Search is not available for this dataset
text
stringlengths
30
201k
Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Lakin, iddiaçı təşkilatın bildirişlərin göndərilməsini təsdiq edən sübut kimi vəsatətə əlavə etdiyi 4 ədəd poçt qəbzindən ilk ikisinin BBBBBBBBBBBB adlı şəxs tərəfindən 28 və xx xxxxxx 2016-cı il tarixlərdə fərqli ünvanlarda “xxxx” MMC-nin adına qəbul edilməsi və həmin şəxsin cavabdeh təşkilatda işləyib-işləməməsi barədə sübutun məhkəməyə təqdim edilməməsi sübutun mötəbərliyinə əsaslı şübhələr yaradır.
Həmin Məcəllənin 431-1.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsasdır.
Lakin, “xxxx” MMC-nin məhkəmə çəkişməsində iştirakının məhdudlaşdırılması səbəbindən bu xüsusatlar AAAAAAAAAA Arbitraj Məhkəməsinin diqqətinə çatdırılmamış və nəticədə birtərəfli qaydada qərar qəbul olunmuşdur.
Hüquqi məsələlər Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xarici dövlətin məhkəmələrinin (arbitraj məhkəmələrinin) qətnamələrinin tanınması və icra edilməsi barədə mülki prosessual qanunvericiliyin tətbiqi ilə bağlı bildirdiyi hüquqi mövqeyinə uyğun olaraq, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458.1 və 462-ci maddələrində göstərilən əsasların olubolmamasını araşdırmalı, bundan sonra həmin Məcəllənin 465-ci maddəsində sadalananxarici dövlətin məhkəmə qətnaməsini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi üçün halların mövcud olub-olmamasını müəyyən etməlidir.
Tərəflərin rekvizitləri kimi onların ünvanı və telefon nömrəsi göstərilsə də, X11 iddiaçının şifahi vəsatətinə əsasən göstərilən elektron poçt ünvanlarını rəsmi ünvan kimi qəbul etmiş və işləməyən e-mail ünvanlarına məktublar göndərməklə, qarşı tərəfi lazımi şəkildə məlumatlandırdığı qərarına gəlmişdir.Həmçinin, göstərilən elektron poçt ünvanlarından mailto:[email protected] ünvan 3 ümumiyyətlə heç vaxt “xxxx” MMC-nin səlahiyyətli şəxsləri və ya əməkdaşları tərəfindən istifadə edilməmiş və adından da göründüyü kimi, başqa təşkilata məxsusdur.
İş materiallarına əlavə olunmuş 4 ədəd poçt qəbzi ilə əlaqədar yekunda bildirilmişdir ki, ilk iki poçt qəbzinin mötəbər olması əsaslı şübhələr yaratmışdır, qalan iki poçt qəbzində göstərilən sənədlər də Cəmiyyətə çatdırılmamışdır.
Belə ki, Azərbaycan Respublikası MPM-nin 476.0.1.2-ci maddəsinə əsasən, xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini məcburi icra etməkdən və ya tanımaqdan imtina edilməsi üçün məhz əleyhinə qətnamə çıxarılmış tərəf arbitrin və ya arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməməsinə dair sübut təqdim etməlidir.
Konstitusiyanın 129-cu maddəsinin İ hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Həmin poçt qəbzində sənədi göndərən – “zzzzzzzzzzz”, sənədi alan “xxxx” LLC olduğu göstərilmiş, içindəkilərin bəyannaməsi hissəsinə arbitraj bildirişi yazılmış və yenə də qəbzi aldığına dair imza edən şəxsin (BBBBBBBBBBBBnin) kim olduğu və hansı vəzifədə çalışdığı göstərilməmişdir.
Məhkəmə kollegiyası həmçinin cavabdeh MMC tərəfindən təqdim olunmuş sənədsübutları araşdıraraq müəyyən etmişdir ki, iddiaçı MMC-nin müvafiq sorğularına (79 sorğu olmuşdur) cavab vermiş, Azərbaycanda fəaliyyət göstərən kuryer poçt xidmətlərinin cavablarında (yalnız 6 cavab alınmışdır) arbitraj məhkəməsinin qərarında göstərilən tarixlərdə (arbitraj iclaslarının vaxtına təsadüf edir) AAAAAAAAAAdan MMC-yə hər hansı poçt korrespondensiyasının və ya ümumiyyətlə hər hansı poçt korrespondensiyasının ünvana çatdırılmaması göstərilmişdir.
