- dan çıxa bildim. Özü də kişinin buynuzu və quyruğu da var, yaman da bəd- heybətdi. Öküz kimi kişidi. Hamıya xəbər verdim, hər kəs ordadı. Abdulla: - Əşi, ağ eləmə, bu boyda zarafat olar? Lakin qonşu kişinin incik sifətini çıraq işığında görər-görməz Abdulla hər ehtimala görə xəncərini də götürüb evdən çıxdı. Hamı “xortdamış kişi”nin girdiyi evin qabağına yığışmışdı. Heç kim cü- rət edib yaxınlaşa bilmirdi. Abdulla dəhlizin yuxarı başına keçdi, baxdıqda qaranlıqda bir öküzün başını kəndiyə saldığını gördü. Bildi ki, öküz kəndidə taxıldan, dəndən tapıb yeyir. Ağlına gəldi ki, bu, Pele öküzün işi olacaq. Əlin- dəki ağacla öküzün belinə bir-iki dəfə çəkib öküzü çıxartmaq istədi. Dəhliz dar, öküz də ki, maşallah, taxıldan, dəndən yeyib daha da ağırlaşmış, daha da harınlamış. Heyvanı ancaq ehtiyatla çıxartmaq lazım idi ki, hürküb aləmi bir- birinə qatmasın. Abdulla nə qədər çalışdısa da qapıda duranların heç biri qorxusundan köməyə gəlmədi. Axır ki, Abdulla birtəhər öküzü bayıra çıxara bildi. Öküz öküz kimi olsa da, qorxudan bilmədi hara təzib getsin. Sizə kimdən deyim - qapıda intizarla gözləyən kənd əhlindən: ürəyi ge- dən kim, vay-şivən qoparan kim, əlinə dəmir götürüb döyəcləyən kim. Aləm qarışmışdı bir-birinə. Abdulla nə qədər çalışdısa da camaatı inandıra bilmədi ki, bu bir adi öküzdür. Gördü ki, səhərə az qalıb, yadına düşdü ki, balaca qızı Abidə indi bəlkə də qorxu içində hələ də yatmayıb. Evə döndü. Balaca Abidənin qorxudan hələ də titrədiyini görüb onu nənəsinin qucağından aldı və sakitləşdirdi. Ata-bala birl ik də yuxuya daldılar. Səhər erkən yenə hay-küy, yenə qonşunun təlaşlı səsi ata-balanı yu- xudan oyatdı. 25 Laçın yurdu - №3(10), 2013 -Avdılla, ay Avdılla, çıx çölə görək! Deyillər, “xortdamış kişi” dərədə can verir, özü də elə öküz dərisində. Ə, qılıncdan, tüfəngdən də götür. Abdulla “Allah, mənə səbir ver!” deyib qılıncını götürdü, dərəyə endi. Təxmin etdiyi kimi idi. Oğurluqda məşhur olan, camaatın taxıl-dəninə, ot tayalarına qənim kəsilən, elə bu oğurluqların birində də buynuzunun birini bada verən, bununla da buynuzuna pəl qoyaraq el arasında “Pele” adma sahib çıxan Pele öküzüdü can verən. Arpa və buğdadan yeyib o ki var sudan içən öküz el arasında desək, “partlamaya” düşmüşdü. Abdulla gördü ki, öküz haram olacaq, tez xəncərini çıxarıb Pele öküzün başına çəkdi. Pele öküz oğurluğunun güdazına getdi. Elə bu vaxt öküzün sahibi gəlib çıxdı. Vay-şivən qopardı ki, bəs bu gecə Pele öküz Kəvşəndə yer şumlayarkən cütü qırıb qaçıb. Ancaq camaatdan “əhvalat”ı eşitdikdə ha- mı kimi o da inandı ki, “xortdamış kişi”nin ruhu öküzün canına keçib . Pele öküzü soyub ətini paylaşmaq lazım idi. Ancaq heç kim yaxın gəlib öküzü soymaqda Abdullaya kömək etmədi. Öküzün canına ruhun keçməsinə artıq hamı inanmışdı. İnanmayan bir Abdulla idi, bir də kəndin bir-iki ziyalısı. Camaat “xortdamış kişi”nin ruhundan uzaq olan adi bir öküzün əti- nin heç yaxınına da gələ bilmədilər. İnandırmağın mənasız olduğunu gör- dükdə, Abdulla camaatı inandırmaq fikrindən vaz keçdi. Xəncəri çıxarıb öküzün bir hissəsini soyub ətinin yaxşı yerindən kəsib çıxardı və evə gətirib ocaq qaladı. Şişləri hazırlayıb kababdan çəkdi. Qaynanası yeməsə də balaca Abidə ilə kababı dişlərinə çəkib ləzzətlə yedilər. O boyda Pele öküzün
Lacin Yurdu 10
LacinYurdu10
lacin yurdu-10_djvu.txt
5
ətinin qalanı dərədə qurd-quşa yem oldu. Bu əhvalatın xofundan çıxmayan kənd əhli isə bir müddət səksəkə içində yaşadı. Soruşacaqsınız ki, “xortdamış kişi” əhvalatı nə idi? Yadınızda saxlayın! Bu dünyada iki sevda çəkənlərin cəzası çox ağır olur. Ailə quranda ehtiyatlı olun ki, ikinci arvada sahib olub cəzanızı o dünyada da çəkməyəsiz, ar- vadların davası məzarınızı qazdırar da, hələ başqa yerə köçürər də, heç kimin xəbəri olmaz da. Bu da Pele öküzün əhvalatı. Qonşu kənddəki “xortdamış kişi”nin vaxtı ilə iki sevda çəkməsinin düşmənçiliyi Pele öküzün başında çatladı, Pele öküzə bir “pəl” də belə qoyuldu. Venera MİRZƏ YEVA, Laçın rayon 7 saylı tanı orta məktəbin riyaziyyat və informatika müəllimi 26 Laçın yurdu - №3(10), 2013 AŞIQ ADİL CƏFAKEŞ Aşıq Adil Cəfakeşi mən ilk dəfə radio veriliş- lərindən tanımışam. Səhv etmirəmsə, onun haq- qında ilk verilişi Elxan Məmmədlinin “Sarıtef’in- də eşitmişəm. Elə o vaxtdan da bu aşığın sazına- sözünə vurulmuşam. Təsadüfən bir dəfə Azərbay- can Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində radio binasının qabağında Adil Cəfakeşlə rastlaşdım. Qısa söhbətdən sonra mən onu “Divani” saz-söz məclisi” verilişinə dəvət etdim. Onun ifa etdiyi qədim saz havaları, xoş söh- bəti dinləyiciləri heyran etdiyindən mən aşıqla daha bir neçə veriliş aparmalı oldum. Beləcə aramızda dostluq əlaqələri yarandı. Adil Cəfakeş 1966-cı ildə Laçın bölgəsinin Şeylanlı kəndində dünyaya gəlib. O, Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirsə də, hələ uşaq yaşla- rından saza-sözə könül verib. Bu el sənətkarının indiyə qədər iki kitabı (“Bir ağı de, ay ana”, “Yolçu, hara gedirsən”) işıq üzü görüb. Adil Cəfakeş həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Adil Cəfakeş aşıqlığı öz həmkəndlisi Mehbalıdan öyrənib. Mehbalı qədim havalara, Qarabağın ustad aşıqlarına yaxşı bələd bir sənətkardı. Adil Cəfakeş “Ağbaba gülü”, “Sarıtorpaq”, “Zəngəzur gözəlləməsi”, “Dərvişi”, “Dərbəndi” kimi saz havalarını ustadından əxz edib. Mehbalı təxminən 61 yaşında, 1992-ci ilin mayında Laçının işğalı zamanı itkin düşüb. Adil Cəfakeş həm yaradıcı aşıq, həm sazbənddir. Musiqi duyumu qüv- vətli olduğundan bir neçə saz havası da yaradıb. O, yaşı çox olmasa da, Qa- rabağ aşıq mühitinin Laçın qolunu təmsil edən ustad aşıqlar haqqında kifa- yət qədər bilgiyə malikdir. Məsələn, mən onun vasitəsilə ilk dəfə Aşıq Səlim, Aşıq Cəfərqulu, Aşıq Ələmşah və başqaları haqqında az-çox məlu- mat əldə etmişəm. Yəni Mehbalının ustadı öz babası Aşıq Səlim, onun us- tadı isə Aşıq Cəfərqulu olub. Aşıq Cəfərqulunun yaratdığı bir neçə saz hava- sı (“Zəngəzur gözəlləməsi”, “Sarıtorpaq”) dövrümüzə qədər gəlib çatıb. Aşıq Adil Cəfakeşin dediyinə görə, bu havalardan “Sarıtorpaq”a bəzən “Sarıqaya” da deyirlər. Onu da qeyd edim ki, Aşıq Cəfərqulunun ustadı La- çının Kamallı kəndindən olan Aşıq Ələmşahdır. Deyilənə görə, Aşıq Ələm- şah çox təbli aşıq olub. O, Aşıq Ələsgərlə dostluq eləyib. Təəssüflər ki, bu ustad aşığın yaradıcılığı vaxtında toplanıb yazıya alınmadığından itib-bat- SƏNƏTCİLƏRİMİZ 27 Laçın yurdu - №3(10), 2013 mışdır. Bu el sənətkarından dövrümüzə bir yadigar hava (“Ağbaba gülü”) qalıb. Bu hava haqqında bir rəvayət bu günlərə qədər laçınlılar arasında