Search is not available for this dataset
text
stringlengths 30
201k
|
---|
Bu zaman isə haqlı olaraq sual yaranır ki, bir şəxs eyni vaxtda neçə yerdə işləyir və necə ola bilər ki, bir gün ara ilə iki ədəd poçt qəbzini tamamilə fərqli ünvanlarda imzalayaraq “xxxx” MMC-nin adına sənəd qəbul etmişdir.
|
Tərəflərin iştirakı və izahatları Azərbaycan Respublikası MPM-nin İV bölməsi xarici şəxslərin iştirakı ilə icraata dair qaydaları tənzimləmişdir.
|
Konvensiyanın 1-ci maddəsinə əsasən, Konvensiya tanınması və icrası üçün müraciət edilən ölkədən başqa ölkənin ərazisində fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq tərəflər arasındakı mübahisələrlə bağlı qəbul edilmiş arbitraj qərarlarının tanınması və icrasına tətbiq edilir.
|
Göstərilənlərlə əlaqədar “xxxx” MMC bildirir ki, “məhkəmədən əvvəlki telefon konfransının” çıxarışının USB forması Cəmiyyətə çatdırılmamış və yenə də onların məhkəmə müdafiəsi hüququ pozulmuşdur.
|
Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu MMC-nin vəkili S.Süleymanlı ərizədə göstərilən dəlilləri əsassız hesab edərək, təmin edilməməsini xahiş etmişdir.ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli qərarına uyğun olaraq təqdim edilmiş sənədləri araşdıraraq aşağıdakıları müəyyən etmişdir: İddiaçı AAAAAAAAAAnın Kassator cavabdeh Azərbaycanın “xxxx” MMC-yə qarşı göndərmə müqavilələrindən irəli gələn borc məbləğinin tutulması haqqında iddia tələbinə dair iş üzrə X13 Məhkəməsinin müvafiq iclaslarının yeri və vaxtı barədə bildirişləri, o cümlədən, arbitrin təyin edilməsi, məhkəmə arbitrajının dili, məhkəmənin yurisdiksiyası, prosesdur qaydası və vaxt cədvəli haqqında xx.xx.2017-ci il tarixli bildirişlər iddiaçı MMCnin yuxarıda qeyd edilən 4 e-mail ünvanlarına göndərilmiş, həmin bildirişlər cavabdeh MMC-yə çatdırılsa və bu haqda məhkəmə Microsoft Outlook-dan müvafiq cavab alsa da, cavabdeh MMC həmin bildirişlərin əldə etdiyi barədə məhkəməyə lazımi məlumatı təqdim etməmişdir.
|
Əgər arbitraj qərarı və ya arbitraj sazişi xarici dildədirsə, tərəflər bu sənədlərin lazımi qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini təqdim etməlidir.
|
Belə ki, Nyu-York Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinin (b) bəndinə əsasən, əgər zərərinə qərar çıxarılmış tərəf arbitrin təyin edilməsi, arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilmədiyi və yaxud başqa səbəblərdən öz izahatlarını təqdim edə bilmədiyi barədə sübutlar təqdim etsə, məhkəmə belə arbitraj qərarının tanınması və ya icra edilməsindən imtina edə bilər.
|
Konstitusiyada qeyd edilən bu prinsiplər mülki prosessual qanunvericilikdə daha geniş şəkildə təsbit edilmişdir.
|
Həmçinin, qərarın 23-cü bəndinin son cümləsində bu günə qədər, tərəflərdən heç birinin yeganə arbitrın səlahiyyətinə qarşı etiraz bildirmədiyi göstərilsə də, nəzərə alınmamışdır ki, “xxxx” MMC ümumiyyətlə məhkəmə araşdırmasından məlumatlı olmamışdır.
|
Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altınaalan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (“N.Babayevin şikayəti üzrə” 2011-ci il 28 dekabr və “H.Cəfərovun şikayəti üzrə” 2019-cu il 14 fevral tarixli Qərarlar).
|
Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
|
X10 tanınması və icrasından imtinanın əsasları Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuşdur.
|
Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir.Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. İnsan haqları sahəsində beynəlxalq standartlarda insan hüquq və azadlıqlarının məhkəmə tərəfindən müstəqil, qərəzsiz və ədalətli müdafiə edilməsi onların ayrılmaz və toxunulmaz hüququ kimi müəyyən edilir.