Azərbaycan Respublikası MPM-nin 465.1.2-ci maddəsinə görə, işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa, bu, məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsindən imtina etməyə əsas verir.
Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
Hətta, iş materiallarına qətnamənin qanuni qüvvəyə minməsi barədə sənəd əlavə olunsa da, xxxx MMC bu günədək AAAAAAAAAA Arbitraj Məhkəməsinin qətnaməsini almamışdır.
Bu prinsipə görə, xarici dövlətin məhkəmə qətnaməsi Azərbaycan Respublikasında o şərtlə tanınır və icra edilir ki, həmin xarici dövlət də Azərbaycan Respublikası məhkəmələrinin qərarlarını tanısın və icra etsin.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə yuxarıda qeyd edilən qanunvericilik aklarının tələblərinə riayət etmədən, xx xxx 2018-ci il tarixli qərardadında Mülki Prosessual Məcəllənin xarici dövlətin məhkəmə qətnamələrinin məcburi icrası ilə bağlı normaların nəzərdə tutulduğu 48-ci fəslinə aid, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə əlavə edilməli olan sənədləri müəyyən edən 466.0.1-ci maddəyə əsaslanmış və arbitraj prosesi barədə xəbərdarlığın lazımi qaydada təqdim edilməsini sübut etmək öhdəliyini arbitraj qərarının tanınması və icra edilməsi üçün müraciət etmiş tərəfin üzərinə qoymuşdur.
Belə ki, Mülki Prosessual Məcəllənin “Xarici şəxslərin iştirakı ilə icraat adlanan İV Bölməsinin müvafiq normaları ilə xarici məhkəmələrin, o cümlədən arbitrajların qətnamələrinin tanınması və icrası ilə bağlı məsələlər tənzimlənir.
Plenum Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır.
Azərbaycan Respublikası MPM-nin 465.1.1-ci maddəsinə əsasən, işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə, məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır.
Həmin Məcəllənin 458ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.
Məhkəmə kollegiyasının qərardadında qeyd edilənlərə görə, Azərbaycan Respublikası MPM-nin 464-cü maddəsinə əsasən, xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
Lakin, poçt qəbzlərinə inansaq, birinci poçt qəbzi BBBBBBBBBBBB tərəfindən ünvan 5 ünvanında, ikinci poçt qəbzi isə Ziya Bünyadov 89D, Blok 1969 ünvanında təkrarən BBBBBBBBBBBB tərəfindən imzalanmışdır.
Beləliklə, həm Konvensiya, həm də milli qanunvericilik məhz əleyhinə qətnamə çıxarılmış tərəfin arbitrin təyin edilməsi, arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilməməsi və yaxud başqa səbəblərdən öz izahatlarını təqdim edə bilməməsi barədə təqdim etdiyi sübutlar əsasında məhkəmənin xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin tanınması və məcburi icra edilməsindən imtina etməsinin mümkünlüyünü müəyyən etmişdir.
Halbuki, həm AAAAAAAAAA qanunvericiliyinə, həm müqavilə şərtlərinə, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən iqtisadi mübahisələrə dair işlərə məhkəmələrdə pretenziya qaydasına əməl olunması şərti ilə baxılmalıdır.
AAAAAAAAAA Mülki Məcəlləsinin 163-cü maddəsinə əsasən müqavilə öhdəliklərindən irəli gələn iddia müddəti 3 il olaraq müəyyənləşdirilmişdir.
Cavabdeh “xxxx” MMC-nin Ali Məhkəməyə təqdim etdiyi yazılı etiraz ərizəsinə görə, “xxxx” MMC AAAAAAAAAAda keçirilən məhkəmə baxışı zamanı arbitrin və ya arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməmiş və bu səbəblərdən məhkəməyə öz izahatını təqdim edə bilməmişdir.
Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
Xarici məhkəmələrin Azərbaycan Respublikasında tanınan, icrası tələb olunmayan qətnamələri Azərbaycan Respublikası MPM-nin 459-cu maddəsində sadalanmışdır.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” x xxxxxxxx 2015-ci il tarixli Qərar).