do- laşmaqdadır. Rəvayətə görə, bu saz havası Ağbaba dağının ətəyində yara- dılmışdır. Aşıq Ələmşahın ustadı isə Aşıq Həşimdir. Bu sənətkar da zəngin yara- dıcılığa malik olsa da, onun ədəbi irsindən heç nə qalmamışdır. Bu deyilənlərdən sonra Adil Cəfakeşin sənət şəcərəsində yerini də müəyyənləşdirdim: Aşıq Həşim — > Aşıq Ələmşah — > Aşıq Cəfərqulu — > Aşıq Səlim — > Mehbalı — > Adil Cəfakeş. Adil Cəfakeşin Təşəkkül Əmrəliyev, Rəfael Alməmmədov, Nasir Alxasov, Ağa Quliyev kimi istedadlı şəyirdləri var. Yəni aşıq ustad-şəyird ənənələrini davam etdirir. Sevindirici hadisədir ki, bu yaxınlarda AMEA Folklor İnstitutunun buraxdığı “Qarabağ musiqi folkloru” (xalq mahnıları, təsnif və rəqslər) diskində Adil Cəfakeş və onun şəyirdi Təşəkkül Əmrəliyevin ifalarında iki qədim saz havası (“Ağ- baba gülü”, “Zəngəzur gözəlləməsi”) yazıya alın- mışdır. Adil Cəfakeş hazırda Laçın rayon Şəlvə kənd uşaq musiqi məktəbində sazdan dərs deyir. Balala- rımıza sazın sirlərini öyrədir. Mən Adil Cəfakeşə yeni-yeni uğurlar arzulayıram. Tacir SƏMİMİ, AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru KİTAB RƏFİ “SƏN YANIMDA OLMAYANDA” Bu kitab istedadlı şairə Bənövşə Daşdılmm sayca dördüncü kitabıdır. Kitabda müxtəlif zövqlü oxucular üçün poetik nümunələr toplanmışdır. Bənövşə xanı- mın yaradıcılığı gözəl Qarabağ torpağında bacarıqlı bağban tərəfindən becərilən bağa bənzəyir. Münbit torpaqda becərilən bağda hər cür meyvə olduğu kimi, Bənövşə xanımın yaradıcılığında da hər mövzu var. 28 Laçın yurdu - №3(10), 2013 POEZİYA Allahverdi ƏLİYEV, Vağazinli el şairi DAĞLAR YAMAN GÜNDƏDİ «Məğrur duran o dağlardan nə xəbər» misralı şeirin müəllifi Şahmar Əkbərzadənin xatirəsinə Sən gördüyün o dağları çən alıb, Dərd əridib, kədər üzüb, qəm alıb. Bu on ildə bəlkə yüz il qocalıb, Dağlar qalıb ağlar, yaman gündədi, Əkbərzadə, dağlar yaman gündədi. Bulud alıb göylərinin üzünü, Kol-kos basıb cığırını, izini. Çamur tutub çeşmələrin gözünü, Lilparları dodaq üçün təşnədi, Əkbərzadə, dağlar yaman gündədi. Yaylağında qarı düşmən yurd salıb, Oylaqları qarğa, quzğun, sar alıb. Yad nəfəsdən yal-yamaclar saralıb, Qarsalanıb bağlar, yaman gündədi, Əkbərzadə, dağlar yaman gündədi. Qayaları naxışlanıb güllədən, Qartalları ayrı düşüb zirvədən. Nigaransan Mıxtökəndən, Şəlvədən, Həsrətinin yeri yaman göynədi, Əkbərzadə, dağlar yaman gündədi. Dəlidağın üzdən düşdü rübəndi, Qırxqız gördü, həyasından üşəndi. Sarıbaba-qəşənglərin qəşəngi Bir ah çəkdi, için-için inlədi, Əkbərzadə, dağlar yaman gündədi. Yaman çöndü bu yerlərin növrağı, Gəlmir daha Damcılının qonağı. Cıdır düzüm yadellilər tapdağı, Qeyrətimiz oyanmadı, dinmədi, Əkbərzadə, dağlar yaman gündədi. Yurd-yuvadan perik düşdü bu ellər, Viran oldu Laçın, Şuşa, Kəlbəcər. Yuxumuzda Vətən gördük gecələr, Yuvasızlar bilir Vətən, yurd nədi, Əkbərzadə, dağlar yaman gündədi. Namərd oğul ucuz satdı dağları, Meşələri, ormanları, bağları. Ömrümüzün qoca, ahıl çağları Ürəyimiz vərəmlədi, simlədi, Əkbərzadə, dağlar yaman gündədi. Yuxu imiş o bəxtəvər anlarım, Şaxta vurub, çiçəklənməz baharım. Yaxınlarım, uzaqlarım, yadlarım, Oymaqların gözü səndə, məndədi, Əkbərzadə, dağlar yaman gündədi. Təqdim etdi: Fəxrəddin ŞAHSUVAROV 29 Laçın yurdu - №3(10), 2013 ELLƏRİMİZ QASIMUŞAĞI TAYFASI Hər sətrində bir elin, bir mahalın, böyük Vətənimizin kiçik hissəsi he- sab olunan, əslində isə hər birimiz üçün daha böyük və sevimli hesab etdiyi- miz, hər cığırında ayaq izimiz qalan obaların, bu obalarda gün-güzəran keçi- rən tayfaların oxunmamış neçə-neçə gizli tarixi var. Min bir əzab-əziyyətlə toplanmış, misralanmış, sətirlərdə sıralanmış bu mətn bir böyük elin - tayfanın tarixi, müqəddəs ruhları qarşısında hər zaman borclu qaldığımız ulu baba və nənələrimizin, eləcə də şəhidlərimizin şərəfli ömür yoludur. Avropalaşmanın vüsət aldığı bir vaxtda milli-mənəvi dəyərləri və özü- nəməxsusluğu qoruyub saxlamaq getdikcə daha da çətinləşir. Milli ruhun, milli mentalitetin qorunub saxlanılması, həmçinin xalqımızın etnogenezi- sinin müxtəlif aspektləri, ayrı-ayrı tayfaların, yaşayış məntəqələrinin adla- rının mənası, tayfaların yayılma arealının müəyyənləşdirilməsi işinə bizlərin hər biri yardımçı olmalıyıq Qeyd edək ki, Azərbaycanda ən qədim kökə malik olan tayfaların tarixi barədə bu günə qədər müfəssəl bir məlumatın olmaması üzündən hər zaman gənc nəsil bir çox həqiqətləri öyrənməkdən məhrum olmuşdur. Bu tayfaların yaşadıqları ərazilər daima döyüş meydanı, mübarizə meydanı olmuş, onlar belə döyüşlərə, belə hücumlara dəfələrlə məruz qalsalar da, mərdi-mərdanə bu hücumlara sinə gərmişlər. Talan-qarət olunan el-obalar, qəbilə-tayfalar tarixin süzgəcindən alnıaçıq, illərin sınağından üzüağ çıxmış, tarixini, mədə- niyyətini, adət-ənənəsini, dilini, əsil-kökünü qoruyub saxlamışdır. Zaman- zaman qaim-qədim tayfalar haqqında olan gerçək məlumatlar nə qədər təhrif olunsa da, sonda tayfa üzvləri tayfalar haqqında gerçək məlumatı qoruyub saxlamış, nəsildən-nəsilə ötürmüşlər. Tariximizi yaşlı nəslin - ağsaqqal və ağbirçəklərin söhbətlərinə qulaq asa-asa öyrənməyə çalışırıq. Ata-babalar yeni nəslə "hər bir kəs yeddi arxadönənini tanımalıdır" ideyasını unutmamağı tapşırsa da son dövrlər bu fikir tam unudulmuş və az qala tamamilə yaddan çıxmışdır. Əgər bu ideya xatırlanarsa, bax, həmin an hər birimizin qarşısında belə bir sual durar: "Mə- nim ulu babam, ulu nənəm kimdir, qohum-əqrabalarım kimdir, köküm, əcdadım kimlərdəndir, axı mən kiməm?". Hələ uşaq olarkən bu növ sualları yaşlı nəslin nümayəndələrinə - ağsaq- qal və ağbirçəklərə ünvanlayan zaman onlar "Biz Təkə-Türkmanıq, bala" - deyə cavab verərdilər. Çar və Sovet Rusiyası dönəmində qəsdən kimliyimiz araşdırılmamış, təhrif edilən bu cür mövzular istiqamətində araşdırmalar aparılması mümkün olmamış və yaxud da buna icazə belə verilməmişdir. Bu 30 Laçın yurdu - №3(10), 2013 gün isə bu mövzunu araşdırmaq üçün olduqca əlverişli şərait yaransa da bugünkü nəsil üçün bu iş bir xeyli çətinləşib. Buna səbəb isə murdar xislətli erməni qonşularımızın Azərbaycana və azərbaycanlılara qarşı apardığı mü- haribə nəticəsində öz daimi yaşayış yerindən dərbədər (didərginmi deyim, məcburi köçkünmü çağırım? - söyləməyə dilim də gəlmir!) salınmasıdır. Mənbələrin müqayisəli təhlili göstərir ki, "təkə-türkman" və yaxud sa- dəcə "türkman"lar İraqda yaşayan azərbaycanlılar, yəni kərküklülərdir. Qeyd edək ki, bugünkü müasir dövrdə belə kərküklər özlərini də, azər- baycan türklərini də (azərbaycanlıları da) türkman adlandırırlar. İraq türk- man alimləri də daxil olmaqla bütün tədqiqatçılar "türkman"
Lacin Yurdu 10
LacinYurdu10