|
Bu iki poçt qəbzinin necə əldə edilməsi məlum olmasa da, hər iki poçt qəbzi BBBBBBBBBBBB adlı şəxs tərəfindən imzalanmışdır.
|
Tərəflərin iştirakı və izahatları Azərbaycan Respublikası MPM-nin dördüncü bölməsi “Xarici şəxslərin iştirakı ilə icraat”a dair qaydaları tənzimləmişdir.
|
Halbuki, məhkəmənin istinad etdiyi həmin maddələr Azərbaycan Respublikası MPMnin 47 və 48-ci fəsillərinə aiddir və həmin fəsillər ilə xarici dövlət məhkəmələrinin qətnamələrinin tanınması və icrası məsələləri tənzimlənir.
|
Həmin fəslin 476-cı maddəsində xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini tanımaqdan və ya məcburi icra etməkdən imtinanın əsasları müəyyən edilmişdir.
|
Həmin bölməyə aid olan Məcəllənin 467.1.-ci maddəsinə əsasən, xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası barədə ərizəyə işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri barədə xəbər verilməklə açıq məhkəmə iclasında baxılır.
|
Bununla da belə nəticə əldə olunur ki, cavabdeh MMC-yə arbitraj məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumatın verilməsi iki dövlətin qoşulduğu Konvensiyanın tələblərinə və Azərbaycan Respublikasının MPM-nin tələblərinə uyğun həyata keçirilmişdir.
|
Əgər tərəf bu vaxt ərzində səlahiyyətli nümayəndə təyin etməmişsə, onda sifarişli məktubun poçta verildiyi gündən 1 ay müddətində onun çatdırılması barədə bildiriş təqdim edilməsə də məktub çatdırılmış hesab olunur.
|
Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən, onlar arasında yaranmış mübahisəyə dair işin AAAAAAAAAA yurisdiksiyasın aid olduğunun müəyyən edilməsi düzgün olmuş və Azərbaycan Respublikasının qanunvericiliynə zidd deyil.
|
Lakin cavabdeh MMC belə bir sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
|
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.
|
X3 16113-0038 nömrəli xx xxxx 2017-ci il tarixli yekun qərarının bütün bəndlərində lazımi məlumatların cavabdehə elektron poçt ünvanları vasitəsilə göndərildiyi göstərilmiş və məhkəmə aşağıdakı poçt ünvanlarına əsaslanmışdır: mailto:[email protected] ünvan 1; mailto:[email protected] ünvan 2; mailto:[email protected] ünvan 3; mailto:[email protected] ünvan 4.
|
Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur.
|
Qarşılıqlı təminatlandırma Azərbaycan Respublikası ilə xarici dövlət arasında ikitərəfli beynəlxalq müqavilənin mövcudluğunu, yaxud hər iki dövlətin hüquqi yardım haqqında çoxtərəfli konvensiyanın iştirakçısı olmasını ifadə edir.
|
Şikayətdə göstərilmişdir ki, xarici dövlətin arbitraj məhkəmələrinin qətnamələrinin tanınması və icrası Azərbaycan Respublikası MPM-nin 50-ci fəsli ilə tənzimlənir.
|
Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında bununla bağlı qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
|
Xarici dövlətlə Azərbaycan Respublikası arasında hüquqi yardım haqqında ikitərəfli beynəlxalq müqavilə olmadıqda və ya Azərbaycan Respublikası ilə xarici dövlət, qətnamələrin tanınmasını və icrasını nəzərdə tutan çoxtərəfli beynəlxalq müqavilənin iştirakçısı deyillərsə, Azərbaycan Respublikasında həmin xarici dövlətin məhkəmə qətnamələrinin tanınması və icrası qarşılıqlı anlaşma prinsipinə riayət edilməklə həyata keçirilir.
|
Konvensiya xarici ölkə ərazisində çıxarılmış arbitraj qərarlarının digər bir ölkə ərazisində tanınması və icrası ilə bağlı ümumi prinsip və qaydaları müəyyən edir.