İqtisadi mübahisəyə dair işə X11 tərəfindən baxılarkən və yekun qərar çıxarılarkən cavabdeh “xxxx” MMC-yə işə baxılması barədə bildirişlər vaxtında və lazımi qaydada çatdırılmamışdır və nəticədə cavabdeh təşkilat prosesdə iştirak etmək hüququndan məhrum olmuşdur.
Bununla bağlı məhkəmə kollegiyası öz mövqeyini aşağıdakılarla əsaslandırmışdır.
Həmin bölməyə aid olan Azərbaycan Respublikası MPM-nin 474-cü maddəsinə əsasən, bu bölmənin maddələri həmçinin xarici dövlətlərin arbitraj məhkəmələrinin qətnamələrinin icra edilməsi və ya tanınması barədə qətnamələrə də tətbiq edilir.
Məhkəmələr hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
Hazırkı iş üzrə mübahisələndirilən məhkəmə aktı AAAAAAAAAA X9 qərarının tanınması və icrası məsələsi ilə bağlı olduğundan qeyd edilməlidir ki, həm Azərbaycan Respublikası, həm də AAAAAAAAAA Respublikası Nyu-York Konvensiyasının tam hüquqlu iştirakçısıdırlar.
Xarici məhkəmələrin icrası tələb olunan qətnamələrinin tanınması və icra edilməsi şərtləri isə həmin Məcəllənin 458-ci maddəsində nəzərdə tutulmuşdur.
Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasını Konvensiyanın 6-cı maddəsinin mənasına görə məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsi hesab etmişdir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli,Stanova Bolqarıstana qarşı iş üzrə xx xxxxxx 2017-ci il tarixli Qərarlar).Bir sıra hallarda xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən qərarlar digər dövlətin ərazisində də həmin dövlətin məhkəmə qərarları ilə bərabər hüquqi qüvvəyə malik ola bilər.Məhkəmə prosesinin xarici ölkədə həyata keçirildiyi və onun icrasının Azərbaycan Respublikasında nəzərdə tutulduğu halda belə, həmin icraat dövlətin beynəlxalq öhdəlikləri ilə yanaşı, ədalət mühakiməsinə dair Konstitusiyanın əsas prinsiplərinə uyğun həyata keçirilir.
Həmin bölməyə aid olan Azərbaycan Respublikası MPM-nin 467.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası barədə ərizəyə işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri barədə xəbər verilməklə açıq məhkəmə iclasında baxılır.
Ərizəçinin fikrincə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qeyd edilən qərardadı ilə Konstitusiyanın 60-cı maddəsinin, habelə Mülki Prosessual Məcəllənin 138-ci maddəsinin tələbləri pozulmuşdur.
Azərbaycan Respublikası MPM-nin 465.1.3 və 465.1.5-ci maddəsinin tələbləri yoxlanılarkən müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə digər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu barədə məlumat təqdim edilməmişdir və qeyd edilmiş qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil etmir.
Maddədə göstərilmiş “qarşılıqlı təminatlandırılma” isə Azərbaycan Respublikası ilə xarici dövlət arasında ikitərəfli beynəlxalq müqavilənin, yaxud hüquqi yardım haqqında çoxtərəfli sazişin (konvensiyanın) iştirakçısı olmalarını ifadə edir.
Azərbaycan Respublikası MPM-nin 465-ci maddəsində isə xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsinin aşağıdakı halları müəyyən edilmişdir: işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə; işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa; eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa;qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə; qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə; xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa.
Məhkəməyə təqdim olunmuş digər iki poçt qəbzinin qeydiyyat hissəsində isə, ümumiyyətlə məhkəmə bildirişinin cavabdehə verilməsini təsdiq edən qeyd aparılmamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
Həmin poçt qəbzində sənədi göndərən – “zzzzzzzzzzz”, sənədi alan “xxxx” LLC olduğu göstərilmiş, içindəkilərin bəyannaməsi hissəsində Azərbaycan dilinə tərcümə etdikdə “məhkəmədən əvvəlki telefon konfransının” çıxarışının USB formasında göndərildiyi göstərilmiş və yenə də qəbzi aldığına dair imza edən şəxsin (Anar Əbdüləliyevin) kim olduğu və MMC-də hansı vəzifədə çalışdığı göstərilməmişdir.
