Search is not available for this dataset
text
stringlengths 30
201k
|
---|
İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir.
|
Qərar qəbul edildiyi andan qüvvəyə minir.
|
İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir.
|
Belə olan təqdirdə paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyildir.
|
Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
|
Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz.
|
Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
|
Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
|
Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
|
Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyasıQƏRARA ALDİ: İddiaçı və cavabdeh Hüseynova Aytac Rövşən qızının kassasiya şikayətləri təmin edilsin.
|
Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
|
Paylı mülkiyyətə dair irəli sürüldükdən sonra və bu tələblə bağlı mütləq məhkəmə qərarı olduqdan sonra hərrac yolu ilə paylı mülkiyyətin bölünməsinin mümkünlüyü barədə qanunvericilikdə hər hansı bir qayda nəzərdə tutulmamışdır.
|
Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun vəkili XR kassasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
|
İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır.
|
Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
|
Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur.
|
Lakin iddiaçının digər mülkiyyətçilərə qarşı ona kompensasiya tələbi ödənilməsi barədə tələbi olmamışdır.
|
Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
|
Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının vəkili MR kassasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
|
İşdə olan sübutlardan müəyyən olunur ki, X2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar.
|
Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir.
|
Apellyasiya instansiyası məhkəməsi özü də məhkəmə iclasında tərəflərin kompensasiya ilə əlaqədar razılıqları olub-olmamasını aydınlaşdıra və buna müvafiq qiymət verə bilərdi.
|
Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
|
Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə arada qaldırılır.
|
İşin halları İddiaçı cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlakın hərraca çıxarılaraq satılması və əldə edilmiş vəsaitin payçılar arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ÜNVANin 2 otaqlı 11-ci mənzili açıq hərracdan satılması və açıq hərracdan əldə edilmiş pul vəsaitinin 3/18 hissəsinin X1, 3/18 hissəsinin Cavabdeh3, 9/18 hissəsinin İddiaçı və 3/18 hissəsinin Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
|
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
|
Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.Həmin Məcəllənin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
|
Cavabdehlər X2 və Cavabdeh3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər.
|
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.