|
Qanunverici digər sənədlərin yox, məhz işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada proses iştirakçılarına verilməsini imperativ norma kimi nəzərdə tutmuşdur.
|
Həmçinin məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və və Yüksək Texnologiyalar Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq həmin Nazirlik bildirilmişdir ki, “xxxx” MMC və “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göstərilmiş xidmət lisenziya tələb olunan xidmət və ya fəaliyyət deyil və müvafiq sertifikatın alınmasını tələb etmir.
|
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır.
|
Həmin Məcəllənin 461-ci maddəsinə əsasən, tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu yeri, yaxud ofisi vardırsa və onun Azərbaycan Respublikasında yaşayan nümayəndəsi yoxdursa, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə bilər.
|
Kassator Konstitusiya Məhkəməsinə şikayət verərək, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
|
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə “xxxx” MMC-nin arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməməsinə dair sübut təqdim edə bilməməsinə baxmayaraq, AAAAAAAAAA X9 qətnaməsini tanımaqdan imtina etmişdir.
|
Göründüyü kimi, xxxx MMC-nin həmin məhkəmədə iştirakının təmin edilməməsi səbəbindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək imkanı da olmamış və bu da nəticədə həm AAAAAAAAAA, həm də Azərbaycan qanunvericiliyinə əsasən yanlış qətnamənin qəbul olunmasına gətirib çıxarmışdır.
|
Şikayətdə həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası 476-cı maddəsinə əsasən, xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini məcburi icra etməkdən və ya tanımaqdan imtina edilməsi üçün məhz əleyhinə qətnamə çıxarılmış tərəf arbitrin və ya arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməməsinə dair sübut təqdim etməlidir.
|
Məhkum ona istinad edilən cinayət əməlini törətməməsi barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.
|
Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2018ci il tarixli hökmünın ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır.
|
O, X4i özündən kənarlaşdırmaq məqsədi ilə X4i vurub, üzünü cırmaqlayıb itələməyə başlamış, lakin, X4 ona fikir verməyərək öz hərəkətlərini davam etdirib ona zor tətbiq edib onun tam ayaq üstə durmasına imkan verməmiş, ona qarşı seksual xarakterli əxlaqsız hərəkətlər etmişdir.
|
Havanın isti olması, eləcə də bütün qonşuları tanıdıqlarından mənzilin qapısını arxadan bağlamamışdır.
|
Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
|
Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, verilmiş ittiham əsassızdır, məhkəmələr tərəfindən işin halları araşdırılmadan ədalətsiz və əsassız nəticəyə gəlinmişdir.
|
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir.Zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 21 avqust 2017-ci il tarixdə saat 20 radələrində qızı X3 xalası X4yə baş çəkmək üçün Hövsan qəsəbəsinə getmişdir.
|
Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmalıdır.
|
O, X4ə «sən nə danışırsan, bu nə sözdür deyirsən» dedikdə, X4 onun üzünün və bədəninin müxtəlif nahiyələrinə yumruq və sillə zərbələri vuraraq ona zor tətbiq edib onu döymüş sonra isə onun əynində olan sarafanı və trusiyi dartıb çıxarmağa başlamışdır.
|
Həmin vaxt polislər ondan nə baş verdiyini soruşmuşlar və o, Məhkum hərəkətləri barədə məlumat vermişdir.
|
Həmin vaxt X4 qəflətən onu vuraraq, durmağa imkan verməyərək qızının başqa kişilərlə görüşdüyünü, onun isə buna şərait yaratdığını bildirərək X3nın əvəzinə onunla cinsi əlaqədə olacağını demişdir.
|
O, X4in altında qalaraq müqavimət göstərə bilmədiyindən kömək üçün mənzildə olan nəvələrini və valideyinlərini çağırmağa başlamışdır.
|
X4 bunu görüb onun üstündən durub X5i öz yerinə uzadaraq, üstünə mələfəni salıb sakit uzanmasını demişdir.
|
Bundan sonra X4 onun saçlarından tutaraq onu yerə yıxıb üzərinə uzanmış, əxlaqsız hərəkətlərini davam etdirmiş və bir-neçə dəfə onunla cinsi əlaqədə olacağını təkrar etmişdir.