Azərbaycan Respublikası MPM-nn 466.0.1-ci maddəsinə uyğun olaraq, məhz tanınmanı istəyən tərəf xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti ilə bərabər, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənədi də ərizəsinə əlavə etməlidir.
Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair 2014-cü il 4 iyul və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarlar).Hər bir dövlətin məhkəmə qətnaməsi, bir qayda olaraq, çıxarıldığı dövlətin ərazisində qüvvədə olur.
Digər tərəfdən, iddiaçı MMC-nin elektron poçtunu yoxlayan 2 müəssisə onun servrelərinə arbitraj məhəkəməsinin yuxarıda qeyd edilən bildirişlərinin daxil olmamasını təsdiq etsələr də, həyata keçirdiyi yoxlama zamanı istifadə etdikləri üsullar barədə məhkəməyə hər hansı məlumat verməmiş, nümayəndələri məhkəmə iclaslarına iştirak etməmişlər.
Eyni zamanda iddiaçı Korporasiya tərəfindən iddiaçı MMC-yə məxsus 2 ünvana yuxarıda qeyd edilən məhkəmə bildirişləri kuryer poçt vasitəsilə çatdırılmış və MMC-nin işçiləri tərəfindən qəbul edilmişdir.
Göründüyü kimi, mülki prosessual qanunvericilik Azərbaycan Respublikasında xarici məhkəmə qətnamələrinin tanınması və icra olunmasının üç halını müəyyən etmişdir: Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda; qarşılıqlı anlaşma əsasında.
İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
Belə ki,“İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə, hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.
Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
İmtina əsaslarından biri kimi zərərinə qərar çıxarılmış tərəfin arbitrin təyin edilməsi, arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilməməsi göstərilmişdir.
Bu baxımdan Mülki Prosessual Məcəllənin 476.0.1-ci maddəsində nəzərdə tutulmuş və xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin tanınması və məcburi icra edilməsindən imtina üçün əsas ola bilən tərəflərin təqdim etdikləri sübutlar həmin Məcəllənin ədalət muhakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərinə uyğun tədqiq edilməlidir.
AAAAAAAAAA Arbitraj Məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası MPMnin 465-ci maddəsində nəzərdə tutulmuş icra etməkdən və tanımaqdan imtina edilməsi üçün əsasların olub-olmaması yoxlanılarkən aşağıdakılar müəyyən edilmişdir.
Bu zaman xarici məhkəmənin qətnaməsi həmin ölkənin qətnaməsi ilə eyni hüquqi qüvvəyə malik olmaqla təkzibolunmaz, müstəsna, dövlət orqanları, onların vəzifəli şəxsləri və s. üçün mütləq olan keyfiyyətlər əldə etmiş olur.
Azərbaycan Respublikası MPM-nin 465.1.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir.
Arbitraj qərarlarına əsaslanan və yaxud onun icra edilməsinə dair vəsatət verən tərəf arbitraj qərarının təsdiq edilmiş nüsxəsini və ya belə nüsxənin lazımi qaydada təsdiq edilmiş surətini, həmçinin 7-ci maddədə göstərilmiş arbitraj sazişinin əslini və onun lazımi qaydada təsdiq edilmiş surətini təqdim etməlidir.
Beynəlxalq arbitraj qərarlarının Azərbaycan Respublikası ərazisində tanınması və ya icra edilməsi ilə bağlı münasibətləri tənzimləyən “Beynəlxalq arbitraj haqqında” Qanunun 36-cı maddəsində də eyni müddəa nəzərdə tutulmuşdur.Həmçinin, Mülki Prosessual Məcəllənin 476.0.1 və 476.0.1.2-ci maddələrinə əsasən, əleyhinə qətnamə çıxarılmış tərəf arbitrin təyin edilməsi, arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilmədiyi və yaxud başqa səbəblərdən öz izahatlarını təqdim edə bilmədiyi barədə sübutlar təqdim edərsə, xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin məcburi tanınması və icra edilməsindən imtina edilə bilər.
Qeyd olunan maddəyə əsasən proses iştirakçılarının öz məhkəmə müdafiəsini təşkil etməsi üçün onlar məhkəmə prosesinin vaxtı barədə qabaqcadan məlumatlandırılmalıdırlar.
Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Korporasianın vəkili S.Məmmədov vəsatətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından ərizənin təmin edilməsini xahiş etmişdir.