lacin yurdu-10_djvu.txt
6
etnonimindən danışarkən onun "ulu türk", "xalis türk", "əsl türk" mənasında işləndiyini sübut edirlər. İndinin özündə belə ədəbi dilimizdə və İraq türkman ləhcə- sində işlək olan azman, qocaman, orman, ataman, şişman, və digər buna bənzər kəlmələrdə "man"ın "ulu", "böyük", "əzəmətli" anlamında işlənməsi dediklərimizi təsdiqləyir. Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəm- məli olan "Azərbaycan Sovet Ensiklopediyasında qeyd edilir ki, Türkman- lar (İraq azərbaycanlıları və ya İraq türkləri) - İraqın şimalında yaşayan türk etnosudur. Ad oxşarlığına baxmayaraq, türkmanlar mənşə baxımından Orta Asiya türklərinə və türkmənlərə deyil, azərbaycanlılara yaxın olan Oğuz türklərindəndirlər. Onu da qeyd edək ki, Təkə-türkman söz birləşməsində işlənən "təkə" sözü də türkmanlara aid olmaqla Təkə-türkman tayfasının bir qolu olan təkəlilərlə bağlıdır. Səfəvilərin hakimiyyəti dövründə dövlətin siyasi işlərin- də mühüm rol oynayan təkəlilərin bir hissəsi mərkəzi hakimiyyətə qarşı çıxdığına görə 1596-cı ildə I Şah Abbas tərəfindən məhv edilmiş, qalanları isə Azərbaycanın müxtəlif yerlərinə köç etməyə məcbur olmuşdur. Yaşlı insanlar nəql edirlər ki, altı əsr bundan əvvəl (XV əsrdə) tanınmış soylardan (nəsildən) olan iraq türkündən (kərkükdən) Abdulkərim və Abduləzim adlı iki qardaş hər il yazda, öz mal-qarasını götürüb, yayın can- sıxıcı istisindən xilas olmaq məqsədi ilə indiki Qasımuşağı obasının ərazi- sindəki sərin yerlərə, yurdlara köçürdülər. Payıza dönəndə isə yenidən ge- riyə öz yaşayış məskənlərinə dönürdülər. Xeyli müddət sonra fasiləsiz müharibələr bu tayfanı burada həmişəlik məskən salmağa məcbur etdi. Qasım bu iki tanınmış qardaşlardan (kərküklərdən) birinin, Abdulkərimin oğlu idi. XVIII yüzilliyin əvvəllərində Kürdhacı, Şəlvə, Hacısamlı, Şam- kənd, Ələkçi, Çorman, Qarasaqqal, Araxış və digər kənd və şenliklərində daimi yaşayışın bünyadını qoyan insanlar Qasımın törəməsi hesab edilirlər. Nəticədə onların məskunlaşdıqları ərazi ümumilikdə Qasımuşağı obası 31 Laçın yurdu - №3(10), 2013 (Qasımuşağı dərəsi) adlandırılırdı ki, bu da Qasımın uşaqları, Qasımın nəslinin məskunlaşdığı yer mənasını daşıyır. XVII əsrin son u -XVIII əsrin əvvəllərində isə Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhrana uğradığı üçün ölkədə yaranmış vəziyyət əha- linin bütün təbəqələri arasında haqlı narazılığa səbəb olurdu. Bu nara- zılıqları aradan qaldıracaq bir başçıya ehtiyac duyulan zaman Nadir şah Əf- şar özünü şah elan etdi. Qasımuşağı tayfası Nadir Şahın dönəminə qədər tam sərbəst bir yaşam tutmuşdu. Tayfa üzvlərinin bir hissəsi yayda yaylağa, qışda qışlağa köç edər, heyvandarlıqla məşğul olardı. Daimi yaşayış yerlə- rində birgə yaşasalar da yazın əvvəllərindən yaylağa köçəndə alaçıq quran zaman birgə deyil, iki və yaxud üç ailə bir yurda düşərdi. Beləliklə, xudmani həyat yaşayan tayfa üzvləri payızın sonlarında - Arana qayıdan zaman digər elliləri ilə ünsiyyət qurardı. Bir-birinin ardınca parlaq qələbələr çalan Nadir Şah Əfşar Hindistan yürüşlərindən qələbə ilə geri dönən zaman Xorasanda bir çox tayfalar Nadir şahı şah kimi tanımadıqlarını bildirdilər və hətta ona qarşı müqavimət gös- tərdilər. Bundan hirslənən Nadir şah Əfşar ona qarşı çıxan əyanları tayfa üzvləri ilə birl ik də Qarabağa, Şirvana, Naxçıvana və İrəvana köçürdü. Hə- min dövrdə Nadir şahla qohumluq əlaqəsi olan Qasımuşağı tayfasının əsas hissəsi Cənubi Azərbaycanın Xorasan əyalətində binə qunnuş və Nadir şah Əfşarı şah kimi qəbul etməklə yanaşı, ona dəstək verərək yaşayışlarını da- vam etdirirdilər. Ancaq bu çox sürmədi. Bir müddət sonra Nadir şahın apardığı mər- kəzləşdirmə siyasəti feodal əyanlarının maraqlarına toxunduğundan sarayda sui-qəsd ab-havası yetişdi və beləliklə, 1747-ci ilin iyununda gecə Nadir şah öz çadırında qətlə yetirildi. Bu hadisədən sonra müharibələrin səngimədiyini görən Qasımuşağı tayfasının başbilənləri Xorasan əyalətindən indiki Azərbaycanın müxtəlif yerlərinə - Cənub bölgəsinə, Qarabağa və Naxçıva- na (İrəvanla sərhəd bölgəsinə) köç etməyə başladılar. Qasımuşağı tayfası Xorasanda binə quran zaman Şadlı, Qarabağa köç etdikdən sonra isə Qara- çorlu tayfa birliklərinin tərkibində duruş gətirmişdi. Qarabağa köç etdikdən sonra digər tayfalar kimi Qasımuşağı tayfası tamamilə itaətdən çıxaraq heç bir xəzinəyə vergi ödəmirdilər. Siyahıya alma zamanı sığınacaq yaxınlı- ğında yaşadıqlarından sığnacağa çəkilib gizlənər və siyahıya alma qurtardıq- dan sonra yaşayış yurdlarına dönərdilər. Bu səbəbdən də siyahıya alma za- manı Hacısamlı nahiyəsinin, o cümlədən Qasımuşağı obasının kəndlərində bir çox halda heç kimin yaşamadığı qeyd olunur, yaxud da əhalinin az bir hissəsi göstərilirdi. Səfəvilər dövlətinin IX hökmdarı Şah Sultan Hüseynin qoyduğu ağır vergi şərtləri və XVIII əsrin 20-ci illərində baş venniş Os- 32 Laçın yurdu - №3(10), 2013 manlı - Səfəvi müharibələri nəticəsində Qarabağda yaşayan tayfalar xəzi- nəyə vergi ödəməmək üçün bu cür üsullara əl atırdı. Bəzən isə buna səbəb heyvandarlıqla məşğul olan əhalinin payızın ortalarından baharın əvvəlləri- nə qədər qışlağa - Aran Qarabağa, qalan vaxtı isə yaylağa - Qırxqız və Dəlidağa köç etməsi olurdu. Əhalinin cüzi bir hissəsi isə daimi yaşayış yerində gün-güzaran keçirərdi. Məsələn: 1727-ci ildə Qasımuşağı obası Xaçın sancağının Xaçın nahiyəsinin tərkibində yerləşmiş və siyahıya- alma zamanı kəndlərin çox hissəsində heç kimin yaşamadığı qeyd edilmişdir. 1827-ci ildə isə Xaçın məlikliyinin Mağavuz nahiyəsinin tərkibində qərar tutan Qasımuşağı obasının kəndlərində dövlət tərəfindən aparılan siyahı- yaalma zamanı obada cəmi 60 ailənin (300 nəfərin) yaşadığı qeyd edilir. Araşdırmalar aparan zaman məlum olur ki, siyahıda olanlar orada yaşayan əhalinin çox az bir hissəsidir. Qarabağ ərazisində özünü xan elan edən Pənahəli xan tez bir zamanda tayfaların itaətsizliyinə son qoydu. Əvvəlcə tayfa üzvləri müqavimət göstər- sələr də, sonda "bu hənanın o hənadan olmadığını" başa düşüb xanlığa tabe oldular. Qarabağ bəylərbəyliyinin süqutu, Qarabağ xanlığının təşəkkül tapdığı bir dövrdə Qasımuşağı tayfası tərəfindən köhnə dədə-baba yurdunda yeni- dən ilk daimi yaşayış məntəqəsini bərpa edən Şirin bəy Hüsən (bəzi mən- bələrdə Hüsam) bəy oğlu olmuşdur. Xorasan əyalətində səngimək bilməyən qarət və müharibələr Şirin bəyə Xorasandan köçüb Hacısamlı nahiyəsindəki dədə-baba yurd yerlərində məskunlaşmağa qərar verdirdi. Tarixi mənbələrdə araşdırmalar aparan zaman aydın olur ki, bu tayfa Qasımuşağı tayfası kimi tam formalaşmamışdan öncə Babadinli (bəzən Babadünlü) tayfa