|
Məhkumun təqsirsiz olması barədə dəliləri məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiqini tapmır.
|
Həmin vaxt o, X4dən hansı səbəbdən onlarda olduğunu soruşmuş və X4 sərxoş halda ondan su istəmişdir.
|
Saat 21 radələrində atası X6 və anası X7 mənzildə yatmışlar, saat 22 radələrində o, televizoru söndürdükdən sonra nəvələri X2 və X1 döşəmə üzərində onlar üçün saldığı yerdə yatmışlar, bundan sonra o, mətbəx kimi istifadə edilən aynabəndə döşəmə üzərində saldığı yerdə paltarda yatmışdır.
|
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.
|
Həmin vaxt xəstə ata və anası yuxudan oyanaraq, X4ə ondan əl çəkməsini deyərək yalvarmağa başlamışlar, lakin, X4 heç kimə fikir verməmiş və öz hərəkətəlrini davam etdirmişdir.
|
O, gücünü toplayıb X4ə müqavimət göstərib çətinliklə özündən itələmiş, sonra isə duraraq mənzildən küçəyə qaçmış, həmin vaxt X4 də onun arxasınca küçəyə qaçmışdır.
|
Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25 dekabr 2018-ci il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək apellyasiya qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
|
Polislər otağa daxil olan zaman X4in şalvarı aşağı çəkili vəziyyətdə olmuşdur.
|
Kassasiya şikayəti təmin edilməsin.
|
O, son gücünü toplayıb X4in altından sürünəsürünə çıxmış, bu zaman mənzilin qapısı döyülmüş və o, çətinliklə durub mənzilin qapısını açmış və polisləri görmüşdür.
|
O, durmaq istədikdə X4 onun boğazını tutaraq sıxdığından o, halsız vəziyyətə düşmüşdür.
|
Bundan sonra X4 onun sinəsindən basaraq ona durmağa imkan verməmiş, sonra isə əli ilə şalvarın qabağını açaraq şalvarı aşağı salmışdır.
|
O, əvvəl köməyə adam çağırmaq istəsə də, sonra utandığından bunu etməmişdir.
|
Məhkum bədən səthində aşkar olunmuş xəsarətlərin özü boyu hündürlüyündən yıxılaraq yaranması az inandırıcıdır, qeyd olunan xəsarətlər digər şəxs tərəfindən yetirilməsi daha çox inandırıcıdır.
|
Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır.
|
O, küçəyə qaçdıqdan sonra X4in binadan küçəyə çıxdığını, lakin, küçədə onu görmədiyini görüb maşınların arası ilə fırlanıb qaçaraq yenidən yaşadığı mənzilə qayıtmış və mobil telefonu götürərək qızı X3ya zəng edib X4in hərəkətləri barədə danışmağa başlamışdır.
|
Məhkəmə-tibbi ekspertizasının 24.08.2017-ci il tarixli, 366 saylı rəyinə əsasən, X1 bədən səthində sağ almacıq nahiyəsində nisbətən şişkinlik fonunda bir qədər oval formalı 3,0x2,5sm ölçüdə qançır, döş qəfəsinin ön səthinin sol yarısında sol döş sümüyü ön xətt üzrə İV-V qabırğalar arasında çəp istiqamətdə xətti formada 3,5x0,8sm ölçülədə sıyrıq, sol saidin aşağı 1/3-nin arxa iç səthində bir qədər oval formalı üç ədəd 1,0x0,5sm, 2,5x1,5sm və 2,0x1,0sm ölçülərdə qançırlar, sol əl pəncəsinin İİ əl darağı sümüyünün aşağı 1/3-ninarxa səthində qeyri-müəyyən formalı 3,5x2,0sm ölçüdə qançırı kimi xəsarətlər aşkar edilmiş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsvir hissəsində göstərilən tarixə və şəraitə, yəni 22.08.2017-ci il tarixdə fiziki qüvvə tətbiq etməklə cinsi əlaqəyə girməyə cəhd zamanı yetirilməsi mümkündür və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin olunmur
Onun bədəni üzərində olan xəsarətlərin xüsusiyyətlərini (xaraketirini, lokalizasiyasını və s.) nəzərə alaraq demək olar ki, bu xəsarətlərin özü tərəfindən yetirilməsi inandırıcı deyil Məhkum barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 04.09.2017-ci il tarixli 828 saylı rəyinə görə, Məhkum bədən səthində aşkar olunmuş xəsarətlərsol dirsək çuxurunun, sağ saidin, sol dirsək oynağı nahiyəsinin, sağ əlin, döş qəfəsinin sağ yarısının, döş qəfəsinin sol yarsının, xəncərəbənzər çıxıntı nahiyəsinin, burun nahiyəsinin, üzün sol yarısının sıyrıqları, alt dodağın selikli qişasının əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən 22.08.2017-ci il tarixdə əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir.