Həmin poçt qəbzində sənədi göndərən – “zzzzzzzzzzz”, sənədi alan “xxxx” LLC olduğu göstərilmiş, içindəkilərin bəyannaməsi hissəsində Azərbaycan dilinə tərcümə etdikdə “iddiaçı tərəfindən hazırlanmış prosessual tarixçə”nin və “X21”ın göndərildiyi göstərilmiş və yenə də qəbzi aldığına dair imza edən şəxsin (F.Quliyevin) kim olduğu və Cəmiyyətdə hansı vəzifədə çalışdığı göstərilməmişdir.
Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu MMC-nin vəkili S.Süleymanlı ərizəçi tələbkar Korporasiyanın ərizəsinə etiraz edərək, borclu MMC-nin arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilmədiyi və bu səbəbdən X13 Məhkəməsinə izahatını təqdim edə bilmədiyi əsası ilə məhkəmə kollegiyasından ərizənin rədd edilməsini xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici tərəfindən xarici dövlətin arbitraj məhkəmələrinin qətnamələrinin tanınması və icrası üzrə icraatı həyata keçirən yeganə məhkəmə instansiyası olan Ali Məhkəməyə müəyyən hallarda sübutları və dəlilləri qiymətləndirərək işin hallarını tam və hərtərəfli araşdırmaq səlahiyyəti verilmişdir.
Həmçinin “xxxx” MMC-nin elektron poçt serverlərinə, o cümlədən mərkəzi serverinə baxış keçirmiş “xxxx” MMC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Beynəlxalq internet trafiknin ölkəyə çatdırılmasını təmin edən provayderlərin rəsmi reyestri”nə salınmış “xxxx” MMC sorğuya cavab olaraq bildirmişlər ki, araşdırma nəticəsində xx.xx.2016 - xx.xx.2017-ci il tarixlər ərzində MMC-nin poçt ünvanlarına AAAAAAAAAA arbitrajının rəsmi elektron poçt ünvanlarından (bu ünvanlar arbitraj qərarında da qeyd olunmuşdur) hər hansı bir elektron məktubun daxil olması müəyyən olunmamışdır.
Cavabdeh MMC-nin təqim etdiyi sənədlər onun cavabdeh tərəf qismində cəlb olunmuş arbitraj işinə X15 tərəfindən baxılmasından xəbərinin olmaması ilə bağlı dəlilləri kifayət qədər əsaslı və inandırıcı deyil.
Mülki prosessual qanunvericilik xarici dövlətin məhkəmə qətnamələrinin icrası və tanınmasıilə əlaqədar həmin qətnamələri iki qrupa bölür: icrası tələb olunmayan qətnamələrin tanınması; məcburi icrası tələb olunan qətnamələrin tanınması.
Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəməmüddəası işlərin aidiyyət qaydaları, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğu, ədalət mühakiməsinin tamlığı, yəni müvafiq qaydada məhkəmə aktlarının icrasına dair şərtləri və s. əhatə edir.
Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası qeyd edilən nəticəyə gələrkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl etməyərək təqdim edilən sübutların mötəbərliyini şübhə altına alaraq yalnız “xxxx” MMC-nin verdiyi izahata əsaslanmaqla kifayətlənmişdir.
Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə uyğun olaraq, məhkəmə, ilk növbədə, Azərbaycan Respublikası MPM-nin 458.1 və 462-ci maddələrində göstərilən əsasların olub-olmamasını araşdırmalı, bundan sonra həmin Məcəllənin 465-ci maddəsində sadalanan xarici dövlətin məhkəmə qətnaməsini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi üçün halların mövcud olub-olmamasını müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “H.Babayevin şikayəti üzrə” xx xxxx 2017ci il tarixli Qərarı).
Məcəllənin 462-ci maddəsinə görə, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.
Bundan başqa, poçt qəbzlərinin heç biri məhkəmə bildirişi olmamış və yekun məhkəmə qərarı da “xxxx” MMC-yə göndərilməmişdir.
Lakin qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda xarici məhkəmələrin çıxardığı qətnamələr digər dövlətdə də tanına və məcburi icraya yönəldilə bilər.