adını daşımış və ya həmin tayfanın bir qolu olmuşdur. Yaşlıların söyləməsindən aydın olur ki, Babadin sözü "dinə inananların alisi", "əsl dinə inananlar", "əvvəldən, qədimdən dinə inananlar" mənasını ifadə edir, "baba" və "din" sözlərinin birləşməsindən əmələ gəlmiş mürək- kəb sözdür. Burada "baba" ulu, böyük, ali, uca mənasındadır. Tayfanın Ka- vanlı tirəsi qədim Babadin tayfa adını Hacısamlı nahiyəsinin ərazisində əsası qoyulmuş Babadin kəndinin adında yaşatmağa çalışmışlar. Qasımuşağı tayfasının tarixi köklərini araşdıran tanınmış filoloq Əli Umud oğlu Əliyevə görə, bu tayfa tirələri ilə birlikdə Qaraqasımlı qəbiləsi- dir. Təkə-türkman soylu bu tayfa "Təkəli" və yaxud "Türkman" tayfasının bir qolu olmaqla əslən Təkə-Türkman mahalındandırlar. Təkə-Türkman ma- halı haqqında Koroğlu dastanının "Koroğlunun Türkman səfəri" qolunda məlumat verilir. Qeyd edim ki, Koroğlu yarı mistik xalq qəhrəmanı olsa da, 33 Laçın yurdu - №3(10), 2013 onun real həyatda təxminən XIV əsrin axırı - XV əsrin əvvəllərində yaşa- dığı güman edilir. Bir çoxları isə səhvən Qasımuşağı tayfası deyərkən tayfa adının Qasım Hacı Sam oğlunun adı ilə adlandırıldığını düşünür və yalnız Qasım Hacı Sam oğlunun törəmələrini (hacısamlıları) Qasımuşağı tayfasının üzvləri he- sab edir. Əslində isə bu belə deyil. Qeyd edək ki, Qasımuşağı tayfasının ulu babası Qasım (Qara Qasım) Abdulkərim oğludur və tayfa aşağıda göstərilən tirələrdən ibarətdir: Qasımuşağı tirəsinin ulu ba- bası Qasım Hacı Sam oğludur. Qasımuşağı tayfası Qurdqajı (indi- ki Kürdhacı), Birinci Çorman, İ к i n - ci Çorman, Bozdağan, Araxış, Aşa- ğı Qarasaqqal, Hacısamlı şenlhdə- rini salmışdılar. Onu da qeyd edək ki, məhz Hacısamlı kəndi və Hacısamlı nahiyəsi Hacı Sam İslam oğlunun şərəfinə onun adı ilə adlandırılmışdır. Qarabayramlı tirəsinin ulu babası Qara Bayram Şəvə oğludur. Qara- bayramlı tayfası Şəlvə, Qabaqtəpə-Daşlı, Kalafalıq-Daşlı, Canıbəyli, Narış- lar, Vəlibəyli, Budaqdərə, Hacıxanlı, Qovuşuq, Kaha Kəndlərini yaratmış- dılar. Əhməduşağı tirəsinin ulu babası Əhməd Qara Bayram oğludur. Əh- məduşağı tayfası Ələkçi, Arxaş yeri, Doqqazlı, Şamkənd, Yuxarı Qarasaq- qal şenliklərini salmışdılar. Kavanlı tirəsinin ulu babası Kavan İslam oğludur. Mənbələri araşdırar- kən məlum olur ki, hacısamlıların, qarabayramlıların və əhməduşağının Xo- rasan əyalətindən Qarabağa köç etməsindən əvvəl Kavanlı tayfası artıq Zən- gəzurda, Şərur-Dərələyəz (bəzi mənbələrdə Şərur-Daralagöz) tarixi vilayəti- nin dağlıq hissəsi olan Dərələyəz (Daralagöz) mahalında binə bağlamış, yer- yurd sahibləri idilər. Kavanlı tayfası Hacısamlı nahiyəsinin ərazisində Biilüldüz, Ayıbasar, Birinci Tığik, İkinci Tığik, Birinci İpəK, Yuxarı İpək, Orta İpək, Zəkir, Babadin, Qarakişilər, Palçıqlı, Dərəkənd şenlİKİərinin bün- yadını qoydular. 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində Orta İpək, Zəkir, Babadin, Qarakişilər, Palçıqlı, Dərəkənd yaşayış məntəqələrində artıq yaşayışa son qoyulmuşdu. Bu yaşayış məntəqələrinin xarabalıqları son dövrlərə qədər qalmaqda idi. Türk xalqlarının tarixinə nəzər salsaq görərik ki, müharibə və başqa səbəbdən bu xalqlar yaşayış yerlərini dəfələrlə dəyişmiş, yaşadıqları ərazilər kiçilib-böyümüş, dini dəyişmiş, ancaq dəyişməyən bir şey vardır ki, o da bu 34 Laçın yurdu - №3(10), 2013 xalqın dili olmuşdur. Q
Lacin Yurdu 10
LacinYurdu10
lacin yurdu-10_djvu.txt
7
asımuşağı tayfası müxtəlif dövrlərdə bir-birindən fərqli bölgələrdə, müxtəlif xalq və millətlərlə qonşuluq şəraitində yaşasa da öz doğma dilini unutmamışdır. Qasımuşağı tayfası Azərbaycan türkcəsinin bədii dilinə çox yaxın dildə danışan tayfalardan biridir. Bu tayfa çox tipik bir türkman tayfası xüsu- siyyətlərini qoruyub saxlamış və özündə daşıyır. Yaxınlıqda yaşayan digər tayfalara nisbətən nümunə göstəriləcək şəkildə çox təmiz və gözəl bir Azərbaycan türkcəsində danışırlar. Qeyd edim ki, tayfa üzvləri xeyli müddət Xorasan bölgəsində dövran sürsə də nə fars, nə də kürd dilində olan sözlər və ya kəlmələr bu tayfanın dilində mövcud deyildir. Qasımuşağı tayfasının tayfa üzvləri islam dininə etiqad edirlər. Bu tayfa islam dininin şiə təriqətinə mənsubdurlar. Camaat arasında bu tayfaya məxsus müxtəlif adət-ənənələr, deyimlər, kəlamlar, inanclar, baməzə söyləmələr mövcud olmuşdur. Əkin-biçin işlə- rində, xeyir-şər mərasimlərində "hov" təşkil edilər, toxuculuq işləri və digər vaxt tələb edən işlərdə "iməci" gedilərdi. Əhali arasında maraqlı adətlərdən biri də uşağa ad qoyulması məsələ- sidir. Yeni doğulmuş uşağın adını ata-ananın adma uyğunlaşdırmaq, həmçi- nin baba-nənənin, əmi-dayının sağlığında onların adının anadan olmuş uşa- ğa verilməsi, həmin adın yaşadılması çox yayılmış və bu gün də davam edən bir ənənədir. Tayfa üzvləri əsasən heyvandarlıqla, toxuculuqla, qismən isə əkinçiliklə məşğul olurdu. Yatağı, yaylağı, əkənəcəyi, biçənəyi, məzrələri var idi. Yay aylarında yaylaqda mal-qara saxlayıb onun məhsullarını emal edər, yaylağa qalxmayan tayfa üzvləri isə əkin-biçinlə məşğul olar, xalça və xalça mə- mulatları toxuyar, qırmızı palıddan, armuddan, cökədən və vələsdən müx- təlif məişət əşyaları və qurğuları hazırlayardılar. Taxta qab-qacaq, o cüm- lədən təknə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, yun darağı (yun da- ramaq üçün), hana (xalça toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün) belə əşyalara misal ola bilər. Sovet dönəmindən öncə məskunlaşdığı ərazilərdə yaxşı qışlağı olmayan Qasımuşağı tayfası üzvlərinin xeyli hissəsi payızın sonlarında öz heyvanları ilə Aran Qarabağa köç edir, dağda qalan tayfa üzvləri xışla yer şumlayır, bağ-bostan işləri ilə, mövsümi peşə olan duz daşımaqla, kömür yandırmaqla və arıçılıqla məşğul olurdu. Əkinçilər buğda, arpa, çovdar, pərinc, darı əkər, əldə edilən dən obanın ərazisində olan dəyirmanlarda üyüdülərdi. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilirdi. Tayfa üzvləri heyvandarlıqla məşğul olduğundan dağa-arana getməli olur, bəslənən heyvanları və hazır məhsulları (heyvandarlıq məhsulları, arı- 35 Laçın yurdu - №3(10), 2013 çılıq məhsulları, xalça, xalça məmulatları, qab-qacaq, təsərrüfat alətləri və s.) aran zonasındakı şəhərlərə (bazarlara) çıxararaq ehtiyac hiss edilən ərzaq və qeyri ərzaq məhsulları ilə al-dəyiş edir, yaxud da nağd pula satırdı. 