Search is not available for this dataset
text
stringlengths
30
201k
Kollegiya bu hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşır ki, apellyasiya məhkəməsinin gəldiyi iddiaçıların tələb etdiyi bağ sahəsinin “xxxx” MMC-nin adına qeydə alınmış sahə ilə üst-üstə düşdüyünə dair nəticə qanuni və əsaslı olmamışdır.
Əksinə olaraq cavabdeh, mübahisəli bağ sahəsinin üçüncü şəxslərə məxsus olub-olmamağı barədə məhkəmənin suallarını belə cavablandırmışdır ki, həmin bağ sahəsinin üçüncü şəxslərə məxsus olması barədə cavabdehin arxiv bazasında hər hansı bir məlumat yoxdur.
Göstərilən ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamış və bununla da iddiaçının mülkiyyət və vərəsəlik hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan məhkəmə qərarı verilmişdir.
Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun ilə müəyyən edilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
İddiaçı tərəfindən göstərilən elektron baza məlumatlarına əsasən 2995 nömrəli bağ evi kimi “xxxx” MMC-nin adına qeydiyyatdan keçməsi barədə cavabdehin birinci instansiya məhkəməsinə təqdim etmədiyi yeni sübuta sonradan apellyasiya şikayətində istinad edərək həmin sübutun birinci instansiya məhkəməsinə təqdim etməsinin qeyri-mümkün olduğunu, qanunsuz olaraq əsaslandırmamışdır.
Göründüyü kimi apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların öz adlarına mülkiyyət hüququ əsasında qeydiyyat aparılmasını tələb etdikləri 27 saylı bağ sahəsi ilə bağlı “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.
Bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan X5 və onun vərəsəsi X10 vəfat etmişlər.
Apellyasiya məhkəməsi isə öz növbəsində bu prosessual qanun pozuntusuna hər hansı münasibət bildirməmişdir.
Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçıların vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
Kollegiya hesab edir ki, qanunvericiliyin qeyd olunan normalarını nəzərə almaqla təkrar apellyasiya baxışı zamanı məhkəmə sözügedən torpaq sahələrinin üst-üstə düşübdüşmədiyinin yalnız müvafiq ekspert rəyi ilə müəyyən edilə biləcəyini nəzərə almaqla bu məsələyə dair ekspert rəyinin alınmasını təmin etməlidir.
Odur ki, təkrar apellyasiya baxışı zamanı işin hallarının tam və hərtərəfli araşdırılmasının təmin edilməsi üçün bütün zəruri addımlar atılmalı, o cümlədən vəsatətlərdə göstərilən sənədlər əldə edilməklə tədqiq olunmalıdır.
İşin hallarından həmçinin müəyyən edilir ki, əvvəllər də tərəflər arasında məhkəmə mübahisələri olmuş və iddiaçıların xeyrinə yekunlaşmış həmin məhkəmə işindən sonra cavabdeh tərəfindən mübahisəli 27 saylı bağ torpaq sahəsi ilə bağlı iddiaçıların adına müqaviləvə digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış verilmişdir.
Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin.
Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş cavabdehin təqdim etdiyi 23 iyul 2018-ci il tarixli 02/825 saylı arayışda göstərilmişdir ki, İddiaçı1 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər, mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin bağ sahəsi üzərində vərəsənin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir.
Məhkəmə tərəfindən qəbul edilmiş cavabdeh tərəfin dəlilləri ondan ibarətdir ki, iddiaçıya daha əvvəl ayrılan mübahisəli torpaq sahəsi 2009-cu ildən sonra üçüncü şəxsin mülkiyyətinə keçmişdir.
İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Lakin, mübahisəli torpaq sahəsinə dair uzun sürən məhkəmə araşdırılması zamanı cavabdeh həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Belə olan halda hesab edirlər ki, Bakı ş.,Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında yerləşən 0,06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmalıdır.
Belə olan halda, xüsusi bilik tələb edən məsələ üzrə müvafiq ekspert rəyi olmadan məhkəmənin sahələrin üst-üstə düşdüyünə dair gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur.
Halbuki, həmin vəsatətlərdə göstərilən sənədlərin əldə edilməklə tədqiq olunması işin hallarının tam və hərtərəfli araşdırılması üçün zəruri olmuşdur.
İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
Əgər iş materiallarından göründüyü kimi, iddiaçıya ayrılan mübahisəli torpaq sahəsi 2009-cu ildən sonra üçüncü şəxsin mülkiyyətinə keçmişdirsə, ölkədə bu sahəyə aid olan böyük arxiv bazasının, bütün müasir çöl ölçmə avadanlıqlarının və yüksək ixtisaslı mütəxəssislərin yalnız cavabdeh təşkilatda cəm olduğu halda, yuxarıda göstərilən 2017-ci ildən etibarən mübahisəli bağ sahəsinə dair cavabdehə qarşı qaldırılan iddia tələbi üzrə aparılan məhkəmə araşdırmaları zamanı cavabdeh mütləq olaraq bildirməliydi ki, mübahisəli torpaq sahəsi üçüncü şəxsin mülkiyyətindədir.