Əgər tərəflər razılığa gələ bilməsələr, mübahisə AAAAAAAAAAdakı arbitraj tərəfindən həll ediləcək.” X3 16113-0038 nömrəli xx xxxx 2017-ci il tarixli yekun qərarının 7-ci bəndində məhkəmə göstərilən müddəaya əsaslansa da, iddiaçı təşkilat tərəfindən cavabdehə hər hansı bir bildirişin (pretenziya məktubunun) göndərilmədiyinə və ya mübahisənin danışıqlar yolu ilə həll edilməsinə cəhd göstərilmədiyinə münasibət bildirməmişdir.
Həmin maddəyə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.
Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə” xx xxxxxx 2011-ci il tarixli Qərarı).
Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Lakin, bu barədə cavabdehə heç bir bildiriş göndərilməmiş və onun fikri öyrənilməmişdir.
Sadalanmış bu hallar və arbitraj məhkəməsinin qətnaməsinin qarşılıqlı təminatlandırılması onun məcburi qaydada icra etməkdən və tanınmaqdan imtina üçün Azərbaycan Respublikası MPM-nin 465 və 476-cı maddələri ilə nəzərdə tutulan əsasların mövcud olmadığı nəticəsini yaratmışdır və qeyd edilmiş əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, qətnamənin tanınması və icra edilməsi barədə vəsatət təmin edilməlidir.
Əvvəla, Azərbaycanda fəaliyyət göstərən 79 kuryer poçt xidmətinin sayına münasibətdə alınmış 6 mənfi cavab müqayisəli rəqəmlər olmadığından arbitraj məhəkəməsinin yuxarıda qeyd edilən bildirişlərinin iddiaçı MMC tərəfindən alınmamasını sübut etmir.
Konstitusiyanın 151-ci maddəsinə uyğun olaraq, qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə uyğun olaraq, qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
X13 Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası ərazisində tanınsın və məcburi icraya yönəldilsin.
Xarici məhkəmənin qətnaməsinin tanınması və icra edilməsi həmin qətnamənin çıxarıldığı ölkədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi kimi hüquqi qüvvəsinin digər dövlətdə də tanınmasını və onun məcburilik əlamətinin qəbul edilməsini ifadə edir.
Bununla yanaşı, Azərbaycan Respublikası MPM-nin 462-ci maddəsinə görə, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.
Mülki Prosessual Məcəllənin 47-ci fəsli ilə Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin tanınması və icrasının ümumi qaydaları müəyyən edilmişdir.
Məhkəmə bu Məcəllənin 461.1-ci maddəsində göstərilən tərəfə təyin olunmuş vaxtda məhkəmə baxışında onun və ya səlahiyyətli nümayəndəsinin iştirakı barədə hüquqlarını sifarişli məktubla izah edir.
Qeyd olunan maddədə göstərilən “qarşılıqlı təminatlandırılma” Azərbaycan Respublikası ilə xarici dövlət arasında ikitərəfli beynəlxalq müqavilənin, yaxud hüquqi yardım haqqında çoxtərəfli sazişin (konvensiyanın) iştirakçısı olmalarını ifadə edir.
Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz.
Konstitusiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli Kassator şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadiKollegiyasının xx xxx 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 X9 xx xxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsinə dair Kassator vəsatətinin (ərizəsinin) təmin edilməməsi barədə xx xxx 2018-ci il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 476-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
Həmin Məcəllənin 431-2-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır.
Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin tanınması və icrası qaydaları Azərbaycan Respublikası MPM-nin 47-50-ci fəsilləri ilə tənzimlənir.
Buna baxmayaraq, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası bu maddəyə deyil, Azərbaycan Respublikası MPM-nin 465 və 466-cı maddələrinə əsaslanmaqla AAAAAAAAAA X9 xx xxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsindən imtina etmişdir.
AAAAAAAAAA Arbitraj Məhkəməsi isə işi öz icraatına xx xxxxxx 2016-cı ildə götürmüşdür.
Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Həmin Məcəllənin 431-4.2 və 431-4.2.1-ci maddələrinin müddəalarına əsasən, hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin kassasiya və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul edə bilər.
Azərbaycan Respublikasının hüquqi şəxsi olan cavabdehin xarici dövlətdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olub-olmaması yoxlanılarkən aşağıdakılar müəyyən edilmişdir.
Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi tələbkar Korporasiyasının vəkili S.Məmmədov vəsatətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından ərizənin təmin edilməsini xahiş etmişdir.