1905- 1907-ci il hadisələrinə qədər belə məhsulları Gorus və Qarakilsə bazarlarına da çıxarardılar. Sovet hakimiyyəti illərində isə belə məhsullar əsasən Şuşa, Ağdam, bəzən isə Bərdə şəhərində yerləşən bazarlara çıxarılırdı. İstehsal edilən yun, pambıq, ipək iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə, yun şal (parşa), qəlib və digər məmulatlar toxumağı, müxtəlif növ tikmələr tikməyi bacarırdılar. Toxuculuğun inkişafı nəticəsində ailələrin əksəriyyətində toxuculuq alətləri, o cümlədən toxucu dəzgahlar (hana və yer hanası) var idi. Yay aylarında tayfanın bir çox hissəsi Qırxqız, Dəlidağ və Sarıbaba yaylaqlarında yaylaqlanır və buna görə də qəlib (keçə) hazırlanmasına daha çox üstünlük verilirdi. Bu qəliblər müxtəlif rənglərdə; qara, boz, sürməyi, qəhvəyi, bəzi hallarda isə ağ olurdu (ağ qəliblər əsasən varlı və yaxud bacarıqlı ailələrdə toxunardı). Azərbaycan xalçaçılıq məktəbinin Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" öz adını məhz bu tayfanın adından almış, ilk dəfə tikmə ("Qasımuşağı tikmələri") şəkilində hazırlanmış, bir müddət sonra tayfa üzvləri tərəfindən xalçalara köçürülmüşdür. Sovet dönəmində Azərbaycan SSR-nin iqtisadi həyatında əsaslı rol oynayaraq, kənd təsərrüfatı məhsullarının əsas hissəsinin istehsalında onların xüsusi payı vardı. Füsunkar təbiəti - sıldırım qayaları, sərt iqlimi, dik yamacları, uca zir- vələri, keçilməz bənd-bərələri, əzəmətli sığınacaqları, bərəkətli torpağı olan Kavanlı, Şəlvə və Qasımuşağı obalarının sakinləri arasında bu yerlərin coğrafi qurluşuna uyğun xarakterli övladları yaşayırdı. Tarixi mənbələrə nəzər salan zaman aydın olur ki, bu yerlərin başı bəlalı, lakin müdrik, qərar- һ, cəsur, mərd oğulları döyüşkən olmaqla bərabər gözəl at çapar, tüfəngdən sərrast atəş açardılar. Qasımuşağı tayfasından 1867-ci ildə Məşədi Abbas İlyas oğlu, Uğurlu Şahverdi oğlu, Həsən Bayram oğlu ətraf kəndlərdə tanınır, çörəkləri, bol süfrələri ilə ad çıxarmışdılar. 1887-ci ildə isə Teymur Qulu oğlu, Həsənəli Hüseynəb oğlu üzdə idilər. Xurşidbanu Natəvan tərəfindən Şuşada keçirilən məclis və şənliklərdə tez-tez iştirak edən şair Məmmədalı Alyar oğlu, Zəngəzurda böyük mülkləri olan, bölgədə müdrik kəlamları və öz qoçaqlığı ilə tanınmış bəy - Paşa bəy Sultanov, Azərbaycan Demokratik Respublika- sının ilk müdafiə naziri, Qarabağ General Qubernatoru, həkim - Xosrov bəy Sultanov, cəsarəti ilə ad-san qazanmış xalq qəhrəmanı - Sultan bəy Sul- 36 Laçın yurdu - №3(10), 2013 tanov, Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi - Ələsgər Novruzov, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi - Fazil Mehdiyev, Qarabağ müharibəsi iştirakçısı, "İgidliyə görə" medalı ilə təltif edilmiş, Qarabağ müharibəsi şəhidi - Xəqani Axundov, tanınmış filo- loq, filologiya üzrə fəlsəfə doktoru - Əli Umud oğlu Əliyev, Qarabağ mü- haribəsi iştirakçısı, bir neçə şeirlər kitabının müəllifi, tanınmış şair - Bəx- tiyar Kavanlı, 1970-ci illərdə ədəbiyyata gəlmiş, bir neçə şeirlər kitabının müəllifi, şair - Adil Şirin, şeirləri ilə tanınan, bir kitab müəllifi, şair - Sadıq Şükür oğlu Mirzəyev, iki kitab müəllifi, şair - Rafael Yusifəli oğlu Hətəmov (Laçınlı) və digərlərini qeyd etmək olar. Qasımuşağı obasının kəndləri 1992-ci il 29 may tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra Qasımuşağı tayfası Azərbaycan Respublikasının digər rayonlarında müvəqqəti məskun- laşmışdılar. Həmin dövrdən bu günə qədər yurdunda eli görünməyən doğma obalarlımızın sakinləri müxtəlif bölgələrdə pərakəndə halda yaşamağa başladı. Çox təəssüflə qeyd etməliyəm ki, bir-biri ilə çətinliklə əlaqə saxla- yan tayfa üzvləri arasında olan əlaqələr getdikcə zəifləyir. Sultan HÜMBƏTOV KİTAB RƏFİ “KİMYA MÜƏSSİSƏLƏRİNDƏ İNVESTİSİYA SİYASƏTİNİN FORMALAŞMASI İSTİQAMƏTLƏRİ” “Kimya müəssisələrində investisiya siyasəti- nin formalaşması istiqamətləri” adlı monoqrafiya işıq üzü görüb. İqtisad elmləri doktoru, professor Təbriz Əliyev və iqtisad elmləri üzrə fəlsəfə dok- toru, dəyərli eloğlumuz Mahir Abbaszadənin birgə müəllifliyi ilə çap olunan monoqrafiyada kimya sənayesi müəssisələrində investisiya siyasətinin aparılmasına sistemli yanaşma mexanizminin for- malaşmasının nəzəri-metodoloji aspektləri araşdırılmışdır. Müəssisələrin texniki-texnoloji səviyyəsi, onların innovasiya prosesinin təşkilinin investi- siya təminatı təhlil olunaraq qiymətləndirilib. Kitab sənaye müəssisələrinin rəhbər işçiləri və mütəxəssisləri, həmçinin elmi-tədqiqat, layihə-konstruktor texnoloji institutlarının işçiləri, aspirantlar və magistrantlar üçün nəzərdə tutulub. 37 1 ƏRBİ/ ƏLİYEV MAHİR ABBASZADƏ KİMYA MÜƏSSİSƏLƏRİNDƏ İNVESTİSİYA SİYASƏTİNİN FORMALAŞMASI İSTİQAMƏTLƏRİ — '"V .«2 4 Laçın yurdu - №3(10), 2013 Dünyanın ən yüksək yaşayış məskənlərindən biri olan (dəniz səviy- yəsindən 2350 m hündürlükdə), dağlarla göylərin “qovuşduğu” məkanda qərar tutan Xınalıq kəndində şair qəlbli sadə bir insan yaşayır. Həm də qonaqpərvərliyi ilə seçilən Yusif Şabanovun şeirləri məni xeyli təsirləndirdi və onun kövrək notlarla qələmə aldığı " Bacılar ” şeirini “Laçın yurdu” nun oxucularına təqdim etmək istədim. Xalid NƏCƏFOV BACILAR Qardaşın halını pərişan görsə Alışan bacılar, yanan bacılar! Xəstələnsə yastığının yanında Gecəni gündüzə qatan bacılar! Sizsiz bahar olmaz, yaz ola bilməz, Mizrab ola bilər, saz ola bilməz. Canımda dərdlərim az ola bilməz, Ən ağır dərdlərə dərman bacılar! Ürəyimə dəysin sizə dəyən daş, Dərdimə dərmansız, qəmimə yoldaş. Siz həm atasınız, həm də ki qardaş, Həm də anasınız, anam bacılar! Bir gecə yatmadım, açıldı sabah, Daş da dilə gəldi mən çəkəndə ah. Sizə kömək dursun qüdrətli Allah, Yusif olsun sizə qurban, bacılar! 09.08.2011 Yusif Hacı oğlu Şabanov (Xınalıqlı) 38 Laçın yurdu - №3(10), 2013 QARABAĞ QAZİLƏRİ AQŞİN MƏMMƏDOV Məmmədov Aqşin Eldar oğlu 1 iyul 1969-cu ildə Laçın şəhərində fəhlə ailəsində anadan olub. Əslən Laçının Cağazur kəndindəndir. 1976-1986- cı illərdə Laçın şəhər 2 saylı orta məktəbində təhsil alıb. 1987-1989-cu illərdə Özbəkistan SSR-də hərbi xidmətdə olub. 1990-cı ildə Laçın Rayon Ra- bitə qovşağında poçtalyon kimi işə başlayıb. 1991- ci ildə Laçın rayonunda yaradılmış könüllülərdən ibarət 811 saylı alayın ilk döyüşçülərindən olub. 17 may 1992-ci ildə rayonun Fətəlipəyə kəndində Qradqurğusu maşını ilə qəzaya düşərək müxtəlif bədən xəsarətləri alıb. Laçın şəhərinin işğalından sonra 811 saylı hərbi hissənin tərkibində Suarası, Səfıyan, Güləbird, Malxələf kəndləri uğrunda gedən döyüşlərdə iştirak edibdir. 1992-ci ilin payızında Aqşin Məmmədovun xidmət etdiyi 811 saylı hərbi hissə Kəlbəcər rayonu istiqamətindən Laçın rayon ərazisinə daxil olaraq Bülüldüz, Tığik, Qozlu, Təzəkənd və Sarıbaba dağını ermə- nilərdən azad etmişdir. Aqşin Məmmədov 811 saylı alayın ləğv edilməsindən sonra 1993-cü ilin noyabr ayında Laçın Rayon Polis Şöbəsinin Post Patrul Xidmə
Lacin Yurdu 10