Cavabdeh qanunsuz imtinası nəticəsində İddiaçı1 və İddiaçı2 hüquqları kobud surətdə pozulmuşdur.
Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında yerləşən 0.06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reysterdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır.
Kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı bu dəlildən irəli gələn araşdırmanın aparılması da təmin edilməli, əvvəlki məhkəmə çəkişmələrinin gedişində torpaq sahəsinin “xxxx” MMC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş 2995 saylı bağ sahəsi ilə üst-üstə düşdüyünün cavabdeh tərəfindən bildirilməməsinin səbəbləri aydınlaşdırmaqla bu hala müvafiq qiymət verməlidir.
İddiaçıların kassasiya şikayətinin dəlilləri həmçinin ondan ibarətdir ki, 2017-ci ildən etibarən mübahisəli bağ sahəsinə dair cavabdehə qarşı qaldırılan iddia tələbi üzrə aparılan məhkəmə araşdırmaları zamanı cavabdeh mütləq olaraq bildirməliydi ki, mübahisəli torpaq sahəsi üçüncü şəxsin mülkiyyətindədir.
Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər.
Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır.
Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin Cavabdeh qarşı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamın ləğv edilməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər.
Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır.
Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.
Belə ki, iş materiallarında kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində Flora Kərimova barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Məsələn:İndi cəmiyyətdə baş alıb gedən əxlaqsız toxumunun kökünümü axtarsınız” O toxumu səpən siz və sizin kimilər olmadı? » kimi ifadələr əks olunan yazı mətnləri mövcuddur.
O toxumu səpən siz və sizin kimilər olmadımı?
Röya indiyə kimi altın çəkir şərhinə cavab olaraq «yaxşı ….Floranın da, sənin də ağzını» yazaraq cavablandırılması X7 şərəf və ləyaqətini nalayiq şəkildə alçaldan, eyni zamanda işgüzar nüfuzuna xələl yetirən təhqir xarakterli ifadələrdir, Yazılmış cümlədə böhtan əks etdirə bilən söz və ifadələr müəyyən olunmadı.
Həmçinin, iş materiallarında olan qərarlara əsasən məlum olur ki, iş üzrə bir neçə dəfə məhkəmə-linqivistik espertizasının təyin olunması ilə bağlı iş üzrə icraat dayandırılmış, həmçinin bundan sonrakı müddətdə X13 məhkəmə iclasından yayındığına görə onunbarəsində məcburi gətirmə qərarı çıxarılmış, daha sonra isə axtarış verilməklə icraat dayandırılmış, sonra isə icraat təzələnmişdir.
Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin məlumatları paylaşaraq təhqir və böhtan xarakterli ifadələri işlətməklə, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında Flora Kərimovanın yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları yaymış və həmin məlumatların təhqir və böhtan olması ekspertizanın rəyləri ilə də təsdiqini tapdığına görə Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələrinin maddələrinin təsiri altına düşür.
Bu çıxışlarınızla o qadınları niyə intihara sürükləyir, qohum qardaşlarını niyə cinayətə sövq edirsiniz, yoxsa o taxdığınız eynəklər öz eyiblərinizdən o qədər ləkəlidir ki, hamını rəzil və rüsvay görürsünüz, kimi məlumatlar X9 şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr, məlumatlar hesab olunur.
Məhkəmə xüsusi ittihamçını və onun nümayəndə və vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onlun vəkilini dinləyib, belə qənaətə gəlir ki, X5 (Ülviyyə Alovlu) Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrlə təqsirli hesab edilməli, lakin həmin maddələrlə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.Cinayət Məcəlləsinin qüvvədə olan redaksiyasının məzmunundan aydın olur ki, CM-nin 147.1 və 148-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir.Yəni iş materiallarına əsasən baxılan iş üzrə cinayətin törədildiyi vaxtdan artıq 2 ildən artıq vaxt keçdiyinə görə (cinayət işi üzrə icraatın dayandırıldığı müddətlər nəzərə alınmaqla) təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilə bilməz.Nəzərə alınmalıdır ki, CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır.
Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.
O toxumu səpən siz və sizin kimilər olmadı? », habelə «İnstagram» sosial şəbəkəsi vasitəsilə ona «qayğanaq» adlı istifadəçi tərəfindən verilən «sən deyildin Röyanın barmaqlı şəklini jurnala qoyub Flora Kərimovaya «ürək sözlərini» yazan?
İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1748 saylı, 10 yanvar 2022-ci il tarixli məhkəmə-linqvistik ekspertizasının rəyinə əsasən məlum olur ki, xüsusi ittihamçı X8 şikayətində X1 ona qarşı kütləvi nümayiş olunan resurslarda«İnstaqram» sosial şəbəkəsi vasitəsilə ona «qayğanaq» adlı istifadəçi tərəfindən verilən «sən deyildin Royanın barmaqlı şəklini jurnala qoyub Flora Kərimovaya «ürək sözlərini» yazan?
Röya indiyə kimi altın çəkir, şərhinə cavab olaraq «yaxşı s… Floranın da, sənin də ağzını» kimi və sair sözlər yazaraq cavablandırmasının xüsusi ittihamçı F.Kərimovanın şərəf və ləyaqətini ləkələyənvə böhtan xarakterli məlumatlar yaydığına görə X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etdilər.
Röya indiyə kimi altın çəkir, şərhinə cavab olaraq «yaxşı s… Floranın da, sənin də ağzını» kimi və sair ifadələr yazaraq onun şərəf və ləyaqətini ləkələdiyini iddia etmişdir.
Kimi ifadələr xüsusi ittihamçı X8 şərəf və ləyaqətini ləkələyən, işgüza nüfüzüna xələl yetirən məlumatlardır.X1 xüsusi ittihamçı X14 haqqında kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarındamediapress, azxəbər.com) yazdığı ifadələr dialoji nitq formasında olmayıb X1 şəxsi fikri kimi qəbul edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd).
İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2019-cu il tarixli, 27044 saylı ekspertizaya təqdim edilmiş 1(001)444/2019 saylı cinayət işinin tədqiqat materiallarında olan X4 internet xəbər portalında X16 haqqında söylədiyi «Ey hörmətli xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin «Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz? » kimi bitməmiş sualına «Yaxşı arvadın əri ailədən getməzdi»deyərək, özünə bəraət qazandıran, «efirdə ilk dəfə dekoliteli libası mən geymişəm» -deyərək fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi?
Həmçinin, iş materiallarında «İnstagram» sosial şəbəkəsi vasitəsilə Ülviyyə Alovluya - «qayğanaq» adlı istifadəçi tərəfindən verilən «sən deyildin Röyanın barmaqlı şəklini jurnala qoyub Flora Kərimovaya «ürək sözlərini» yazan?
Məhkəmə xüsusi ittihamçını və onun nümayəndə və vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onun vəkilini dinləyib, belə qənaətə gəlir ki, X5 (Ülviyyə Alovlu) Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə cinayət təqibinə xitam verilməli, habelə CM-nin 147.2-ci maddəsi ilə isə onun təqsiri sübuta yetirilmədiyindən həmin maddə ilə isə ona bəraət verilməlidir.
Buna görə də, onun əməlində hər hansı cinayət tərkibi olmadığına, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyini nəzərə alaraq barəsində xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi.
Məhkəmə iclasında çıxış edən müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində hər hansı cinayət tərkibi olmadığına görə, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi.
O toxumu səpən siz və sizin kimilər olmadı.
Onun adına yaradılan feyk (saxta) profillər barəsində isə aidiyyatı qurumlara onun tərəfindən artıq şikayət olunmuşdur.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən - Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xüsusi ittihamçı X15 şikayətində X1 ona qarşı kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində onun barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Məsələn:İndi cəmiyyətdə baş alıb gedən əxlaqsız toxumunun kökünümü axtarsınız?
Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X13 (Ülviyyə Alovlu) bəzi adamların onun adından feyk (saxta) profillər yaradılaraq guya onun Flora Kərimovanı təhqir etdiyi göstərərək ona qarşı qoymağa çalışırlar.
Bundan başqa, Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs X2 nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində xüsusi ittihamçı Flora Kərimova barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Məsələn:İndi cəmiyyətdə baş alıb gedən əxlaqsız toxumunun kökünümü axtarsınız” O toxumu səpən siz və sizin kimilər olmadı ? » kimi ifadələr, habelə «İnstaqram» sosial şəbəkəsi vasitəsilə ona «qayğanaq» adlı istifadəçi tərəfindən verilən «sən deyildin Royanın barmaqlı şəklini jurnala qoyub Flora Kərimovaya «ürək sözlərini» yazan?
İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/116 saylı, 04 oktyabr 2021-ci il tarixli məhkəmə-fonoskopik ekspertizasının rəyinə əsasən məlum olur ki, xüsusi ittihamçı X8 şikayətində X1 ona qarşı kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında –mediapress.az, azxəbər.com), «instaqram» sosial şəbəkəsində onun barəsində müxtəlif məzmunlu yazılarMəsələn: İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız?
