Datasets:
Dataset Viewer
Search is not available for this dataset
text
stringlengths 30
201k
|
---|
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır əsaslandırma hissəsi: İşin hallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadı Məhkəməsinin icraatında iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iqtisadi mübahisəyə dair iş var. |
Qeyd edilənlərə əsasən, iddiaçının kassasiya şikayəti qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. |
Mülki prosessual qanunvericilik işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilməsini nəzərdə tutmuşdur. |
Lakin buna baxmayaraq apellyasiya məhkəməsi düzgün olmayaraq özünün 4 iyul 2019-cu il tarixli qərardadında həmin məhkəmə aktından 10 gün müddətində kassasiya şikayətinin verilə biləcəyini göstərmişdir. |
İcraata xitam verilmə barədə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulduğundan kassasiya şikayəti kassasiya icraatına qəbul edilməlidir. |
İddiaçı MMC hazırkı işdə iddiasında qaimə-fakturalar üzrə yaranmış müqavilə münasibətlərinin etibarsız hesab edilməsini xahiş etmişdir. |
İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə kassasiya şikayəti vermiş, şikayət apellyasiya məhkəməsi tərəfindən baxılması üçün kassasiya məhkəməsinə göndərilmişdir. |
MPM-in 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.İddiaçı iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermişdir. |
Kassasiya şikayəti qaytarılması üçün iqtisadi işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. |
Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmiş, gəlinən nəticə MPM-in 153.2.1-ci maddəsi ilə əsaslandırılmışdır. |
Göründüyü kimi, qanunverici belə mübahisə üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilməsini istisna etmişdir. |
Qanunun mənasına görə iddia ərizəsinin icraata qəbul edilməməsi işin icraatına xitam verilməsinə bərabər tutulur. |
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı qaimə-fakturalar üzrə yaranmış müqavilə münasibətlərinin etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. |
Hazırkı mübahisə predmeti olan apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 402-ci maddəsində nəzərdə tutulan qərardad olmamışdır. |
Odur ki, hazırkı iş üzrə iddiaçının kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir. |
İddiaçı qaimə-fakturalara istinad edərək müqavilə münasibətlərinin etibarsız hesab edilməsini arzu etmişdir. |
MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. |
İddiaçı həmin qərardadın ləğv edilməsi barədə şikayət vermiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 31 may 2019-cu il tarixli qərardadı ilə 15 may 2019-cu il tarixli qərardaddan verilən şikayət təmin edilməmiş, şikayətin baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. |
Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. |
Həmin işə baxılarkən iddianın predmetini təşkil edən borcun mövcudluğunu təsdiq etmək üçün Cavabdeh MMC tərəfindən hazırkı iddia ilə mübahisələndirilən qaimə-fakturalar sübut qismində məhkəməyə təqdim edilmişdir. |
Öz növbəsində iddiaçı belə hüquqa malik olmadığı halda kassasiya şikayəti vermişdir. |
Cavabdehlər apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. |
Cavabdeh2 iddiaçının mərhum qardaşı Babaşov Ələsgər Əliabbas oğlu ilə ailə qurarkən iddiaçının atası onları həmin ünvana qeydiyyata aldırmışdır. |
Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. |
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. |
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. |
Belə ki, məhkəmə göstərilən həqiqi halları, o cümlədən mübahisəli evdən cavabdehlərin iddiaçı və digər ailə üzvlərinin onlara qarşı birgə yaşayış qaydalarına zidd hərəkətlərinəticəsində müvəqqəti köçmələrini və mübahisəli evin onlara aid olan hissəsini İddiaçı özünün də təsdiq etdiyi kimi, onun vasitəsi ilə kirayəyə verib, kirayə haqqını alaraq yaşadıqları evin kirayə haqqına ödəməklərini nəzərə almamış, ona obyektiv hüquqi qiymət verməmiş, buna görə də qanunsuz və əsassız qətnamə qəbul etmişdir. |
Belə ki, cavabdehlər apelyasiya şikayətində qeyd etdiyi dəlillərə dair heç bir sübut təqdim edə bilməmişlər. |
Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. |
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. |
Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. |
Cavabdehlərin uzun müddətdir həmin ünvanda yaşamamaları, başqa evdə kirayədə yaşamaqları sübut edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları formal xarakter daşıdığından, həmin mənzildə formal olaraq qeydiyyatda olmuşlar. |
Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. |
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. |
İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının şəxsi mülkiyyətindədir. |
Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalması iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu həyata keçirməsinə mane olur. |
Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. |
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. |
Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. |
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. |
Cavabdehlərin apelyasiya şikayətində göstərdikləri dəlillər formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğvi üçün əsas deyildir. |
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. |
Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. |
Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindənməhrum edilə bilməz. |
Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, ona obyektiv hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarılmaqla qanunun aliliyi və norması kobud formada pozulmuşdur. |
Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. |
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. |
İşə mahiyyəti üzrə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən düzgün nəticəyə gəlmişdir. |
Apelyasiya instansiya məhkəməsinin iclaslarında kollegiya tərəfindən tərəflərə barışıq üçün dəfələrlə vaxt verilsə də, tərəflər barışıq əldə edə bilməmişlər. |
Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,öz mülkiyyətindən məhrum edilə bilməz. |
İş materiallarında olan 035878 nömrəli, FM seriyalı Bakı şəhəri, İcra Hakimiyyətinin Texniki inventarlaşma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. |
AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. |
Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. |
Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. |
Belə ki iş materialları ilə müəyyən olunduğu kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətində olmaqla, onun bu hüququ xx.xx.2005-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. |
Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. |
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. |
Lakin onlar faktiki olaraq başqa ünvanda yaşamışlar və həmin qeydiyyat formal xarakter daşımışdır. |
İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. |
Qeyd edilənlərə əsasən, iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. |
Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. |
İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. |
İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. |
Məhkəmə iclasında cavabdehlər apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. |
Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. |
Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. |
Həmçinin həmin evin qarşısında yerləşən və təxmini sahəsi 15 m2 olan ərazi də uzun müddətdir ki, onun istifadəsindədir və o, həmin sahədən yardımçı sahə kimi istifadə edir. |
İddia ərizəsində qeyd etdiyi tikili qızı Tağıyeva Səidənin mülkiyyətində olan 19,50 m2 sahəyə bitişik deyildir. |
Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu İbrahim Əbilov küçəsi 94 saylı evin 6 saylı mənzili X3 mülkiyyətindədir. |
İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Əbilov küçəsində yerləşən 94 saylı evin 1 otaqdan ibarət 6 saylı mənzili xüsusi mülkiyyət əsasında ona məxsusdur. |
Sözügedən tikili inşa edilənədək həmin ərazi boş olmuş və həyətyanı sahə kimi onların (qonşuların) ümumi istifadələrində olmuş, lakin sonradan cavabdeh tərəfindən zəbt edilmişdir. |
Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. |
Bununla da ona kifayət qədər maddi və mənəvi ziyan vurmuşdur. |
Çünki, ünvan 1 ünvanda yerləşən 6 saylı mənzilin tikililəri (döşəmələri, divarları və tavanları) zatən təmirsiz vəziyyətdədir. |
Onunla həmin ünvanda qonşu olan Cavabdeh bir neçə ildir ki, evinin istinad divarına bitişdirərək ona aid yaşayış sahəsinə daxil olmaqla öz evinin qarşısında təxmini sahəsi 15 m2 olan qanunsuz yaşayış sahəsi inşa etmiş və nəticədə onun evinin bir divarı qəzalı vəziyyətə düşmüşdür. |
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. |
Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. |
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. |
Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. |
Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. |
Mənzil qızının mülkiyyətindədir. |
Bu səbəbdən də, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. |
İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. |
Göründüyü kimi, cavabdeh tərəfindən inşa olunmuş tikililərin inşa olunması nəticəsində iddiaçının qızının mülkiyyətində olan mənzilin tikililərinə ziyanın dəyibdəymədiyini müəyyən etmək mümkün deyil. |
Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının subyektiv hüququ olmadığından və iddia əsassız olduğundan İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və maddi ziyan» tələbinə dair iddiası rədd edilməlidir. |
İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. |
Cavabdehin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. |
Həmçinin evinin bir tərəfini tam tutmaqla onu gün işığından və havadan məhrum etmişdir. |
Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. |
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. |
Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi sahə ümumiyyətlə özbaşına tikili olmaqla heç kimə məxsus deyildir. |
Bundan başqa, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 25379 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 6 saylı mənzil və evə bitişik vəziyyətdə cavabdeh tərəfindən inşa edilmiş hamam-ayaqyolu, mətbəx-dəhliz və yaşayış otağının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığı müəyyən edilir. |
Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ mövcud deyil. |
Nəticədə onun və uşaqlarının normal yaşayışı pozulmuşdur. |
İddiaçının subyektiv hüquqa malik olmaması iddianın rədd edilməsi üçün əsasdır. |
Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. |
Ali Məhkəmənin Plenumunun qərarında qeyd edilənərə görə, Azərbaycan Respublikası MPM-nin 431-1.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər. |
Həmin poçt qəbzində sənədi göndərən – “zzzzzzzzzzz”, sənədi alan “xxxx” LLC olduğu göstərilsə də, içindəkilərin bəyannaməsi hissəsində heç bir qeyd yazılmamış və qəbzi aldığına dair imza edən şəxsin (BBBBBBBBBBBBnin) kim olduğu və “xxxx” MMC-də hansı vəzifədə çalışdığı göstərilməmişdir.Halbuki, “xxxx” MMC AZ1053, ünvan 4 ünvanında yerləşən inzibati binada olan bir neçə icarəçi təşkilatdan biridir və qəbul otağında (Reception) oturan şəxslər MMC-nin işçiləri deyildir. |
Azərbaycan Respublikası ərazisində xarici məhkəmələrin qətnamələrinin tanınması və icrası mülki prosessual qanunvericiliklə müəyyən edilmiş şərtlərlə və əsaslarla mümkündür. |
Bununla da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası xarici dövlətin arbitraj qərarının tanınması və icra edilməsi üçün əsasların olub-olmamasını yetərincə araşdırmamış, nəticədə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi prinsiplərini pozmuşdur. |
End of preview. Expand
in Data Studio
Court Cases Of The Republic Of Azerbaijan
This dataset consists of court cases from the Republic of Azerbaijan.
Overview
It was formed based on 1,200,000 court cases. The data has been preliminarily normalized and split into sentences. The dataset consists of 37 million sentences and approximately 500-600 million tokens.
Contact
For more information, questions, or issues, please contact LocalDoc at [[email protected]].
Citation
@misc {localdoc_2025,
author = { {LocalDoc} },
title = { court_cases_azerbaijani (Revision 43c1893) },
year = 2025,
url = { https://huggingface.co/datasets/LocalDoc/court_cases_azerbaijani },
doi = { 10.57967/hf/4804 },
publisher = { Hugging Face }
}
- Downloads last month
- 52