LacinYurdu10
lacin yurdu-10_djvu.txt
8
ti bölü- yündə polis nəfəri kimi işə qəbul edilib. Laçın polisi Füzuli rayonunun Bəh- mənli, Yağlıvənd, Kərimbəyli, Arayatlı, Əhmədalılar, Horadiz kəndləri uğ- runda gedən döyüşlərdə çox böyük fədakarlıq göstərmişdir və adları çəkilən yaşayış məntəqələri işğaldan azad edilmişdir. Aqşin Məmmədovun Laçın polisinin tərkibində döyüşlərdə göstərdiyi fədakarlıq Azərbaycan Respub- likası Prezidenti Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Ümummilli liderimiz 18 dekabr 1992-ci ildə onu “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdir. Aqşin Məmmədov 1999-cu ilə qədər yuxarıda adları çəkilən bölgələrdə xidmətdə olmuşdur. 2004-2008-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyi- nin Polis Akademiyasında təhsil alıb. Hal-hazırda Laçın Rayon Polis Şöbə- sində baş-leytenant rütbəsində sahə rəisi vəzifəsində işləyir. Ən böyük arzusu şəhidlərimizin intiqamını almaq, üç rəngli bayrağımızı Laçında, Qarabağda dalğalandırmaqdır. 39 Laçın yurdu - №3(10), 2013 DİSİ ASLANI ARİMİZ KİŞİ TAVAT Hümbətova Tavat Səməd qızı 1898-ci ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Alxaslı kəndində anadan olmuşdur. O, ilk təhsilini Minkənd kənd orta məktəbində almışdır. Tavatın gəncliyi hər saat ölüm, hər saat qorxu içində ke- çib. O, qanlı-qadalı günlər yaşayıbdır. Toy ərəfə- sində Tavatın nişanlısını erməni quldurları 1918-ci ildə vəhşiliklə öldürmüşdülər. Tavat nişanlısının paltarını geyinib qəbri üstündə onun intiqamını alacağına and içir. Beləliklə, Tavat gəlinlik paltarını nakam sev- gilisi Teymurun paltarı ilə əvəz etdi. Tavat atlanaraq əlində silah ermənilərə qarşı vuruşmuşdu. O, ermənilər yaşayan Dığ kəndinə gecənin qaranlığında gələrək, nişanlısını vəhşicəsinə öldürən Hamparsunu və onun müsəlmanları qəddarlıqla qətlə yetirən dörd oğlunu güllələyir, onlardan öz intiqamını alır. Sonralar isə “Kişi Tavat”, “Erkək Tavat” ləqəbiylə məşhur olur. Tavat həmişə məğrur, cəsur olduğu kimi də əməksevər və dövlətçiliyə sadiq insan olmuşdur. O, Quba şəhərində Səməd Ağamalı oğlunun savadsız- lığı ləğv etmək üçün təşkil etdiyi məktəbdə oxumuş, həm də Quba qəzasın- da işləmişdir. Alxaslı kəndində Qəza İcraiyyə Komitəsinin sədri vəzifələrində işlə- mişdir. Kəndin abadlaşmasında, kolxoz təsərrüfatının təşkilində, anbarların, ictimai tövlələrin, məktəbin tikilməsində, əhali arasında savadsızlığın ləğv edilməsində böyük işlər gönnüşdür. Kəlbəcər rayon Qəza İcraiyyə Komitəsinin sədri, Ağdam rayon Qəza İcraiyyə Komitəsinin və Laçın rayon Qəza İcraiyyə Komitəsinin sədr müa- vini vəzifələrində işləmişdir. O, Laçın şəhər XDS İK-nin sədri vəzifəsində də çalışmış, dəfələrlə kənd sovetinə, rayon sovetinə deputat seçilmişdir. Tavat Hümbətova ömrünü Laçın, Kəlbəcər, Ağdam rayonlarında və kəndlərində quruculuq işlərinin görülməsinə, məktəblərin tikilməsinə, əhali arasında savadsızlığın ləğv edilməsinə, mədəniyyət və səhiyyə müəssisə- lərinin, ticarət obyektlərinin yaradılmasına, rayon və kənd yollarının salın- masına, kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inkişafına sərf etmişdir . Tavat Hümbətova harada olursa olsun, hər yerdə öz ağlı, savadı, zəh- mətsevərliyi, sadəliyi ilə insanların hörmətini və sevgisini qazanmışdır. Ta- 40 Laçın yurdu - №3(10), 2013 vat Hümbətova kasıbların, imkansızların, yetimlərin yol göstərəni, çörək ve- rəni və arxası olubdur. Doğrudan da böyük qəlbli insanlar olmasaydı, hə- yatın heç bir mənası olmaz, köməksiz qalar, ümidsizlik bəşəri sarsıdardı. Hər bir insanın qiyməti onun Vətənə, torpağa, xalqa göstərdiyi xidmətlə müəyyən olunur. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndiril- mişdir. O, dəfələrlə orden və medallarla, fəxri fərmanlarla təltif edilmiş, 50 il kommunist partiyasının üzvü olmuş və dövlət qulluqçusu təqaüdü almış- dır. Təqdim etdi: Firdovsi TAĞIYEV BİOQRAFİK TANITIM İLHAM MUSAYEV Musayev İlham Telman oğlu 1965-ci il fevra- lın 12-də füsunkar təbiəti olan Laçın rayonunun Sadınlar kəndində dünyaya göz açıb. 1980-ci ildə Sadınlar kənd 8 illik məktəbini, 1982-ci ildə Qarı- qışlaq kənd orta məktəbini bitirib. 1983-cü ildə S.Ağamalıoğlu adma “Şərəf nişa- nı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutu- nun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) iqtisadiyyat fakültəsinin mühasibat uçotu şöbəsinə daxil olub. 1987- ci ildə institutu bitirib təyinatla Laçın rayon Aqrar Sənaye Birliyi- nə işə göndərilib və 1988-ci ilin may ayına qədər burada iqtisadçı vəzifəsin- də çalışıb. 1988- ci ilin may ayından 1989-cu ilin noyabr ayına kimi Moskva şə- hərində həqiqi hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra doğ- ma rayonuna qayıdıb. 1990- 1 99 1-ci illər ərzində Laçın rayon Maliyyə Şöbə- sində iqtisadçı, 199 1-ci ildən 1995-ci ilin sentyabr ayına kimi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Laçın rayon şöbəsində baş mühasib, 1995- 1996-cı illərdə “İskoopbank” Səhmdar Kommersiya Bankında kredit üzrə iqtisadçı işləyib. 1996-cı ildən bu günə kimi kommersiya və Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən şəxsi fermer təsərrüfatı ilə məşğuldur. Ailəlidir, üç övladı var. Təqdim etdi: Elnur MEHDİYEV 41 Laçın yurdu - №3(10), 2013 TOFİQ YUSİF Hüseynov Tofiq Yusif oğlu 1950-ci ildə ana- dan olub. Orta Məktəbi medalla bitirib. İki ali təhsil alıb. “Bir taleyin göynəmləri”, “Tərtər şəhidləri”, “Tərtər inciləri”, “Qan iyi”, “Ömrümün payızı”, “Vəhşilər”, “Mənsizləşmə fəlakəti” və “Ölümlə üz-üzə” kitablarının müəllifidir. Azərbaycan Mət- buat Şurasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. «Qızıl Qələm» və «Məmməd Araz» mükafatları laureatı- dır. Hazırda Tərtər şəhərində yaşayır. POEZİYA ÇOBANDIR DAĞLAR Mənə elə gəlir çobandır dağlar, Şimşəyi çiyninə sıxıb çomaqtək. Tufanda sürüsü azmasın deyə Kaha dodağında dillənir tütək. İMKANIM OLSAYDI... Siyirib çıxartdın məni dərdimdən - Qucağı beşiktək boş qaldı dərdim. İmkanım olsaydı kirpiklərimdən Ayaq izlərinə çəpər çəkərdim. Buludları qəfil şaqqalar şimşək - Çəkər yapıncıdan çomağı dağlar. Sellər daş sürünü çoban ititək Qatıb qabağına dərəyə qovar. Üstü bər-bəzəkli dəsmal yerinə Qoyar döş cibinə qaraquşu dağ. Duman qayğı kimi tutub gözünü - Olmaya bu gecə yağış yağacaq? Usta qəm əlində sarı simiydim, Bir himə bəndiydim hönkürüm, dinim. Özüm öz içimdə qərib kimiydim, Özümü özümə qaytardın mənim. Dəyişdi günümün, ayımın köçü, Sevinc yuva qurdu diləklərimdə. İmkanım olsaydı bu qayğı üçün Səni saxlayardım bəbəklərimdə. Gecə canavarla vədələşəndə Dağlar yatmayıblar səhərə qədər. Balınc təpələrə dirsəklənərək Səksəkə içində mürgü döyüblər. Sıxar qar papağı gözləri üstə, Yellənər çən şərfi külək əsdimi. Dar gündə arxadır biri-birinə Dağlar qədirbilən çobanlar kimi. 1973 -cü il Düşmüşdüm bir həsrət burulğanına, Ömrümü havayı çözələyirdim. İmkanım olsaydı dönüb qanma Səndə ömrün boyu dövr eləyərdim. 