|
Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır.
|
Həmin vaxt nəvəsi X5 yuxudan oyanaraq X4ə yaxınlaşıb “ nənəmdən əl çək» sözlərini demiş və X4i ondan aralamaq istəmişdir.
|
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın.
|
Məhkumun ona qarşı irəli sürülən cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır.
|
İşin halları: Hökmə əsasən, Məhkum 22.08.2017-ci il tarixdə, saat 01 radələrində sərxoş vəziyyətdə keçmiş qayınanası X1 yaşadığı ünvan 2-ə gələrək mənzilin qapısının açıq olduğunu görüb Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsinə zidd olaraq mənzilə daxil olmaqla mənzil toxunulmazlığını pozmuş, bundan sonra mənzilin mətbəx otağı kimi istifadə edilən otağına keçərək həmin vaxt döşəmə üzərində yatan 1967-ci il təvəllüdlü X2nı oyadıb onunla cinsi əlaqədə olmaq istədiyini demiş, X2 bundan imtina etdikdə, o, cinsi ehtirasını təmin etmək məqsədilə yaşının fiziki imkanlarını məhdudlaşdırdığı və həmin vaxt yuxulu olduğu üçün ona aktiv müqavimət göstərmək imkanına malik olmayan X2nın köməksiz vəziyyətindən istifadə edib zor tətbiq edərək əynində olan yaşıl rəngli sarafanını və boz rəngli tumanının dartıb cırmaqla, hər iki əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə sillə və yumruq zərbələri vuraraq, sağ almacıq nahiyəsində nisbətən şişkinlik fonunda bir qədər oval formalı 3,0x2,5sm ölçüdə qançır, döş qəfəsinin ön səthinin sol yarısında sol döş sümüyü ön xətt üzrə İV-V qabırğalar arasında çəp istiqamətdə xətti formada 3,5x0,8sm ölçüdə sıyrıq, sol saidin aşağı 1/3-nin arxa iç səthində bir qədər oval formalı üç ədəd 1,0x0,5sm, 2,5x1,5sm və 2,0x1,0sm ölçülərdə qançırlar, sol əl pəncəsinin İİ əl darağı sümüyünün aşağı 1/3-nin arxa səthində qeyri-müəyyən formalı 3,5x2,0sm ölçüdə qançırı kimi zorlamaya xarakterik xəsarətlər yetirməklə müqavimətini sındırıb X2nın döş və sarğı nahiyələrini əlləyərək seksual xarakterli zorakılıq hərəkətlər etmiş, həmin vaxt X2 özünü müdafiə edərkən onun üzünə və bədəninə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib onuitələyərək küçəyə qaçdıqda o, sonuncunun arxasınca qaçmaqla təqib etmiş, X2 ondan qorunmaq üçün yenidən mənzilə qayıdıb qızı X3 İsmayılovaya, sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdikdə, o, yenidən mənzilə daxil olaraq yaşının fiziki imkanlarını məhdudlaşdırdığı və artıq yorğun və halsız vəziyyətdə olduğu üçün ona aktiv müqavimət göstərmək imkanına malik olmayan X2nın köməksiz vəziyyətindən istifadə edib zorlamaq məqsədilə zor tətbiq etməklə saçından tutaraq yerə yıxıb üzərinə uzanaraq sonuncunun cinsiyyət orqanını sıxmış, həmin vaxt X2nın evdə yatan azyaşlı nəvəsi X15 nənəsinin qışqırıq səslərinə oyanaraq onun hərəkətlərinə mane olmaq istədikdə, o sonuncunu kənara itələyərkən, X2 yerdən durub otaqdakı çarpayı kimi istifadə edilən divana sıxılsa da, o yenidən X2nı divandan yerə uzadıb xüsusi amansızlıqla, yəni, həmin vaxt qışqırıq səslərinə oyanmış sonuncunun 1-ci dərəcəli gözdən əlil olan atası X2 və 2-ci