X5 (Ülviyyə Alovlu) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsiri sübuta yetirlmədiyinə görə ona bəraət verilsin.
Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Həmçinin, Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır.
Röya indiyə kimi altın çəkir şərhinə cavab olaraq «yaxşı ….Floranın da, sənin də ağzını» yazdığı təsdiqini tapır.
Amma indi necə oldu ki, sizə dad onlara bidad.Axı niyə onsuz da əməllərindən bədbəxt olmuş o 3 qadın hesabına indi siz TV və sənət divaları özünüzü mənəviyyət polisi kimi aparıb, bundan riyakarlıqla isifadə edirsiniz?
Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 (Ülviyyə Alovlu) AR CM 147.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirsiz hesab edilərək ona bəraət verilməlidir.Belə ki, Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X5 (Ülviyyə Alovlu) - xüsusi ittihamçı Flora Kərimovanı hər hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham edərək ona hər hansı böhtan atmamışdır.Belə ki, CPM-nin 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır.
İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsız?
Məhkəmə təqsirləndirilən şəxs X5 (Ülviyyə Alovlu) istinad edilən (Azərbaycan Respublikası CM-in 147.2) cinayət əməlini cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir.
Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir.Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir.Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46).Həmçinin, qanunvericiliyə əsasən Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.
Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.
Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür.
Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı X15 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 - şikayətdə qeyd olunan: kütləvi nümayiş olunan resurslarda (internet xəbər portallarında - mediapress.az, azxeber.com) «instagram» sosial şəbəkəsində onun barəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli yazılar – «Məsələn: İndi cəmiyyətdə baş alıb gedən əxlaqsız toxumunun kökünümü axtarsınız?
Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.
Röya indiyə kimi altın çəkir, şərhinə cavab olaraq «yaxşı s… Floranın da, sənin də ağzını» kimi ifadələr əks olunan yazı mətnləri mövcuddur.
Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür.
Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir).
Lakin, təqsirləndirilən şəxs X11 (Ülviyyə Alovlu) istinad edilən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi üzrə cinayət əməlini cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, sübutların məcmusu həmin maddə ilə xüsusi ittihama qiymət verilməsi baxımından kifayət etmir.Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X5 ümumiyyətlə CM-nin 147.2-ci maddəsi ilə isə təqsirliliyi sübuta yetirilmir.Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, X5 (Ülviyyə Alovlu) təqsirli bilindiyi CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz hesab edilərək ona həmin maddə ilə bəraət verilməlidir.
İş üzrə mülki iddia verilməmişdir.
Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat X3 (Ülviyyə Alovlu) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər.
İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın.
İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalıdır.
Hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “nikah qeydinin ləğv edilməsi və sabit pul məbləğində aliment tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18.04.2016-cı il tarixdə saat 13 radələrində Bakışəhəri, ünvan 14 ünvanında yaşayan Zərərçəkmiş şəxs26 məxsus həmin mərtəbənin pilləkən meydançasından 700 manat qiymətində bir ədəd elektrik mişarını gizli talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs26 ümumilikdə 700 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.
Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.06.2016-cı il tarixdə günorta saatlarında ünvan 25 ünvanında yerləşən Uşaq Nevroloji xəstəxananın 4-cü mərtəbəsindəki 405-ci palatasında azyaşlı uşağının müalicəsi iləəlaqədar yanında qalan Zərərçəkmiş şəxs7 məxsus qəhvəyi rəngli paltar çantasının qarşı cibindəki corabın içərisindən 300 manat nağd pulunu gizli talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 300 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.
Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24.10.2015-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs42 məxsus “Mercedes Benz E 220” minik markalı ** FV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındıraraq salondakı dirsəkaltının içərisindəki pul kisəsinin içərisindən 654 manat nağd pulu gizli talayaraq zərər çəkmişşəxs Zərərçəkmiş şəxs42 ümumilikdə 654 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.
Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28.11.2015-ci il tarixdə saat 13 radələrində Bakışəhəri, Nərimanov rayonu ərazisində yerləşən metronun N.Nərimanov adına stansiyasının içərisində Zərərçəkmiş şəxs23 məxsus əl çantasından içərisində 100 manat nağd pul, 20 manat qiymətində bir ədəd yaddaş kartı sayılan fleş kart, müxtəlif sənədlər olan 15 manat qiymətində pul kisəsini gizli talayaraq zərər çəkmişşəxs X1 ümumilikdə 135 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.
Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir.
Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.02.2016-cı il tarixdə saat 04 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs17 işlətdiyi “Daş dövrü” maqazasının plastik giriş qapısının arasına vintaçanı salıb qapını açmaqla maqazaya qanunsuz daxil olaraq maqazadakı masanın siyirməsində içərisində 1.600 manat (bir min altı yüz) nağd pul olan səffaf selofan torbanı gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs17 ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.