1982-ci il 42 Laçın yurdu - №3(10), 2013 FOLKLORUMUZ XANLAR ƏMİNİN GÜLMƏCƏLƏRİ Allah rəhmət etsin Xanlar əmiyə, çox yaxşı kişi olub. O, təqribən 1870- ci illərin əvvəllərində Laçın rayonunun İmanlar kəndində anadan olmuş, 1970-ci illərin sonlarına kimi, düz bir əsrdən artq, kişi kimi yaşamışdır. Rəhmətlik qısaboy, sarıyanız, nurani kişi idi. Kəndimizdə kiçikdən-böyüyə hamı ona Xanlar əmi deyərdi. Yaşadığı ərazidə dövrünün tanınmış şəxs- lərindən olub. Gənc yaşlarında bir müddət Bakıda yaşayıb işləməyi dünya- görüşünün formalaşmasında mühüm rol oynamışdır. Necə ki, Şəkidə Hacı dayı, Şəlvə dərəsində də Xanlar əmi lətifələriylə tanınmışdır. Onun lətifələri öz real həyatında baş verən hadisələrlə bağlıdır. Xanlar əminin lətifələri daha çox Molla Nəsirəddin lətifələri ilə uzlaşır. Onun lətifələrindən bir neçəsini sizə çatdırsaq, yaşadığı həyat tərzi ilə daha yaxından tanış olarsız. Qaç! Boz öküz gəldi Xanlar əmi və bir neçə həmkəndlisi taxıl yüklü öküzləri qabaqlarına qatıb karvandan gəlirmişlər. Dağlıq ərazidə bir govdan - aşağısı uçurum olan qayalıqlarla əhatələnmiş dar cığırdan keçərkən, Xanlar əminin karvan yoldaşları bir ağızdan öküzləri nəzərdə tutaraq təkrar-təkrar yalvarırlar ki: “Ya Həzrət Abbas, sən saxla, Ya Həzrət Abbas, sən saxla!”. Lakin elə bu dəm öküzün biri govdan uçur. Bu dəfə də Xanlar əmi çığırır ki: “Ya Həzrət Abbas! Qaç! Boz öküz gəldi!”. Xanlar əmi bazarda Bir gün Xanlar əmi inəklərindən birini satmaq üçün Ağdam bazarına aparır. Bazarda hansı dəllal gəlirsə hamısı ayrı-ayrılıqda Xanlar əmidən soruşurlar ki, bu dananı neçəyə satırsan? Xanlar əmi deyəndə ki, bu dana deyil, inəkdir, onlar başlarını yırğalayaraq aralaşırlar, heç kim inəyi almaq istəmir. Xanlar əmi gözlərini ovuşdurub diqqətlə baxır ki, birdən karıxıb inək əvəzinə dananı gətirmiş olar, ancaq görür ki, yox, elə inəkdir ki var. Onda yəqin edir ki, bunlar sözləşiblər. Ancaq sonda məcbur olub inəyi dana qiymətinə satır. Xanlar əminin karvanı gəlib dağa çatanda, arvadı alınan əşyaların az olduğunu görüb soruşur: - A kişi, inəyi neçəyə satdın? ! Xanlar əmi də cavabında deyir: 43 Laçın yurdu - №3(10), 2013 - Ay arvad, inək nədir? Dana denən. Arvad deyir: - A kişi, dəli olmusan? Dörd yaşlı gəzyazan (doğmayan) inəyə dana deyirsən? Xanlar əmi: - Bura bax, arvad! Dana məsələsinə özüm də mətəl qalmışam! O ki qaldı dəlilik məsələsinə, gəl gedək Ağdamın bazarına, görək dəli kimdir? ! Bal məsələsinin həlli Xanlar əmi Şəlvədə kənd sovetinin sədri işləyən Həsənalıya bir gün baldan pay göndərir. Həsənalı kişi də bundan sonra tez-tez atlı göndərib ondan bal istəyirmiş. Xanlar əmi də bu atlıları dayandırmaq üçün Həsənalı- ya bir arı beçəsi bağışlayır və özü də saxlayaraq hər il bal mövsümü balını kəsib ona göndərəcəyini deyir. Lakin yenə Həsənalı kişi ayda bir, iki aydan bir atlı göndərib Xanlar əmidən bal istəyirmiş. Bir gün yenə çillənin orta- sında Həsanalı kişi atlı göndərir ki, Xanlar kişi, vacib qonağım gəlib, arımın balından xeyli göndər. Xanla
Lacin Yurdu 10
LacinYurdu10
lacin yurdu-10_djvu.txt
9
r əminin bu dəfə lap acığı tutur və məsələni birdəfəlik həll etmək üçün ona verdiyi arını suya verib, mayasını Həsənalıya göndərir. Bir müddət ara verəndən sonra yayda Həsənalıyla rastlaşır. Salam-kəlamdan sonra Həsənalı soruşur: -Balı nə vaxt kəsirsən, Xanlar kişi? Xanlar əmi deyir: -Bura bax, Həsənalı! Çilənin günü könlü bal istəyən sən deyildinmi? Həsənalı kişi: -Yoxsa, mənim arımı suya... Xanlar əmi onun sözünü ağzında qoyub: -İncimə, Həsənalı, bu bal məsələsinin yeganə həll yoluydu. Huri-mələk sevdası Xanlar əmi ötən əsrin əvvəllərində Bakıda Musa Nağıyevin neft mə- dənində işləyirmiş. Hər maaş vaxtı bir axund peyda olar, xeyriyyə məqsədi ilə pul yığarmış. O, bu pulları fağır- füqəraya paylayacağını deyərək, kim çox pul verərsə onlara cənnət vəd edər, orada huri-mələklərlə kef çəkəcəklə- rini bildirərmiş. Lakin Xanlar əmi digərlərindən fərqli olaraq, bu axunda inanmaz və dost-tanışları da bu fırıldaqçının kələyindən xilas edərmiş. Bir gün yenə maaş vaxtı axund peyda olur. Xanlar əmi göz gəzdirib gö- rür ki, Ağdamlı dostu Bayram da huri-mələk sevdasıyla axunda pul verən- lərin sırasındadır. Xanlar əmi onu kənara çəkib başa salır ki, axund fırıl- 44 Laçın yurdu - №3(10), 2013 daqçıdır, əgər sən huri-mələk eşqi ilə bu qədər pulundan keçirsənsə, axşam gəl səni aparım bir bara, orada huri-mələkləri görərsən. Axşam Xanlar əmi ilə Bayram barda əyləşib, ətrafa göz gəzdirərkən görürlər ki, ayə, həmin axund əyləşib, hər böyründə də bir rus qızı. Qızlar da öz əlləri ilə axunda şərab içirdirlər. Xanlar əmi stoldan qalxaraq axunda yaxınlaşıb deyir: -Bura bax, Axund qardaş! Bizə vəd etdiyin huri-Mələklər bunlardımı?! Çək gəlsin Xanlar əminin bir danası itir. Bir neçə gün axtarsa da tapa bilmir ki, bil- mir. Axırda yəqin edir ki, dananın başı salamat deyil, onu oğurlayıblar. Fikirləşir və dananın yerini təxmin edərək yollanır filankəsin qapısına. Xan- lar əmi görür ki, onlarda bərk qonaqlıqdır. Ev sahibi Xanlar əmini çox se- vinclə, gülərüzlə qarşılayaraq, təkidlə evə aparır və ona şəxsən xüsusi xid- mət göstətir. Arada bir də yoldaşlarına göz basaraq: “Xanlar əmi, utanma, öz malın kimi ye” deyərmiş. Sonda Xanlar əmi ona deyir ki: “Bura bax, fi- lankəs, vallah bunun səsi sonra çıxacaq”. Günortadan gecə yarısına kimi tut arağından vuran Xanlar əmi aşa -aşa evə qayıdır. Onu nigarançılıqla gözləyən həyat yoldaşı soruşur: - Kişi, dananı tapdınmı? Xanlar əmi əlini uzadıb deyir: -Arvad, çək gəlsin! Dananın tapılmasını zənn edən arvad əlini şappıltıyla Xanlar əminin əlinə çırpır. Xanlar əmi onun əlini ovcunda saxlayaraq deyir: -Aaarvad, caamaat keefdə-daamaqda, sən nə haayda! Mən nə haayda! 