qrup gözdən əlil olan anası X5 fiziki qüsurlarına görə hərəkət məhdudiyyəti yarandığından ona mane olmaq imkanına malik olmadıqları üçün, sadəcə ona hərəkətlərini dayandırmağa dair yalvarışlarına məhəl qoymayaraq sonuncuların yanında və X2nın azyaşlı nəvəsi X1un gözü qarşısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək zorlamaq məqsədilə divandan yerə uzadıb dizlərini X2nın hər iki ayağının üstünə qoyaraq üstünə uzanıb ayaqlarını aralayıb ayaqları arasına keçirib öz əynindəki şalvarının zəncirbəndini və kəmərini açaraq cinsiyyət orqanını çıxarıb cinsi əlaqədə olmaq üçün ereksiya vəziyyətinə gətirməyə çalışsa da, sərxoş olduğundan buna nail ola bilməmiş, həmin vaxt təkrarən X1 ona yaxınlaşıb kənara itələyən zaman X2 onu üzərindən itələyərək uzaqlaşdığından və bir az əvvəl X2 tərəfindən çağırılmış polis əməkdaşları mənzilə gələrək onu zərərsizləşdirdiyindən o, iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək, X2nı köməksiz vəziyyətindən istifadə edib zor tətbiq etməklə xüsusi amansızlıqla zorlamağa, yəni cinsi əlaqədə olmağa cəhd etmişdir.
|
Həmin vaxt X3 ona polisə zəng etməsini demiş və o, X3 ilə danışa-danışa mənzildə olan telefonla polis zəng edən zaman X4 qəflətən yenidən mənzilə girmiş və ona polisə zəng etməsinə imkan verməyərək, hər iki telefonu əlindən almışdır.
|
Bundan sonra polis əməkdaşları onu və Məhkum Nəsimi RPİ-nin 22-ci polis bölməsinə aparmışlar və bölmədə olan zaman o, şikayət ərizəsi yazmışdır.
|
O, çətinliklə yerdən durub divana oturmaq istəyən zaman X4 ona yaxınlaşıb saçlarından və bədənindən tutaraq güclə yerə uzadıb dizlərini onun ayaqlarının üstünə qoymuş və üstündə oturmuşdur.
|
Məhkum qeyd olunan cinayət əməllərində özünü təqsirli bilməyərək barəsində ədalətli qərar qəbul edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2018-ci il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
|
Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.
|
Halbuki, cavabdehə tərəflərindən təqdim edilmiş 1:2000 maştabda olan 1.99 ha ölçüdəki torpaq sahəsinin bölgü planında bağ sahəsinin hər dörd tərəfdən küçələri də qeyd edilməklə yerləşdiyi yer və ünvanı dəqiq göstərilmişdir.
|
Lakin, mübahisəli torpaq sahəsinə dair uzun sürən məhkəmə araşdırılması zamanı cavabdeh həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.
|
Lakin apellyasiya icraatı zamanı “xxxx” MMC üçüncü şəxs qismində cəlb edildikdən sonra müəyyən edilmişdir ki, bağ sahəsi ilə bağlı hüquqverici sənəd, yəni “xxxx” MMC-nin adına Şəhadətnamələr və müqavilələr ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır.
|
İddiaçıya ayrılan bağ sahəsinin “xxxx” MMC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş 2995 saylı bağ sahəsi ilə üst-üstə düşməsi barədə cavabdehin mülahizəsindən başqa iş materiallarında hər hansı yazılı sübut yoxdur.
|
İş materiallarından müəyyən olunur ki, bununla bağlı iddiaçılar tərəfindən verilmiş vəsatətlər olsa da, məhkəmə həmin vəsatətləri heç bir əsaslandırma göstərmədən təmin etməmişdir.