10 il ömür verəndə Xanlar əmi 100 yaşma varanda bir gün bərk xəstələnir, dili də batır, hamı elə bilir ki, daha kişinin ölüm azandı, yığışırlar başına. Həyat Daş- dəmir qızı toxtaqlıq üçün Xanlar əmiyə deyir ki: “Qorxma, Xanlar əmi, mən sənə hələ 10 il ömür verirəm”. Bir neçə gündən sonra Xanlar əmiyə yenidən dəyməyə gələn həmin qadına Xanlar əmi deyir: -Bura bax, Allahın mələyi, xərcin çıxırdı mənə ömür verəndə? Dərman məsələsi Xanlar əmi xəstələnəndə Şəlvə dərəsində baməzə söhbətləri, şirin yu- moru və zarafatçıllığı ilə tanınan Nizami dayı da gəlir ona dəyməyə. Özüylə də bir şüşə tut arağı gətiribmiş. Ondan 50 qram süzüb verir Xanlar əmiyə, 45 Laçın yurdu - №3(10), 2013 deyir ki, dərmandı. Xanlar əmi onu içəndən bir neçə dəqiqə sonra dili açılır. Nizami dayı gedərkən tapşırır ki, hər gün günorta yeməyində bu dərmandan bir rumka içərsən. Bir müddətdən sonra kəndin arasındakı yolda “ZİL” maşınla yanından ötüb getmək istəyən Nizamini saxladıb soruşur: -Bura bax, Nizami, sənin o dərmanından necə əldə etmək olar? Xanlar əminin nəvəsi Cabbarov Mətləb Bayram oğlunun söylədiklə- rindən: Xanlar əmi Bakıda işləyərkən bolşeviklər Bakını zəbt edirlər. Elə olur ki, Xanlar əmi də daxil olmaqla antisovet təbliğatı ilə məşğul olan bir qrup adamı bolşeviklər saxlayırlar və ardıcıl olaraq hər birini sorğu-sual edib sonda güllələyirlər. 2 1 nəfərin içərisindən sonda təkcə Xanlar əmini salamat buraxırlar. Xanlar əmi deyirmiş ki: “Bu işə özüm də məəttəl qaldım. Səhərə yaxın evə qayıdanda, evində qaldığım din xadiminin hələ yatmadığını və mənim sağ-salamat qayıtmağım üçün Quran oxuduğunun şahidi oldum”. Elə həmin mömin də Xanlar əmiyə öz yerinə, yurduna - Laçın rayo- nunun Şəlvə dərəsinə qayıtmağı məsləhət görür. Repressiya illərində dövlət məmurları Xanlar əmidən də “qolçomaqlar” əleyhinə ifadə verməsini istəmiş, lakin Xanlar əmi nəinki heç kimin əleyhi- nə ifadə verməmiş, hətta o dövrdə kolxoz sədri işləmiş və camaatın müra- ciətinə əsasən kolxozun vurağan buğasını kəsdirən Nuralım (bu barədə “La- çın yurdu”nun 4-cü sayında bəhs olunub) elə həmin məsələyə görə də sovet məmurları Sibirə sürgün edərkən, onlara qarşı çıxmış, Nuralım qurtarmağa çalışmışdır. Lakin onlar da Xanlar əmidən əl çəkməmiş, atını müsadirə et- miş, baxmayaraq ki, o dövrdə müəllimi müharibəyə (1941-1945) aparmırdı- lar, ancaq onun tək oğlu Əhəd müəllimi qanunsuz olaraq müharibəyə göndə- rirlər. Bir müddətdən sonra Əhəd müəllim müharibədə boğazından yarala- nır, yarası ağır - ölümcül olduğundan onu yaşayış yerinə uyğun olaraq Bakı- ya hospitala göndərirlər. Bir ay müalicə alandan son- ra onu evə buraxsalar da, həmin müddət rəhmətə ge- dir. Əhəd müəllim valideynlərinə hospitalda yatar- kən ona bacı kimi xidmət göstərən Manya, Sonya, Jenya adlı tibb bacılarından çox razılıq edər, xoş xa- tirələr danışarmış. Əhəd müəllim rəhmətə gedəndən sonra Xanlar əmi dünyaya gələn 3 qız övladma, oğ- lunun ruhu şad olsun deyə, həmin tibb bacılarının adlarını vermişdi. Hazırladı: Dilafət RƏSULOV 46 Laçın yurdu - №3(10), 2013 YADDAŞ Laçın rayonunun Məşədi Əzizbəyov adına kolxozunun sədri Bəhlul Hüseynov yoldaşa Laçın rayonunun Maksim Qorki adına kolxozunun üzvü Məhəmməd Səyyah tərəfindən Məhəmməd Səyyah ƏRİZƏ Bizim taxılları yeyib çəyirtkə, Sizin elə dən almağa gəlmişəm. Yüzcə qram “atıb” tut arağından, Şeir yazıb dəm almağa gəlmişəm. Arzum budur gəzəm kolxoz bağların, Əkin zəmilərin, otlaq dağların. Ömrün sulu vaxtı, bu şən çağları Bir balaca kam almağa gəlmişəm. Səmədin “Dünya”sın oxudun mənə, Nə bildin vurğunam mən də Vətənə? Görürəm yorğunsan, nə deyim sənə, Yoxsa dedin qəm almağa gəlmişəm? Səyyaham, yolları yoraram özüm, Çölləri bürüyər alovum, közüm. Müxtəsəri budur sizlərə sözüm, Kimdə saz var, sim almağa gəlmişəm. 09.11.1970 Təqdim etdi: Akif HÜSEYNOV Bəhlul Hüseynov Al Laçın yurdu - №3(10), 2013 DOST SÖZÜ ÜMİDLƏ YAŞANAN ÖMÜR Mən Qəni müəllimi qısa müddətdir ki, tanıyı- ram, amma mənə elə gəlir ki, onu həyatı dərk edəndən tanıyıram. Onun sadəliyi, insanpərvərliyi, həyatsevərliyi insanı valeh edir. Qəni müəllimdə yaxşı mənada bir qəribəlik də var. Onun gözlərin- də bir qəm-kədər duyulur. Maddi durumundan gi- leylənmir, özünün dediyi kimi nə qədər dəyərli dostları olsa da, nə qədər həyatsevər olsa da yurd həsrəti, Vətən sevgisi onu rahat buraxmır. Yaşlı insanlardan həmişə eşitmişəm ki, Allah-taala hə- mişə dərdini sevdiyi insanlara verir. Həyat onu üç qız övadının həyatdan vaxtsız getməsi ilə sınağa çəkib. O, yenə də Allahın yolunu saxlayır, namaz qılır, oruc tutur və bir də ona Məşəd ziyarətinə get- məyə Allah-taala nəsib edib. Qəni müəllim sadiq dost, ən başlıcası insanlara dəyər verən bir insandır. Qəni müəllim nadan insanları sevmir. “Zər qədrini zərgər bilər” - onun ən yaxın dostlarından biri şəxsiyyətinə böyük hörmət etdiyim el ağsaqqalı, insanların əlindən tutmağı bacaran Dünyamalılar Bəy- lər dayıdır. Qəni müəllim boş vaxtlarında onunla keçmiş və gələcək haq- qında söhbətlər edir. Qəni müəllim həyatın mənasını pulda, şan-şöhrətdə yox, yaxşı dostlarda görür. O, qeyd edir ki, mənim həyatda ən böyük qazan- cım dostlarımdır. Haşiyə: Qəni Hüseynov (Qəmli) 1963-cü ildə Laçın rayonunun Narışlar kəndində dünyaya göz açıb. 1978-ci ildə Narışlar kənd məktəbini əla qiy- mətlərlə başa vuraraq elə həmin il Şuşa Pedaqoji Texnikumuna qəbul olub. 1982-ci ildə oranı bitirib. Kaha və Narışlar kənd məktəblərində müəllim işləyib. 1987-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olaraq 1991-ci ildə həmin ali məktəbi bitirmişdir. Məlum hadisələrdən sonra Beyləqan rayonunun Türklər kəndində məskunlaşmış və orada da pedaqoji fəaliyyətini davam etdirmişdir. Eyni zamanda köçkün şagirdləri təhsilə cəlb etmək üçün orada ibtidai məktəb təşkil etmişdir. Şeirə, sənətə gənc yaşlarından marağı olmuş, müxtəlif mətbuat orqan- larında - “Naxçıvan”, “Fədai”, “Zəngəzur”, “Həkəri”, “Laçın”, “Müstəqil Respublika”, “Mil” qəzetlərində və “Sözün Sehri”, almanaxında şeirləri çap olunub. 2004-cü ildən mətbuat sahəsində çalışır. “Eko Media” qəzetində 48 Laçın yurdu - №3(10), 2013 müxbir, şöbə müdiri, baş redaktorun müavini işləmiş, “Laçın harayı” qəze- tinin redaktoru olmuşdur. Hal-hazırda “Yurd həsrəti” qəzetinin təsisçisi və baş redaktorudur. “Qa- rabağ həsrəti” şeirlər kitabının müəllifidir. 2010-cu ildə Milli Məclisin üzvlüyünə namizədliyi irəli sürülmüşdür. 2012-ci ildə “Alıyurdum Laçın dağım” kitabı çapdan çıxmışdır. Qəni müəllimin qələmə aldığı yazılar mövzu baxımından müxtəlifdir. “Alıyurdum Laçın dağım” kitabında o, Laçın və digər işğal olunmuş rayon- ların tədqiqatını, yurd həsrətini, şəhidlər haqqında məlumatları, Azərbayca- na sədaqətini və ayrı-ayrı mövzularda şeir və poemalarını vennişdir. Bu kitabda onun dostlarına ithaf olunmuş və dostlarının ona ithaf edilmiş şeir- ləri də yer almışdır. Onun şeirlərində Azərbaycan və azərbaycançılıq, qəhrə- manlar və yaradıcı insanlar da tərənnüm olunur. Şair-publisist Qəni Qəmlinin yaradıcılığına həsr olunmuş tədbirdə qə- ləm dostları iştirak etmişlər. “Quruluş” qəzetinin baş redaktoru, “Sözlü-se- hirli dünya” ədəbi məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elman
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
88