|
Lakin, cavabdeh əsassız olaraq 09 avqust 2018-ci il tarixli **********55 saylı bildirişlə iddiaçıların müraciətinə baxmaqdan yayınaraq, heç bir araşdırma aparmadan idarənin mütəxəssislərinə çöl ölçmə işlərinin aparılmasına şərait yaradıldığı təqdirdə guya ki, ərizəyə yenidən baxılacağını əsas gətirərək mülkiyyət hüquqlarının qeydiyyatından imtina etmişdir.
|
Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
|
Belə olan halda mübahisənin və işin hallarının tam və hərtərəfli araşdırılması vəobyektiv qiymətləndirilməsi üçün üçüncü şəxsin mülkiyyətində olan mübahisələndirilən torpaq sahəsinin əvvəlki mülkiyyətçilərə ayrılması barədə ilkin qeydiyyat sənədləri cavabdehdən götürülərək məhkəmə tərəfindən araşdırılmamışdır.
|
Bununla bağlı X4 bağçılıq-yoldaşlığına dair idarənin arxivində müvafiq qovluqda mövcud olan sənədlərin götürülməsi barədə məhkəməyə təqdim edilmiş 29.05.2019-cu il tarixli vəsatət də eyniylə, qanunsuz olaraq təmin edilməmişdir.
|
Bunun üçün isə iddiaçılara məxsus torpaqayırma sənədlərinə əsasən onlara ayrılmış 27 saylı bağın naturada yeri müəyyən olunmalı, eləcə də “xxxx” MMC-nin adına qeydə alınmış sahənin ilkin torpaqayırma sənədləri (iddiaçılara ayrılmış sahə ilə üst-üstə düşdüyü güman olunan hissədə) əldə olunmaqla tədqiq olunmalıdır.
|
Əksinə olaraq cavabdeh, mübahisəli bağ sahəsinin üçüncü şəxslərə məxsus olub-olmamağı barədə məhkəmənin suallarını belə cavablandırmışdır ki, həmin bağ sahəsinin üçüncü şəxslərə məxsus olması barədə cavabdehin arxiv bazasında hər hansı bir məlumat yoxdur.
|
Bakı ş., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında yerləşən 0,06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinin planı və ölçünün verilməsi barədə ərizə və hüquqmüəyyənedici sənədlərlə onlar DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdirlər.
|
Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
|
İPM-in 1.2-ci maddəsindən hərəkətlə MPM-in 81-ci maddəsində müəyyən olunmuş qaydaya görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
|
İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.
|
Belə ki, məhkəmə qərarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilən mübahisəli bağ sahəsi cavabdeh idarənin elektron baza məlumatlarına əsasən, 2995 saylı bağ evi kimi üçüncü şəxs "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir, hal hazırda da onun mülkiyyətindədir və göstərilən ərazi digər bağçılıq-yoldaşlığın ərazisidir.
|
Lakin, mübahisələndirilən torpaq sahəsinin əvvəlki mülkiyyətçilərə ayrılması barədə ilkin qeydiyyat sənədləri cavabdehdən götürülməsi barədə məhkəməyə təqdim edilmiş 29.05.2019-cu il tarixli vəsatət qanunsuz olaraq təmin olunmamış, məhkəmə qərarında vəsatətin təmin olunmamasının səbəbləri göstərilməmiş və ümumiyyətlə, qərarda vəsatətə qarşı hər hansı bir münasibət bildirilməmişdir.
|
Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
|
Belə ki, apellyasiya məhkəməsi bu halın aydınlaşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edərək 27 saylı bağ sahəsi ilə “xxxx” MMC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş 2995 saylı bağ sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etməyi ekspertlərə tapşırmışdır.
|
Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddia bağ sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə inzibati qaydada Bakı ş.,Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında yerləşən 0.06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reysterdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qaldırılmışdır.
|
Məhkəmə tikinti-texniki ekspertizası keçirilməyərək mübahisəli bağ sahəsinə baxışın keçirilməsi və qərardadda qoyulan suallar üzrə tədiqiqat aparılmasının mümkün olmadığı, həmçinin mübahisəli bağ sahələrinin məhz üst-üstə düşməsi barədə iş materiallarında hər hansı bir yazılı sübut olmadığı halda işin həqiqi halları axıra kimi araşdırılmamışdır.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.